Bu gün Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlar Günüdür
27.06.2025 [12:14]
Azərbaycanda fəaliyyətdə olan sahibkarların 99,7%-ni KOB subyektləri təşkil edir.
Mikro, kiçik və orta bizneslər (KOB-lar) bütün dünyada iqtisadi artımın və sosial inkişafın mühərrikləri hesab olunur. Onların dayanıqlı və davamlı inkişafa, məşğulluğun artırılmasına, yoxsulluğun azaldılmasına, innovasiyaların stimullaşdırılmasına və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verdiyi töhfə böyükdür. Dünya üzrə şirkətlərin təqribən 90%-i KOB subyektləridir. KOB-lar dünyada məşğulluğun 60-70%-ni, ümumi daxili məhsulun 50-60%-ni təmin edir.
KOB-ların bu töhfəsi nəzərə alınaraq BMT Baş Assambleyasının qətnaməsinə əsasən 2017-ci ildən etibarən 27 iyun tarixi dünyada Mikro, Kiçik və Orta Müəssisələr Günü kimi qeyd edilir.
Azərbaycanda da KOB-lar iqtisadiyyatın hərəkətverici qüvvəsi, dayanıqlı və davamlı inkişafın açarıdır. Ölkəmizdə fəaliyyətdə olan sahibkarların 99,7%-ni KOB subyektləri təşkil edir. Azərbaycanda KOB subyektləri əsasən ticarət, nəqliyyat və anbar təsərrüfatı, turizm, ictimai iaşə, sənaye, daşınmaz əmlak, təhsil və digər sahələrdə fəaliyyət göstərirlər.
Ölkə sahibkarları, o cümlədən KOB subyektləri dövlətin geniş dəstək tədbirləri ilə əhatə olunub. KOB-ların inkişafına yönəlmiş ünvanlı dəstək alətləri iqtisadiyyatın müxtəlif sahələrində yeni KOB subyektlərinin yaranmasını və mövcud KOB-ların fəaliyyətinin genişlənməsini, mikro sahibkarların kiçik, kiçik sahibkarların orta və iri biznes subyektlərinə çevrilməsini stimullaşdırır. Sözügedən sektorda dövlət siyasətinin təkmilləşdirilməsi, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması və institusional dəstəyin təmin edilməsi məqsədilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2018-ci ildən etibarən yeni KOB-ların yaradılması və mövcud bizneslərin inkişafını müxtəlif mexanizm və alətlərlə dəstəkləyir.
KOB-ların ehtiyac və problemləri daima diqqətdə saxlanılmaqla, onlarla qarşılıqlı əməkdaşlıq, dövlət-özəl sektor əməkdaşlığı platforması çərçivəsində keçirilən sahəvi görüşlər, tədbirlər, eləcə də sorğular vasitəsilə mütəmadi olaraq öyrənilir. Əldə olunmuş məlumatlara uyğun olaraq, qanunvericilikdə müvafiq dəyişikliklər edilir, əlavə güzəştlər və yeni dəstək mexanizmləri işə salınır.
Milli prioritetlər nəzərə alınaraq, KOB-ların iqtisadiyyatda və məşğulluqda payının artırılması, texnologiya yönümlü, rəqəmsallaşmış və rəqabətədavamlı KOB-ların yaradılmasının dəstəklənməsi, qadın sahibkarlığın və klasterləşmənin, eləcə də ətraf mühitin mühafizəsi və enerjiyə qənaət kimi müasir çağırışlara uyğun olaraq KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinin təşviqi başlıca hədəflər sırasındadır. Qeyd edək ki, COP29 çərçivəsində KOBİA-nın irəli sürdüyü ilk qlobal təşəbbüs olan “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə” KOB-ların yaşıl transformasiyası üzrə qlobal səylərin birləşdirilməsinə çağırış edir və artıq bu təşəbbüsə 20 yerli və xarici təşkilat qoşulub. Həmçinin, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində KOB subyektlərinin fəaliyyətinin təşkili və genişləndirilməsi də dövlət tərəfindən dəstəklənir. Dövlətin müxtəlif güzəştləri və təşviq mexanizmlərindən faydalanmaqla Qarabağda KOB subyektlərinin fəaliyyətə başlaması ilə bölgədə yeni işgüzar mühitin formalaşması bu baxımdan diqqətə layiqdir.
Qeyd edək ki, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, ölkəmizdə mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan biznes subyektləridir. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 200 min 3 milyon manat arasında olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

