Maliyyə sektorunda yenilik
05.09.2025 [11:36]
Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verib
Rəqəmsal maliyyə ekosistemində tətbiq edilən yeniliklər haqqında məlumat və təbliğat siyasətini və tərəfdaşlarla effektiv kommunikasiyanın gücləndirilməsi istiqamətində təşəbbüsləri artıran Mərkəzi Bank (MB) bu çərçivədə yeni informasiya platforması olan veb-sayt və sosial media səhifələrini istifadəyə verib. Maliyyə texnologiyaları və innovasiyalara həsr olunmuş veb-sayt - “fintech.cbar.az” ölkəmizdə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi kimi MB-nin bu sahədə həyata keçirdiyi fəaliyyətləri, planlaşdırılan tədbirləri və rəqəmsal həllərə dair məlumatları bir ünvanda toplayaraq istifadəçilərə təqdim edir.
İstifadədə rahat interfeysə malik olan veb-saytda xüsusi tənzimləmə rejimi, Açıq Bankçılıq konsepsiyası, Virtual aktivlər və “Müştərini tanı” seqmentləri üzrə mühüm məlumatlar və ən son yeniliklər diqqətə çatdırılır. “Linkedin” və “İnstaqram” sosial şəbəkələrində yaradılmış yeni “Fintech_by_cbar” səhifələri isə maliyyə texnologiyaları sahəsi üzrə ölkəmizdə və hüdudlarından kənarda baş verən yenilikləri və mühüm xəbərləri sosial media izləyicilərinə təqdim edəcək. MB bildirib ki, innovativ bank məlumatları və yeni məzmunlar, habelə interaktiv formatda paylaşımlar rəqəmsal maliyyə sektorunda məlumatlılığın artırılmasına töhfə vermək məqsədi daşıyır. Yeni rəqəmsal platformaların MB və ekosistem iştirakçıları arasında innovasiyayönümlü əməkdaşlığı təşviq edəcəyi və sektorun dayanıqlı inkişafına töhfə verəcəyi ehtimal olunur.
Açıq Bankçılıq şəffaflıq və etimad mühiti yaradır
Fintex rəqəmsal ekosistemində mühüm platformalarından biri kimi Açıq Bankçılıq (A-Bankçılıq) alətinin təşviqinə xüsusi önəm verilir. Açıq Bankçılıq gələcəyin maliyyə arxitekturasının altsistemlərindən biri kimi banklar və Fintex şirkətləri arasında etibarlı məlumat mübadiləsini təmin etmək, innovativ maliyyə xidmətlərinin inkişafını sürətləndirmək və rəqabət mühitini stimullaşdırmaq məqsədi daşıyır. Özünəməxsus maliyyə məlumatları üzərində daha çox nəzarət imkanı verən və banklar ilə lisenziya almış üçüncü tərəflər arasında təhlükəsiz, standartlaşdırılmış məlumat paylaşımını təmin edən maliyyə xidmətləri çərçivəsi sayılan A-Bankçılıq müştərilərin öz maliyyə məlumatlarına çıxışını asanlaşdırmaqla məluamatlara nəzarəti müştərinin öz səlahiyyətinə verir, şəffaflıq və etimad mühiti yaradır. Müştəri tərəfindən icazə verilmiş məlumatların açılması və təhlükəsiz API-lər vasitəsilə rəqəmsal qarşılıqlı əlaqənin təmin edilməsi sayəsində Açıq Bankçılıq innovasiya, rəqabət, şəffaflıq və müştəri səlahiyyətləndirilməsi sahələrində yeni imkanlar yaradır. Ağıllı maliyyə xidmətləri və maliyyə inklüzivliyinə, biznes əməliyyatlarının sadələşdirilməsinə töhfə verir, xərclərin azaldılması və effektivliyin artırılmasında təsiredici rol oynayır.
Bütün bunlara rəğmən, A-Bankçılıq təchizatçıları həssas məlumatlarla məsuliyyətli davranmalarını təmin etmək üçün vaxtaşırı Mərkəzi Bank tərəfindən ciddi qeydiyyat və audit proseslərindən keçməlidirlər.
Qeyd edək ki, Açıq Bankçılıq yalnız pərakəndə bankçılıqla məhdudlaşmır. Korporativ bankçılıq, kredit xidmətləri və hətta sığorta sahələri də artıq bu platformalarının rəqəmsal alətlərini mənimsəməyə başlayır.
“Müştərini Tanı”...
