İnkişafın və innovasiyanın uğurlu modeli
26.08.2025 [10:11]
Azərbaycanda rəqabətqabiliyyətli startap nəsli formalaşır
Süni innovasiya modelinin mühüm atributlarından biri olan startaplar biznes ideyalarının mükəmməl aləti kimi özünü doğrultmaqdadır. Bir neçə ildir ki, fəaliyyət göstərən “Startap Azərbaycan” platforması startaplar, investorlar, maliyyə fondları, yeni rəqəmsal alətlərə dəstək verməklə gənc biznes komandasının təşviqinə, böyüməsinə səbəb olmaqdadır. Bunun nəticəsidir ki, süni intellektin atributlarından biri olan bu layihələrə qoşulan gənc istedadların sayı durmadan artır. 2022-2024-cü illər ərzində yerli startaplarımız müxtəlif qlobal investor və təşkilatlardan 2,4 milyon avrodan çox investisiya cəlb ediblər. Bu, ölkəmizin innovasiya potensialına olan inamın göstəricisidir, həm də həyata keçirdiyimiz təşəbbüslərin real nəticəsi kimi qəbul edilə bilər.
Regionlardakı startaplara 2,2 milyon dollardan artıq sərmayə yönəldilib
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat mərasimində bildirib ki, ölkəmizin innovasiya ekosistemində genişmiqyaslı işlərin görülməsi sayəsində son 3 ildə müxtəlif inkubasiya və akselerasiya proqramları, hakatonlar və ideatonlar təşkil edilib. Bu çərçivədə 600-dən çox startap dəstəklənib və onların əhəmiyyətli bir hissəsi - 275-dən çoxu minimum işlək məhsul mərhələsinə qədər inkişaf edib.
Nəticədə startaplarımız elektron ticarət, səhiyyə və təhsil texnologiyaları, aqrotexnologiya, maliyyə texnologiyaları, ekoloji təmiz texnologiyalar, əşyaların interneti, böyük verilənlərin emalı və oyun sənayesi kimi çoxşaxəli sahələri əhatə edib. Bununla yanaşı, Azərbaycanda vençur kapital mexanizmlərinin inkişafı da mühüm mərhələyə qədəm qoyub. Son illərdə yaradılmış müxtəlif fondlar vasitəsilə, ümumilikdə, 15 milyon dollardan çox kapital formalaşdırılıb və həmin fondlar artıq 2,2 milyon dollardan artıq sərmayəni regionlarda fəaliyyət göstərən startaplara yönəldiblər.
Gəncədə İnnovasiya Mərkəzi yaradılır
Ötən ilin oktyabr ayında Bakıda Abşeron Vadisi İnnovasiya Klasteri çərçivəsində Azərbaycan İnnovasiya Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın innovasiya ekosistemi üçün olduqca əlamətdar bir hadisə kimi yadda qalıb. Bu, onu təsdiqləyir ki, innovasiya modelləri paytaxt Bakı ilə məhdudlaşmır, regionlarda da geniş vüsət alır. Ələlxüsus da startap modeli artıq regionlarda innovasiya proqramları kimi öz imkanlarını genişləndirir. Bir müddət əvvək fəaliyyət başlayan Sumqayıt İnnovasiya Mərkəzi ölkə üzrə formalaşmaqda olan innovasiya şəbəkəsinin keyfiyyət baxımından növbəti mərhələ hesab olunur. Cari ilin sonunadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması, həmçinin Naxçıvan Dövlət Universitetində də prototipləşdirmə laboratoriyasının təsis edilməsi nəzərdə tutulur ki, bu, regionlarda startap ekosisteminin güclənməsinə təkan verməklə bölgələrdə infrastruktur, maliyyə, insan kapitalı və texnoloji icma quruculuğunu inkişaf etdirəcək. Həmçinin regionlarda innovasiya fəaliyyətinin genişlənməsi, “İnnostart”, “4ü1arada”, “ecomX” kimi layihələrin icrası gənclər arasında innovativ sahibkarlıq bacarıqlarının artmasında mühüm rol oynayacaq.
