Minimum istehlak səbətinin tərkibinə yenidən baxılır
24.05.2025 [10:33]
“Yaşayış minimumu haqqında” qanununda dəyişikliklər sosial rifahın yaxşılaşmasını nəzərdə tutur
“Yaşayış minimumu haqqında” qanununda dəyişikliklər layihəsi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyyə olunub və dünən parlamentin plenar iclasında müzakirəyə çıxarılıb. Layihə birinci oxunuşda qəbul olunub. Dəyişikliklərin əsas istiqamətləri minimum istehlak səbətinin tərkibinə yenidən baxılması və səbətdə yer alan qida normativlərinin yeni dəyərinin müəyyənləşdirilməsi, tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə yeni qida normalarının təsdiqlənməsidir.
Qeyd edək ki, hazırda qeyd olunan müəssisələrdə qida normaları Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq müəyyənləşir. Həmin normaların tətbiq edildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq normaların tərkibi və strukturu üzrə ciddi dəyişiklik edilməyib. 11 il əvvəl sözügedən qanunda aparılan bəzi dəyişikliklər zamanı minimum istehlak səbətinin tərkibinə yenidən baxılarkən adıçəkilən müəssisələrdə qida normativləri olduğu kimi saxlanılıb. Bu isə institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermir.
Ötən illərdə ölkədə qida mallarının qiymətinin artması, bəzi malların çeşidlərində əlavələrin olunması isə istehlak səbətinin dəyişməsi zəruriliyini daha da artırıb. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb. Beləliklə, qanuna dəyişikliklərdən sonra qeyd edilən sahələrdə boşluq aradan qaldırılmaqla, həmin sektorlarda qida normativləri ilə bağlı əhatəlilik təmin olunacaq.
Yaşayış minimumu istehlak səbətinin dəyərini müəyyənləşdirir
Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insan sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Buraya ərzaq məhsullarının, fərdi və ailəvi istifadə olunan qeyri-ərzaq mallarının minimum toplusu (geyim, ayaqqabı və dəftərxana ləvazimatları, təsərrüfat, mədəni-məişət, sanitariya əşyaları, dərmanlar və s.) və xidmətlərin minimum toplusu (mənzil-kommunal, nəqliyyat, rabitə, məişət, təhsil, mədəni-maarif, müalicə-istirahət xidmətləri və s.) daxildir. İstehlak səbətinə daxil olan ərzaq məhsulları, qeyri-ərzaq malları və xidmətlər orta bazar qiymətləri (tarifləri) ilə, icbari ödənişlər isə normalaşmış faktiki məsrəflər əsasında hesablanır.
Yaşayış minimumundan aztəminatlı ailələrin rifahının yüksəldilməsi ilə bağlı konsepsiya və Dövlət Proqramlarının hazırlanmasında, əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi və proqnozlaşdırılması ilə əlaqədar hüquqi sənədlərin tərtib olunmasında, eləcə də dövlət və yerli büdcələrin, büdcədənkənar fondların, qanunvericiliklə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında və normativ sənədlərin hazırlanmasında sosial məqsədlər üçün istifadə olunur. Belə ki, yaşayış minimumu aztəminatlı ailələrə müxtəlif sosial yardımların formalaşdırılması və hesablanmasında, eləcə də onlarla bağlı dövlət proqramlarının işlənib hazırlanmasında, qanunvericilikdə tənzimlənən qiymət və tariflərin formalaşdırılmasında, ölkə üzrə həyat səviyyəsinin müəyyən edilməsində, əhali gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsində də əsas göstəricidir.
Həssas sosial qrupların müdafiəsi ilə bağlı hədəflər
Hökumət vətəndaşlara vergi və sosial sığorta ödənişlərində güzəştlər edərkən “Yaşayış minimumu haqqında” qanunun müvafiq sosial tələblərinə istinad edir.
Hökumət qarşısında duran əsas sosial məqsədlərdən biri növbəti mərhələdə yaşayış minimumumunun mərhələli şəkildə artırılması və Avropa Şurasının tətbiq etdiyi standartlar səviyyəsinə çatdırılmasıdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədində əhalinin həssas sosial qrupları, aztəminatlı ailələrlə bağlı müxtəlif dövlət proqramları çərçivəsində tədbirlərin görülməsi, eləcə də əhalinin gəlir əldəetmə imkanlarının artırılması ilə bağlı hədəflər müəyyənləşib.
Hazırda ölkəmizdə yaşayış minimumunun məbləği 285 manat təşkil edir. Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. Bu, həm də istehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi fonunda hazırda dəyəri 285 manat olan yaşayış minimumunun da artırılması üçün imkanlar yaradacaq. Nəticədə sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarıın sosial müdafiəsinin gücləndirilməsi də təmin ediləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16

