Qeyri-neft ixracında yüksək artım
30.08.2025 [10:53]
Yeddi ayda 2 milyard dollardan çox məhsul ixrac olunub
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft ixracı artaraq 2,09 milyard dollar təşkil edib. Bu, ötən ilin 7 ayı ilə müqayisədə 11,4 faiz artım deməkdir. Qeyri-neft məhsullarının ixracında yeyinti sesktorunun payında daha yüskək artım qeydə alınıb. İxrac mallarının strukturunda şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon dollar və ya 55,1 faiz, meyvə-tərəvəz 122,6 milyon dollar və ya 31,9 faiz, kimya sənayesi məhsulları 45,2 milyon dollar və ya 30,4 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon dollar və ya 19,1 faiz, pambıq iplik 2,6 milyon dollar və ya 18,2 faiz, çay 317 min dollar və ya 8,8 faiz artıb.
Qızıl qeyri-neft ixracında ilk yerdə qərarlaşır
Cari ilin yeddi ayında aqrar məhsulların ixrac dəyəri 551,4 milyon dollar, aqrar-sənaye məhsullarının ixrac dəyəri 178,8 milyon dollar bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1 faiz artaraq 730,2 milyon dollar təşkil edib. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl 178,8 milyon dollarla birinci olub. Bu siyahıda pomidor 156,9 milyon dollarla ikinci, pambıq lifi 108,1 milyon dollarla üçüncü yerdə qərarlaşıb.
Azərbaycanın qeri-neft ixracında Rusiya Federasiyası 716,6 milyon dollarla ilk yeri tutur. Türkiyə 339,7 milyon dollarla ikinci, İsveçrə 186,6 milyon dollarla üçüncü, Gürcüstana 183,4 milyon dollarla dördüncü, Ukrayna 109,9 milyon dollarla beşinci yeri bölüşür. Qeyri-dövlət ixracatçı subyektlərin reytinqində isə “PRIME COTTON” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı Nümayəndəliyi, “Export Stream” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “UYTROP” MMC, “P-AQRO” MMC ilk yerləri tutur.
Peyk məhsullarının ixracında rekord
Azərbaycanın qeyri-neft ixracında yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri də öz imkanlarını genişləndirib. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 10,1 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,7 milyon dollarla Böyük Britaniya ilk yerə sahibdir. Sonrakı yerlərdə 2,1 milyon dollarla Lüksemburq, 498,9 min dollarla Nigeriya, 461 min dollarla Türkiyə və 417,5 min dollarla Misir qərarlaşıb.
Ənənəvi bazarlardan yeni bazarlara keçid...
Hökumətin hədəfi ixracın şaxələndirilməsi, ənənəvi bazarlardan yeni bazarlara keçidin təmin olunmasıdır. Bu məqsədlə yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınmasının sadələşdirilməsi, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilməsi və əlavə güzəşt alətlərinin tətbiqi üzərində işlər aparılır. Motivasiyaedici tədbirlərdən biri logistik subsidiya mexanizminin tətbiqidir. Yeni mexanizm ixracla məşğul olan sahibkarların sərhəd-keçid məntəqələrində asan tranzit sisteminin yaradılması, gömrük sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, logistika üzrə güzəştlərin verilməsini və tarif səmərəliliyi üzrə təşviqlərin tətbiqini nəzərdə tutur. Eyni zamanda, yeni və qeyri-ənənəvi bazarlara ixracı stimullaşdırmaq üçün müxtəlif təşviq mexanizmlərinin verilməsi gözlənilir. Ən mühüm güzəşt aləti isə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən biznesin xarici bazarlara çıxışında dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi, onların ixrac fəaliyyəti üzrə logistik xərclərinin tam şəkildə qarşılanmasıdır.
Ümumilikdə, bütün bütün bu tədbirlərin məqsədi ixrac coğrafiyasının şaxələndirilməsinə töhfə vermək, ənənəvi bazarların tranzitini yeni istiqamətlərə yönəltmək, bununla da daha yüksək gəlir gətirən ixrac pöotensialını formalaşdırmaqdır.
Azərbaycan məhsulları ilk dəfə “Alibaba”da ilk üçlükdə yer alıb
Azərbaycanın ixrac siyasətinin müasir platformalarından biri kimi “Azexport” portalı mühüm yer tutur. 10 ildir ki, ölkəmizdə istehsal olunan malların vahid elektron məlumat bazası rolunu oynayan portal Azərbaycanda istehsal olunan rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların xarici bazarlarda təşviqinə dəstək verir. Həmçinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması üçün ixracatçı sahibkarlara nəqliyyat, logistika, ödəniş və sertifikatlaşdırma, sahəsində dəstək göstərir. Portal ixrac sektorunda tərəf kimi xarici ölkələrin biznes nümayəndələri ilə elektron ticarətin intensiv aparılmasını təmin edən çevik bir struktura çevrilib.
“Azexport” portalının qlobal rəqəmsal ticarət platformalarına inteqrasiyası ənənəvi bazarlardan fərqli yeni bazarlara çıxış imkanlarına da əlverişli mühiti təmin edib. Nəticədə portal “Made in Azerbaijan” məhsullarının ixrac istiqamətlərinin genişləndirilməsində də böyük rol oynayan resursa çevrilib. “Azexport” Azərbaycanda istehsal olunan məhsulların ixracını dəstəkləyən “Alibaba.com”, “eBay.com”, “Wholesale”, “Amazon”, “All.biz” kimi dünya elektron ticarət platformalarına inteqrasiya olunub və Azərbaycan məhsullarına beynəlxalq bazarlarda sərfəli potensial alıcı tapmaqda mühüm vasitəçiyə çevrilib. İndiyə kimi həmin sifarişçilərdən 1 milyard dollardan artıq sorğular daxil olub.
“Azexport” portalının dəstəyi ilə Azərbaycan məhsulları ilk dəfə dünyanın ən iri elektron ticarət platformalarından biri olan “Alibaba.com”da öz kateqoriyası üzrə qlobal reytinqdə ilk üçlükdə yer alıb. Bu nailiyyət Azərbaycan istehsalçıları üçün elektron ticarətin açdığı yeni imkanların bariz göstəricisidir.
Ticarət Evləri ixracı təşviq edir
Azərbaycanda qeyri-neft ixracının artmasında Ticarət Evlərinin də mühüm əhəmiyyəti var. Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, satışının təşkili və əlaqələndirilməsində Ticarət Evlərinin imkanları kifayət qədər böyükdür. Hazırda Rusiya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna, Polşa, Latviya, Çin, Qazaxıstanda Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir və bu uğurlu paltforma Azərbaycan məhsullarının təkcə satışı və tanıdılması üçün əhəmiyyət daşımır, bu cür iqtisadi strukturlar həm də iki ölkə arasında faydalı iqtisadi müzakirələr üçün vahid ixrac zənciri formalaşdırır.
Son bir ildə Çində Azərbaycan Ticarət Evlərinin sayının artımı müşahidə edilir. Bu ölkənin Pekin, Şanxay, Çindao, Canciaciye, Sian, Çendu, Harbin, Cinan, Uhan və Urumçi şəhərlərində Azərbaycanın Ticarət Evləri fəaliyyət göstərir ki, bu ixracın masştabını genişləndirir. Eləcə də Körfəz ölkələrində Ticarət Evləri açılıb, digərlərinin yaradılması işləri sürətləndirilib. Bütün bunlar isə yaxın illərdə ixracın həcminin daha da artımını təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

