Azərbaycan-Vyetnam: İqtisadi əməkdaşlığın yeni perspektivləri
16.07.2025 [10:17]
İyulun 16-17-də Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək. Komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub. Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir.
Hökumətlərarası komissiyanın iclası çərçivəsində Vyetnam-Azərbaycan Biznes Forumu, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Vyetnam-Azərbaycan Birgə Biznes Şurasının ilk iclası keçiriləcək.
Ənənəyə söykənən faydalı əməkdaşlıq
Azərbaycanın xarici siyasətində mühüm yer tutan Asiya ölkələri ilə sıx əməkdaşlığın nümunələrindən biri kimi Vyetnamla hərtərəfli münasibətləri qeyd etmək olar. Ölkələrimiz arasında dostluq əlaqələrinin tarixi hələ ötən əsrin ortalarına təsadüf edir, 1960-70-ci illərdə neft sənayesində başlanan səmərəli əməkdaşlıq daha da inkişaf etdirilərək bir çox sahələri əhatə edib. Azərbaycanlı mütəxəssislərin Vyetnamın neft sənayesinin qurulmasına cəlb edilməsi bu ölkənin enerji sektorunun dirçəlişinə təkan verib. Ümummilli lider Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə Azərbaycan-Vyetnam əlaqələri üçün yaradılan əsaslı təməllər neft-qaz sənayesi ilə yanaşı, digər sahələrin inkişafında da mühüm rol oynayıb. Onun 1983-cü ildə Vyetnama səfəri isə xalqlarımız arasında mehriban dostluq münasibətlərinin inkişafında böyük rol oynayıb. Elm, mədəniyyət, təhsil sahəsində faydalı əməkdaşlıq Vyetnamda yüksək ixtisaslı kadr institunun formalaşmasına, eyni zamanda iqtisadiyyatın idarə olunmasında təcrübəli mütəxəssis ordusunun yetişməsinə səbəb olub. Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində oxuyan minlərlə vyetnamlı tələbə hazırda peşəkar kadr kimi öz ölkələrinin neft sənayesinin inkişafına töhfə verirlər.
Azərbaycan-Vyetnam münasibətlərinin keçmiş dostluq ənənəsinə söykənərək son 30 ildə daha da inkişaf edərək ümidverici perspektivlər üzərində güclənib. İkitərəfli münasibətlərdə son illərdə daha da intensiv xarakter alaraq siyasi dialoq, iqtisadi əməkdaşlıq, o cümlədən energetika, müdafiə sənayesi, ticarət, mədəni-humanitar və digər sahələrdə yaxşı nəticələrin əldə edilməsi ilə yadda qalıb. Prezident İlham Əliyevin Vyetnamla əlaqələrin inkişafına verdiyi xüsusi önəm bu Asiya ölkəsi ilə qarşılıqlı etimad və etibara söykənməklə dövlətlərarası əlaqələrin inkişafında əsaslı zəmin yaradıb. Hər iki ölkənin dövlət başçılarının 2014-2015-ci illərdə baş tutmuş qarşılıqlı səfərləri Azərbaycan-Vyetnam əlaqələrində yeni səhifə açıb. Həmin illərdə keçirilmiş Birinci Azərbaycan-Vyetnam Biznes Forumu, Hökumətlərarası Komissiyanın yaradılması, parlamentlərarası əməkdaşlıq və siyasi məsləhətləşmələr münasibətlərin dərinləşməsinə səbəb olub.
Azərbaycanın enerji sənayesində qazandığı təcrübə və milli neft sənayeçilərimizin beynəlxalq miqyaslı nailiyyətləri Vyetnamın enerji sahələrinin inkişafına da töhfə verib. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə, Azərbaycan mütəxəssislərinin Vyetnam neft sənayesinin formalaşmasındakı rolu tarixi əməkdaşlığın mühüm göstəriciləridir.
Strateji Tərəfdaşlıq Bəyanatına əsaslanan yeni hədəflər
Cari ilin may ayında ölkəmizə səfər edən Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın respublikamıza baş tutan uğurlu səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”in qəbul edilməsi dövlətlərarası münasibətləri daha yüksək səviyyəyə qaldırmaq niyyətini ifadə edir. Səfər zamanı əldə edilmiş digər razılaşmalar münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Energetika sahəsində imzalanmış sənədlər Vyetnam şirkətlərinin Azərbaycana, Azərbaycanın neft şirkətinin (SOCAR) isə Vyetnama sərmayə qoyuluşu ilə bağlı konkret addımların atılmasını nəzərdə tutur. Eləcə də qarşılıqlı sərmayə qoyuluşu aktual müzakirə mövzu kimi diqqətdə dayanır.
İqtisadi sahəyə dair bütün sazişlərin başlıca məqsədi həm də ticari dövriyələri artırmağa xidmət edir. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bu baza əsasında konkret ticari mübadilələri irəli aparmaq olar. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 224 milyon dollar olsa da bu, mövcud potensialadan xeyli azdır. Ona görə də, ticari və iqtisadi əlaqələrin inkişafına böyük əhəmiyyət verir və müxtəlif stimullaşdırıcı təşviqlərin tətbiqini zəruri hesab edir. Mövcud rəqəmlər ticarət strukturunda şaxələndirmənin və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinin mümkünlüyünə işarə edir. Bu baxımdan iki ölkə arasında yeni iqtisadi təşəbbüslərin və layihələrin reallaşdırılması perspektivləri böyükdür.
Biznes forumlar sahibkarlar arasında birgə layihələri təşviq edir
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclasları da bu baxımdan stimulverici rol oynamaqla, tərəflər arasında müxtəlif iqtisadi layihələrin həyata keçirilməsində əlaqələndirici funksiyanı üzərinə götürüb. Eyni zamanda, Vyetnam-Azərbaycan Biznes Forumu da sahibkarlar arasında birbaşa ünsiyyətin qurulması, birgə layihələrin müzakirəsi və icrası üçün yaxşı platforma hesab edilə bilər. Hər iki ölkənin biznes icmaları arasında əlaqələrin təşviqində və sərmayə planlarının həyata keçirilməsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası da faydalı institut sayılmalıdır. Hər iki qurum son illərdə konkret hədəflərə söykənərək biznes layihələrinin reallaşmasında koordinasiyaedici rol oynayır. Bir müddət əvvəl KOBİA ilə Assosiasiya arasında imzalanmış Anlaşma Memorandumu hədəf prioritetlərinə çatmaqda öz dəstəyini göstərmək niyyətindədir.
Beləliklə, hökumətlərarası komissiyanın yeni iclasının keçirilməsi müəyyən edilmiş prioritetlər üzrə tədbirlərin həyata keçirilməsində yeni addım olacaq, strateji planlara doğru əlavə imkanları səfərbər edəcək. Habelə Vyetnam-Azərbaycan Birgə Biznes Şurasının iclası zamanı iki ölkənin sahibkarlıq sektorunun təmsilçiləri arasında qarşılıqlı fəaliyyət və sərmayə layihələri üzrə yeni məsləhətləşmələr iqtisadi yaxınlaşmanı daha da sürətləndirəcək. Ümumilikdə, hər iki mühüm tədbirin reallaşması Azərbaycan-Vyetnam münasibətlərinin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq üzərində inkişafında mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

