Xəzər sahillərindən Avropaya uzanan “yaşıl dəhliz”
03.07.2025 [09:44]
Ötən ilin noyabrında Bakıda böyük uğurla baş tutan COP29 şərçivəsində Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, həmçinin müvafiq layihə üzrə üç ölkə və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramının həyata keçirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Belə ki, bu günlərdə Energetika Nazirliyində “Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrası məqsədilə “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması və nizamnaməsinin təsdiq edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması ilə bağlı sənəd imzalanıb. Sənəd “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti”nin şöbə müdiri Saltanat Şunayeva və “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin İdarə Heyəti sədrinin müavini Feruz Kurbonov tərəfindən imzalanıb. “Yaşıl Dəhliz Birliyi” MMC-nin rəhbəri (baş direktor) vəzifəsinə Fərhad Məmmədovun təyin edilməsi razılaşdırılıb.
Dost ölkələrin geniş potensialı
Xəzər sahillərindən Avropayadək uzanacaq “yaşıl dəhliz” layihəsi hazırlanarkən və COP29 iqlim konfransında dövlət başçıları tərəfindən müvafiq sənəd imzalanarkən müasir çağırışlar və üç dost ölkənin alternativ enerji sahəsində geniş potensialı əsas götürülüb. Məlumdur ki, hazırda qlobal enerji bazarında sürətli transformasiyalar gedir. Bir tərəfdən, ölkələr üçün enerji təhlükəsizliyinin önəmi artır. Digər tərəfdən isə qlobal istiləşmə,ekoloji fəlakətlərin artması nəzərə alınmaqla enerji istehsalında bərpa olunan enerji mənbələrdən (BOEM) daha geniş istifadə olunması prioritet kimi qəbul edilir. Beləliklə, “yaşıl enerji”yə keçid dünya üçün yeni bir vazkeçilməz çağırışdır.
Azərbaycan yeni qlobal çağırışa ilk qoşulan ölkələr sırasında yer alır. Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixində imzaladığı müvafiq Sərəncamla “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi təsdiqlənib. Sənədə əsasən, növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş prioritet müəyyənləşdirilib ki, onlardan da biri təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Bəhs olunan bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və “yaşıl enerji” məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəflənib. Müəyyənləşdirilən zaman çərçivəsində bu hədəfə çatılması tam realdır. Xəzərin Abşeron sahillərində, işğaldan azad olunmuş ərazilərimizdə, Naxçıvanda bərpa olunan mənbələrdən enerji istehsalı üçün geniş imkanlar mövcuddur. Hesablamalara görə, ölkənin bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt təşkil edir.
Xəzərin digər sahillərində yerləşən Qazaxıstan və dost Özbəkistan da böyük həcmlərdə bərpa olunan enerji potensialına malikdirlər. Qazaxıstan 2025-ci ildə ümumi elektrik enerjisi istehsalında bərpa olunan enerjinin payını 6 faizə, 2030-cu ilə qədər 10 faizə çatdırmağı planlaşdırır, 2050-ci ilə qədər isə BOEM ümumi enerji istehlakının azı yarısını təşkil etməlidir. Qazaxıstanın külək enerjisi potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi potensialı isə 1 trilyon kilovat/saatdır.
Özbəkistan hökuməti 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında BOEM-in payını 25 faizə çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, Günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir ki, bunlar da kifayət qədər böyük həcmlərdir.
Regional enerji həmrəyliyi - Avropa və təchizatçı ölkələr üçün yaranan yeni fürsətlər
Yeni “yaşıl enerji” dəhlizi layihəsinin önəmini müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Burada üç mühüm məqsədi isə ayrıca qeyd etmək lazımdır. Energetika Nazirliyində baş tutan tədbirdə vurğulandığı kimi, layihənin icrası
-enerji təhlükəsizliyinin təmin edilməsində,
-ölkələrimiz üçün davamlı inkişaf məqsədlərinə çatılmasında,
-”yaşıl enerji” gündəliyinin inkişaf etdirilməsində vacib rol oynayacaq. Layihənin icrası ilə enerji səmərəliliyini yüksəldə və “yaşıl” iqtisadiyyatın artımını stimullaşdıra bilən inteqrasiya edilmiş regional şəbəkənin yaradılması istiqamətində mühüm addım atılmış olacaq. Eləcə də dost ölkələr arasında iqtisadi inteqrasiya daha da dərinləşəcək.
Azərbaycan üçün yaranan fürsətlər daha böyükdür. İndiyədək respublikamız Avropanın ənənəvi yanacaq resursları ilə təchizatında fəal rol oynayıb və hazırda da öz öhdəliklərinə sadiqliyini davam etdirir. Bundan başqa, respublikamız Şərq-Qərb, Şimal-Cənub və Orta Dəhliz marşrutları üzərində çox mühüm bir məntəqədir. Bundan sonra isə Azərbaycan həm də Mərkəzi Asiya regionu ilə Avropa arasında “yaşıl enerji” tranziti ölkəsinə çevriləcək.
Layihənin Avropa üçün də böyük önəmi var. Üç dost ölkənin bəhs olunan istiqamətdə həmrəyliyi “qoca qitə”nin enerji xəritəsini əhəmiyyətli dərəcədə yeniləyəcək. Diversifikasiya edilmiş təchizat mənbələri və daşıyıcı xətlər Avropa üçün həyati əhəmiyyət daşıyır.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

