Ukraynaya ilk dəfə...
29.07.2025 [11:53]
Azərbaycan qazı Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi ilə nəql olunacaq
Ukraynanın “Naftogaz” Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqavilə imzalayıb. Sazişə əsasən, ilk dəfə Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçiriləcək. Qaz nəqlini mühüm hadisə kimi dəyərləndirən “Naftogaz”ın baş direktoru Sergey Koretski bildirib ki, qaz tədarükü həcm baxımından kiçik olsa da, strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir.
Azərbaycan Ukraynanın qaz infrastrukturunu iflasdan xilas edir
Qeyd edək ki, 2025-ci il yanvarın 1-dən Rusiya ilə Ukrayna arasındakı qaz tranzitinə dair dövlətlərarası sazişin hüquqi qüvvəsi başa çatıb və rəsmi Kiyev 5 il əvvəl “Qazprom” ilə “Nafto?az” arasında imzalanmış sazişin müddətini uza?mayıb. Nəticədə Rusiya qazının Ukrayna üzərindən Avropaya nəqli dayanıb, eyni zamanda, Ukrayna?? rus qazının tədarükü tamamilə qapadılıb. Bu qərar Ukraynanın mövcud qaz şəbəkələri infrastrukturuna və qaz anbarlarına mənfi təsirlər göstərməyə başlayıb. Çünki qaz ekosistemi uzun müddət yanacaq olmadığı halda infrastrukturun sıradan çıxması təhlükəsi meydana çıxır. Ötən müddətdə Ukrayna həmin sistemin işləkliyin qoruyub saxlamaq üçün müəyyən resurslar axtarıb tapsa da, dayanıqlı yanacaq əldə edə bilməyib. Ona görə də, əsas mənbələrdən biri kimi Azərbaycanla əməkdaşlığa xüsusi önəm verilirdi. Nafto?az” şirkətinin rəhbərliyi xeyli müddətdir ki, “SOCAR”-la Azərbaycan qazının alışı üçün təkliflər irəli sürürdü. Çünki rus qazının tranziti dayandığından Ukraynanın qazpaylayıcı sistemi işləksiz qaldığı halda tamamilə iflic ola bilərdi.
Beləliklə, Azərbaycan Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirməklə Ukraynanın enerji infrastrukturunu sıradan çıxmaqdan xilas etdi. Bu, həqiqətən də böyük hadisədir və məsələ hansısa həcmdə yanacağın ötürülməsi yox, bir dövlətin enerji sisteminin çöküşünün qarşısının alınmasıdır. Azərbaycan bu nümunəvi addımı ilə bir haha sübut edir ki, regionda əsil enerji əməkdaşlığı və dostluğu halqası yaradan qüdrətli dövlətdir.
Avropa İttifaqı alqışlayır
Azərbaycanın Ukraynaya qaz nəqlinə başlamasını Avropa rəsmiləri də yüksək dəyərləndirir. Aİ-nin enerji komissarı Kadri Simson regionun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın xidmətlərini yüksək qiymətləndirərək Kiyev və Moskva arasında tranzit müqaviləsinin bağlanmasını geosiyasi hadisə adlandırıb və sonrakı müddətdə Kiyevin Bakıya daha çox ehtiyaclarının artacağını istisna etməyib. Hətta Azərbaycandan Avropaya TAP-dan sonra bu tipli ikinci enerji marşrutunun açılması üçün yeni infrastrukturlar yaradılması da təklif olunur. Azərbaycan Ukrayna ilə həmsərhəd olmadığından Azərbaycan qazının Ukrayna ərazisi ilə Avropaya nəqlində Rusiya ilə paralel infrastrukturların əlaqələndirilməsi vacib sayılır. Həmçinin qazpaylayıcı və ötürücü sistemlərin, konnektorların birləşdirilməsi, əlavə qazötürücü blokların yaradılması və bütün bu infrastrukturların qurulması üçün böyük həcmdə investisiyalar lazımdır.
İkinci TAP yarana bilərmi?
Təbii ki, yeni qaz xəttində maraqlı olan tərəf kimi bu sərmayələri Aİ təmin etməlidir. Bundan başqa, əlavə qaz resursları lazımdır. Azərbaycan
2020-ci ilin sonlarından nəqlinə başladığı TAP-la hazırda Aİ-nin 10 ölkəsinə illik həcmi 12-13 milyard kubmetr olan yanacaq ixrac edir, 2027-ci ildə ixracın həcminin 20 milyard kubmetri ötəcəyi gözlənilir. Ukrayna ərazisindən Avropaya uzanan Rusiya qaz xəttinin ötürücülük gücü 50 milyard kubmetrdən çoxdur. Azərbaycan həmin kəmərə öz ehtiyatlarının müəyyən bir qismini yönəldə bilər. Bunun üçün qazın Rusiya ərazisi vasitəsilə Rusiya-Ukrayna sərhədindəki məntəqəyə daşınması, yaxud Azərbaycan və Rusiya arasında “swap” (dəyiş-düyüş yolu ilə mübadilə) əməliyyatı mümkündür. Azərbaycan və Rusiya arasında Hacıqabul-Mozdok qaz kəməri hazırda işləkdir və mövcud infrastrukturu Bakı-Novo-Filin və əks rejimdə birləşdirmək, oradan isə Ukrayna ərazisinə, daha sonra Avropaya nəql etmək mümkün ola bilər. Bu kəmərin daşınma gücü illik 5-10 milyard kubmetrdir. Digər variant kimi “Balkan axını”- “Türk axını”nı şaxələndirməklə Rusiya qazının mübadiləsidir. Belə ki, Azərbaycan Türkiyə ildə nəql etdiyi 10 milyard kubmetr qazı Rusiya-Ukrayna marşrutuna yönəldə bilər, Türkiyəyə çatan həmin 10 milyard kubmetri isə Rusiya kompensasiya edə bilər. Bütün bu “svop əməliyyatları” üçün Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Aİ arasında müqavilələrin imzalanması lazımdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35

