Azərbaycan-Səudiyyə Ərəbistanı: İqtisadi əməkdaşlığın yeni hədəfləri
25.06.2025 [09:30]
Tərəflər birgə investisiya fondu yaratmaqla sərmayə layihələri həyata keçirmək niyyətindədir
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında birgə əldə olunan iqtisadi planların həyata keçirilməsi istiqamətində davamlı səylər gücləndirilib. Həmin hədəflərdən biri iki ölkə arasında birgə investisiya fondunun yaradılmasıdır. Azərbaycanın Ər-Riyaddakı səfiri Şahin Abdullayev Səudiyyə Ərəbistanının Londonda nəşr olunan “əş-Şarq əl-Avsət” qəzetinə müsahibəsində bildirib ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Hökumətlərarası Müştərək Komissiyasının 8-ci iclasında bu barədə qarşılıqlı razılıq əldə olunub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov birgə suveren investisiya fondunun yaradılması və üçüncü ölkələrdə də birgə investisiya layihələrinin həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.
Yeri gəlmişkən, ötən gün Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu və Səudiyyə Ərəbistanı Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupu arasında onlayn formatda keçirilən görüşündə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin artırılması prioritetlərinə toxunulub.
Çoxşaxəli münasibətlər...
Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dərin hörmət və sıx dostluğa əsaslanan münasibətlər son illərdə inkişaf edərək bütün sahələrdə irəliləməkdədir. İki ölkənin dövlət başçılarının, hökumət üzvlərinin, iqtisadi qurumları və biznes nümayəndələrinin birgə səfərlərinin intensiv xarakter alması və aparılan faydalı müzakirələr ticarət, iqtisadiyyat, enerji, ətraf-mühit kimi sahələrdə əməkdaşlıq üçün yeni qapılar açmaqdadır.
Bir neçə ilə qədər Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi proqramların əsas xətti neft-qaz və enerji sahələrini əhatə edirdisə, son illərdə iqtisadi coğrafiya xeyli genişlənib və qeyri-neft sektorunun bütün istiqamətlərində əlverişli işgüzar təmaslar qurulub.
Səudiyyə Ərəbistanının 2 şirkəti “Əsrin müqaviləsi”ndə və Bakı-Ceyhan layihəsində iştirakçıdır. Bundan başqa, Səudiyyə Ərəbistanının “Al-Gahtani Pipe Coatinq Terminal”, “Middle East Fiber Cables Manufacturing” və “Middle East Sibecializet Cables CO (MESC)” şirkətləri enerji sektorlarında təmsil olunur. SOCAR ilə “Saudi Aramco” arasında əməkdaşlıq son illərdə genişlənərək hər iki şirkətin beynəlxalq bazarlarda mövqelərinin güclənməsinə səbəb olmaqdadır. Bu prosesdə 2022-ci ildə yaradılmış Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası öncül təşəbbüslərlə çıxış edir. Qurum sahibkarların təşəbbüslərini dəstəkləmək, onlar arasında birbaşa əlaqələrin qurulmasını təşviq etmək, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək etmək, bizneslər arasında mübadiləni həyata keçirmək missiyası daşıyır.
Azərbaycan Ticarət Evləri açılır
Səudiyyə Ərəbistanının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falih çıxışında Səudiyyə Ərəbistanının Azərbaycanla ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu, ticarət dövriyyəsinin artırılması, energetika, investisiya, turizm, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsinə önəm verdiklərini, Səudiyyə şirkətlərinin bu sahələrə investisiya yatırmaq niyyətini də ifadə edib. Bu məqsədlə ixrac missiyalarının təşkili, Ər-Riyad və ya Ciddə şəhərində Azərbaycan Ticarət Evlərinin açılması gündəlikdə dayanır.
Səudiyyə iş adamlarının Azərbaycandakı ekoturizmə və digər turizm sənayelərinə böyük marağı xüsusi nəzərə çarpır. Son beş ildə ölkəmizə ən böyük turist axını 2024-cü ildə qeydə alınıb və Səudiyyə Ərəbistanından Azərbaycana gələn turistlərin sayı 98 min nəfəri ötüb. Bu, səyahət edən turistlərin sayında sədiyyəlilərin dinamikasında daha çox artımın olduğunu təsdiqləyir.
“ACWA Power”in 5 milyard dollarlıq sərmayə planı
Tərəflər arasında “yaşıl enerji” sahəsində əməkdaşlıq da dayanıqlı zəmin üzərində möhkəmlənir. Səudiyyənin “ACWA Power” şirkəti artıq Abşeron və Xızı rayonlarında 240 MVt gücündə külək elektrik stansiyası inşa edir. Həmçinin “ACWA Power”, SOCAR və BƏƏ-nin “Masdar” şirkəti Xəzər dənizində 3,5 qiqavat gücündə dəniz külək elektrik stansiyası layihəsi üzərində birgə işləyir. “Acwa Power” şirkətinin regional direktoru Abid Malik bildirib ki, investisiya əsasən Azərbaycanın bərpaolunan enerji sahəsinə 5 milyard dollara yaxın sərmayə yatırılacaq.
Səudiyyəli investorların işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa proseslərində təmsil olunması da istisna edilmir. 2022-ci ilin dekabrında Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin rəhbərlik etdiyi böyük bir nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Həmin səfər zamanı Səudiyyə Ərəbistanından olan özəl şirkətlərin Qarabağın bərpa prosesində iştirakının nəzərdən keçirildiyi vurğulanıb, Səudiyyə İnkişaf Fondu və Səudiyyə İnvestisiya Fondu tərəfindən maliyyə vəsaiti ayrılacağı bildirilib.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31