“Sabancı ARF” və “Viveka” birgə proqram planlaşdırılır
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov isə bildirib ki, 2024-2025-ci illərdə 4 region, 20 şəhər və bir rayonda innovasiyayönümlü fəaliyyət həyata keçirilib. Layihə çərçivəsində ümumilikdə, 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı, 4 regional “Demo Day” tədbiri baş tutub. Ümumilikdə bütün tədbirlərdə 2000-dən çox şəxs iştirak edib. Hakatonlar çərçivəsində 116 komanda innovativ ideyalarını və MVP-lərini təqdim edib və onlardan 24 MVP-li layihə, ümumilikdə, 60 min məbləğində mükafat fondu əldə edib. Sözügedən komandalardan 35-i inkubasiya proqramlarına cəlb olunub, yekun olaraq 29 MVP formalaşdırılıb, 1 komanda isə “Startap şəhadətnaməsi” əldə edib.
Hazırda startap ekositeminin ən yeni alətləri olan inkubasiya və akselerasiya proqramlarının təşkili istiqamətində fəal iş aparılır. “Sabancı ARF” və “Viveka” kimi tanınmış platformalarla birgə reallaşdırılan “4+1 ClimAccelerator” proqramı iqlim innovasiyalarını təşviq etmək və region ölkələri arasında əməkdaşlıq həmrəyliyi yaratmaq məqsədi güdür.
215 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi əldə edib
Startaplar uğurlu biznes layihəsi kimi kiçik və orta biznesi (KOB) də xüsusi innovasiyalara təşviq edir, yeni təşəbbüslərə qoşur. Bunun nəticəsidir ki, ölkəmizdə “Startap” şəhadətnaməsi almaq istəyən biznes icmasını sayı dayanmadan artır. 2025-ci ilin birinci yarısında 54 mikro və kiçik sahibkar “Startap” şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edib ki, Ekspertlər Şurası 27 biznes təmsilçisinin “Startap” şəhadətnaməsi ilə təmin edilməsinə razılıq verib. Şəhadətnamə almış sahibkarların 23-ü hüquqi, 4-ü fiziki şəxsdir. Onlardan 23-ü mikro, 4-ü isə kiçik sahibkarlıq subyektidir. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin 20-si Bakı şəhərində, 7-si isə regionlarda fəaliyyət göstərir. Şəhadətnamə almış sahibkarların 4-ü qadındır.
“Startap” şəhadətnaməsi almış layihələr fintek, təhsil, ictimai iaşə, İKT, sənaye, turizm, biznesin rəqəmsallaşması, elektron ticarət sahələri üzrə innovativ həlləri özündə ehtiva edən mobil tətbiq və onlayn xidmətlərdir. Ümumilikdə isə indiyədək 215 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.
“StartupGenome” beynəlxalq hesabatında yüksək mövqe
Azərbaycanlı startapçılar biznes ideyaları, kəşf və bacarıqları ilə artıq qlobal bazarlarda uğurlu investorlar kimi qəbul edilir. KOBİA, Xəzər-Vençur, Elmin İnkişafı Fondu, Prezident yanında Gənclər Fondu, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasında təmsil olunan bacarıqlı gənc ideya müəllifləri kifayət qədər uğur qazanmağa nail olub. Ölkəmizi təmsil edən “SkyBee” komandası Ümumdünya Startap Yarışmasının (World Startup Competition) Asiya və Afrika üzrə Regional Final Müsabiqəsində 30-dan artıq texnologiya şirkəti arasında “Aqrar sektorda ən yaxşı startap” nominasiyasının qalibi olub.
Dünya ölkələrinin innovasiya ekosisteminin təhlilini aparan “StartupGenome” şirkətinin bir müddət əvvəl açıqladığı 2025-ci il üzrə hesabatda Azərbaycan “Asiya ekosistemində istedadların əlçatanlığı” reytinqində 25 ölkə arasında yer alır. Bu uğurlu göstəricilər bir daha Azərbaycanın startap platformasının qabaqcıl model kimi inkişaf edərək rəqabətli insan kapitalının formalaşmasında mühüm rolunu göstərir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