Mərkəzi Bankın üzərində çalışdığı rəqəmsal həllərdən biri “Müştərini Tanı” (Know Your Customer - KYC) platformasıdır. Bu alət banklara və digər maliyyə qurumlarına fırıldaqçılığın qarşısının alınması, məlumat təhlükəsizliyinin təmin olunması və tənzimləyici tələblərinə uyğunlaşma istiqamətində dəstək mexanizmidir. Mövcud bank sistemindən məlumdur ki, hər bir maliyyə qurumu öz KYC yoxlamasını aparır ki, bu da həm müştərilər, həm də institutlar üçün təkrarlanan, vaxt aparan və baha başa gələn yoxlamalara səbəb olur. Bu prosesi sadələşdirmək və təkrarı aradan qaldırmaq məqsədilə Paylanılmış KYC platforması konsepti meydana çıxıb.
“Müştərini Tanı” bu baxımdan maliyyə institutları arasında toplanan, yoxlanılan, saxlanılan və təhlükəsiz şəkildə paylaşılan KYC məlumatlarını ehtiva edən mərkəzləşdirilmiş və ya federativ rəqəmsal platforması kimi tənzimləyici nəzarəti həll edir, maliyyə ekosistemində şəxsiyyətin təsdiqi üçün vahid mexanizm qurmağı hədəfləyir. Bu model “yalnız bir dəfə” prinsipinə əsaslanır, yəni müştərinin şəxsiyyəti və sənədləri bir maliyyə qurumu tərəfindən təsdiq olunduqdan sonra həmin təsdiqlənmiş məlumatlar digər səlahiyyətli qurumlarla paylaşılır və təkrar istifadə olunur.
“Müştərini Tanı” platformasında saxlanılan məlumatlara adətən şəxsi məlumatlar (ad, doğum tarixi, ünvan), rəsmi şəxsiyyət sənədləri (pasport, şəxsiyyət vəsiqəsi), fotoşəkillər, biometrik məlumatlar, ünvan təsdiqi və digər müvafiq uyğunluq sənədləri daxildir. Daha inkişaf etmiş platformalar risk dərəcələndirməsi, siyasi nüfuz sahibi şəxs (PEP) yoxlamaları, sanksiya ekranlaşdırma nəticələri və çirkli pulların yuyulması əleyhinə (AML) göstəriciləri də ehtiva edir.
“Virtual Aktivlər”
Rəqəmsal maliyyə arxitekturasının digər seqmentlərindən biri olan “Virtual Aktivlər” altbölməsi üzrə biliklərin artırılması da Mərkəzi Bank üçün xüsusi təşviqedici sahə hesab edilir. Virtual aktivlər, ödəniş və investisiya məqsədilə istifadə edilən və mübadilə vasitəsi kimi fəaliyyət göstərən, eyni zamanda, virtual aktivlər dövriyyəsi sistemində dəyərin rəqəmsal ifadəsini təşkil edən maliyyə alətləridir. Bu aktivlər rəqəmsal mühitdə mövcud olan və elektron şəkildə köçürülə və ya dəyişdirilə bilən rəqəmsal dəyərlərdir. V-aktivlər əsas etibarilə blokçeyn texnologiyası kimi innovativ şəbəkələr üzərində fəaliyyət göstərir.
Son dövrlərdə kriptovalyuta və digər rəqəmsal pulların geniş yayılması bu sahədə maarifləndirmə siyasətinin gücləndirilməsini tələb edir. Xüsusilə də, virtual aktivlərin yaratdığı riskləri nəzərə aldıqda bu paltformadan istifadə zamanı geniş məlumatlılıq amili daha çox ön plna çıxır. Bütün ölkələrin maliyyə institutları və mərkəzi bankları virtual aktivlərin hərəkətinə nəzarət edir. Çünki cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi kimi qanunsuz fəaliyyətlərdə virtual maliyyə sxemlərindən istifadə halları artır. Bu aktivlər anonim xarakter daşıdığından tənzimləyici orqanlar üçün əlavə çətinliklər yaradır, kiberhücumların və platforma problemlərinə və maliyyə itkilərinə səbəb olur.
Bu baxımdan MB “Virtual Aktivlər” platforması vasitəsilə müştərilər və maliyyə bazarı iştiraçıları arasında məlumat və bilikləri artırmağı hədəfləyir.
Ümumilikdə, Mərkəzi Bank tərəfindən istifadəyə verilən yeni kommunikasiya platformaları maliyyə ekosisteminin inkişafı ilə bağlı meydana çıxan rəqəmsal risklər, eləcə də, tətbiq edilən ən son yeniliklərin dəqiq təfərrüatlı şəkildə vətəndaşlara çatdırılması baxımından faydalı təşviqat vasitəsi hesab edilə bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

