Qlobal iqtisadiyyat üçün yeni risklər
24.06.2025 [09:29]
Yaxın Şərqdə izlənilən proseslər, xüsusilə də Qəzzadan sonra İrana edilən hücumlar, təbii ki, dünyada siyasi və hərbi gərginlikləri artırıb. Son günlərdə Birləşmiş Millətlər Təşkilatı (BMT), Avropa İttifaqı (Aİ), Şimali Atlantika Alyansı (NATO) və digər beynəlxalq səviyyəli platformalarda müzakirələrin intensivliyi artıb. Ekspertlər mümkün perspektiv ssenarilərin verə biləcəyi mənfi nəticələrdən ciddi narahatlıqlarını bildirirlər.
Lakin yeni başlayan müharibənin fəsadları yalnız hərbi və siyasi müstəvilərdə hiss olunmur. Paralel şəkildə qlobal iqtisadiyyat da bundan böyük dərəcədə təsirlənir.
Neft qiymətlərində artımlar
Son vaxtlarda enerji transformasiyaları ilə bağlı yeni çağırışlar yaransa da, ənənəvi enerji resursları, xüsusilə də neft və qaz qlobal iqtisadiyyat üçün vazkeçilməz üstünlüyünü saxlamaqdadır. Qazıntı yanacağına tələbat artan templə davam edir. Bu reallıq fonunda ortaya sual çıxır: İsrailin İrana hücumu və son günlərdə Amerika Birləşmiş Ştatlarının proseslərə qoşulması neft qiymətlərinə necə təsir göstərəcək? Narahatlıq ondan yaranır ki, İran neft-qaz ölkəsidir və burada enerji infrastrukturlarının geniş miqyasda hərbi əməliyyatların hədəfinə çevriləcəyi də istisna deyil. Artıq İranda bir neçə belə obyektə zərbələr endirildiyi barədə məlumatlar gəlib. Qeyd edək ki, İran gündə təxminən 4,8 milyon barel neft hasil edir, onun 2,6 milyon bareli ixraca yönəlir. Kollektiv Qərbin sərt sanksiyalarına baxmayaraq, İranın neft və kondensat ixracı 2025-ci ildə əsasən Çinə olmaqla sutkada 1,7 milyon barel səviyyəsində sabitdir. İran həmçinin təxminən 800 min barel neft məhsulları (mazut, LPG, nafta) ixrac edir. Bu ölkə OPEC-in üçüncü ən böyük neft istehsalçısıdır.
İstehlakçı ölkələrin narahatlıqları müharibənin hər ötən günündə çox ciddi şəkildə öz təsdiqini tapır. Yaxın Şərqdə yeni müharibə ocağı alovlandıqdan sonra birjalarda neftin qiymətində ardıcıl artımlar müşahidə edilir. Əgər iyunun 13-nə qədər “Brent” markalı neftin 1 bareli 62 dollara satılırdısa, hazırda bu rəqəm 75-80 dollar həndəvərində dəyişir. Son məlumatlara əsasən, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,31 dollar artaraq 78,32 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,28 dollar artaraq 75,12 dollar təşkil edib. Ekspertlər isə müharibə davam etdikcə daha bədbin proqnozlar verirlər. “SS WealthStreet” tədqiqat şirkətinin təsisçisi Suqandha Saçdeva bildirib ki, geosiyasi gərginliyin artması Brent markalı neftin qiymətinin 100 dollara, hətta 120 dollara qədər yüksəlməsinə zəmin yaradır.
Hörmüz boğazı bağlanarsa...
Enerji resurslarının təchizat-tədarük zənciri üçün yaranan əsas risk amillərindən biri isə ABŞ-ın hücumları fonunda İranın Hörmüz boğazını bağlayacağı anonsunu etməsidir. Artıq bu ölkə parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib. Bu barədə İran parlamentinin Milli təhlükəsizlik komitəsinin üzvü İsmayıl Kövsəri bildirib. Qeyd olunub ki, qərarı İranın Milli Təhlükəsizlik Şurası təsdiqləməlidir.
Hörmüz boğazı Oman və İran arasında 33 kilometrlik su zolağıdır və dünya neft ehtiyatlarının beşdə biri buradan keçir. Boğaz ən böyük neft tankerlərinin keçidi üçün ideal məkandır. ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, 2024-cü ildə boğazdan hər gün orta hesabla 20 milyon barel neft keçib ki, bu da qlobal neft mayeləri istehlakının təxminən 20 faizini təşkil edir. 2025-ci ilin birinci rübündə daşıma həcmləri dəyişməz qalıb. 2024-cü ildə Hörmüz boğazından keçən neftin 84 faizi və LNG-nin 83 faizi Asiyaya göndərilib. Əsas istehlakçılar Çin, Hindistan, Yaponiya və Cənubi Koreya olub. Qətər və BƏƏ-nin bütün maye qaz ixracatı Hörmüz boğazından keçir və bu, qlobal ticarətin 5-də bir hissəsini təşkil edir.
Mütəxəssislərin qənaətinə görə, Hörmüz boğazının qapadılması neftin daha 10 faiz bahalaşmasına gətirib çıxaracaq ki, bu da istehlakçı ölkələrdə yeni yüksək inflyasiya dalğasının başlanmasını qaçılmaz edəcək. Niderlandın ING şirkətinin fikrincə, Hörmüz boğazının bağlanması neftin qiymətinin labüd olaraq bir barel üçün 120 dollardan yuxarı qalxmasına gətirib çıxaracaq. Qlobal iqtisadiyyat buna öyrəşməyib. Eyni zamanda, OPEC + da qiymət artımının qarşısını almaq üçün yetərli imkanlara malik deyil.
Həmçinin Hörmüz boğazının bağlanmasından Avropanın qaz bazarı da təsirlənə bilər. Dünyanın böyük istehsalçılarından olan Qətər artıq LNG tankerlərinə vəziyyətin gərginləşdiyi üçün Hörmüz boğazından kənarda gözləmələrini əmr edib. Qətər qlobal ticarətin təxminən 20 faizini təşkil edən üçüncü ən böyük LNG ixracatçısıdır və onun bütün daşımaları boğazdan keçir.
Xüsusilə bir sıra Asiya ölkələri üçün daha böyük təsirlərin olacağı ehtimal edilir. Asiya nəhəngi Çin neft idxalının demək olar ki, yarısını Hörmüz vasitəsilə alır. Hindistan, Yaponiya və Cənubi Koreya da Hörmüz boğazının bağlanacağı təqdirdə ciddi risklərlə üzləşə bilərlər. Alternativ marşrutlara üz tutulması, xüsusilə də tankerlərin Afrikanı dövrə vurmaq məcburiyyətində qalması ilə qlobal daşıma xərcləri kəskin artacaq...
MÜBARİZ
Xəbər lenti
Hamısına baxİdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57

