Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın investisiya potensialını artırır
18.09.2025 [10:35]
“Moody`s”: Azərbaycanın BAA3 reytinqi maliyyələşdirmə çevikliyini əks etdirir
Beynəlxalq reytinq agentliyi “Moody`s” regionda baş verən geosiyasi münaqişələr və logistika fraqmentasiyalarının artdığı, eyni zamanda yeni tarif qaydalarının tətbiqinin təsiredici xarakter aldığı bir mühitdə alternativ ticarət marşrutlarının, o cümlədən Mərkəzi Asiya və Qafqazı birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə bağlı nikbin ehtimallarını açıqlayıb. Agentliyin ekspert qrupunun təhlillərinə əsasən, Orta Dəhlizə üzrə tranzit daşınmalarının yüksəlməsi və bu coğrafiyada yerləşən dövlətlərin infrastruktur yenilənilməsi istiqamətində davamlı səyləri sözügedən nəqliyyat arteriyasının regional geoiqtisadi nüfuzunu və investisiya qabiliyyətini gücləndirir. Orta Dəhlizdə fəal yer alan və daim infrastrukturların yenilənməsinə maliyyə vəsaitləri cəlb edən Qazaxıstan, Azərbaycan və Gürcüstan “Moody`s” tərəfindən investisiyayönümlü ölkələr kimi səciyyələndirilir.
Agentliyin qiymətləndirmələrinə görə, Orta Dəhlizin inkişafı region adıçəkilən ölkələrinin suveren kredit keyfiyyətinin güclənməsinə töhfə verir və investisiya reytinqlərinin artırılması üçün zəmin yaradır. Qeyd edək ki, “Moody`s” bir müddət əvvəl Qazaxıstanın kredit reytinqini BAA1, proqnozunu isə sabit), Azərbaycanın uzunmüddətli reytinqini BAA3, proqnozunu müsbət, Gürcüstanın reytinqini isə BA2, proqnozunu mənfi səviyyəsində təsdiqləyib. Bu ölkələr arasında yalnız Azərbaycanın reytinq proqnozu investisiya dərəcəli səviyyəsində müəyyən edilib. Bu göstəricinin təsdiq edilməsi Azərbaycanın iqtisadi və maliyyə sektorunda baş verən irəliləyişlərdən qaynaqlanır. Azərbaycanın reytinqi çox güclü xarici balansı, “BBB” reytinq kateqoriyasında ən aşağı dövlət borcu göstəricilərindən birini və maliyyələşdirmə çevikliyini təmin edən əhəmiyyətli suveren aktivlərin mövcudluğunu əks etdirir. Müsbət amillər arasında iqtisadiyyatda xarici valyutanın adekvat təklifi, maliyyə sisteminin dollarlaşmasının azalması, Mərkəzi Bankın likvidlik idarəetməsinin yaxşılaşması, məzənnə sabitliyini dəstəkləyən etibarlı valyuta ehtiyatları və xarici valyutada ifadə olunan Dövlət Neft Fondunun aktivləri əsas faktorlar kimi vurğulanır.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti tam modernləşdirilib
“Moody`s”un qənaətinə görə, dövlətin birbaşa öz sərmayələri infrastrukturun müasirləşdirilməsini təmin edir və bu sahəyə yönəldilən vəsaitlər büdcə xərclərini artırsa da, fiskal balansı pozmur, digər güzəştli maliyyə mənbələrinə çıxış imkanları hesabına kompensasiya olunur. Sözsüz ki, burada xarici maliyyə institutları ilə nəqliyyat investisiyalarından söhbət gedir. Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və digər maliyyə təchizatçıları ilə səmərəli əməkdaşlıqlar şəraitində son illərdə nəqliyyat infrastrukturlarını modernləşdirib. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının yükgötürmə və yükötürmə gücünün artırılması, yolboyu mal və nəqliyyat vasitələrinə gömrük nəzarətinin sürətləndirilməsi üçün əhəmiyyətli tədbirləri görülüb. Etibarlı və dayanıqlı maliyyə təchizatçılarından biri kimi Asiya İnkişaf Bakı regional nəqliyyat layihələrinin maliyyələşdirilməsində aparıcı donor kimi fəal rol oynayıb, avtomobil və dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi üçün ölkəmizə 250 milyon dollardan çox kredit ayırıb. Habelə “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit vəsaitləri yönəldilib. AİB hazırda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında ölkəmizə dəstək verməkdədir.
Gürcüstan və Qazaxıstanın Orta Dəhlizdə fəallığı artır
“Moody`s”un mövcud dəyərləndirmələri Azərbaycanın investiya cəlbedilciyinə işarə etməklə, və Orta Dəhlzidəki tərəfdaşları ilə birlikdə beynəlxalq maliyyə institutlarından nəqliyyat və logistika sektoruna yeni vəsaitlər yönəldilməsinə münbit şərait yaradır. Agentlik hesab edir ki, Orta Dəhliz infrastrukturunun inkişaf etdirilməsində Gürcüstan da xeyli işlər görüb, Qara dənizdəki limanlarda yenidənqurma işləri aparılıb. Qazaxıstan hökuməti isə Mərkəzi Asiya bölgəsində dəmir yolu və liman infrastrukturlarını tam müasirləşdirilib, digər nəqliyyat xətləri ilə birləşdirmək üçün yeni layihələr icra edir. Qazaxıstanın milli dəmiryol operatoru olan “Kazakhstan Temir Zholy” SC-nin bu istiqamətdə roluna xüsusi diqqət yetirən “Moody`s” hesab edir ki, milli şirkətin strateji mövqeyi və aparıcı maliyyə instititutlarının benefisiarlığı sayəsində tranzitlərin şaxələnməsi reallaşır. Qazax hökuməti Məngistay vilayətində uzunluğu 64 kilometr olan Kurık və Jetıbay kəndlərini birləşdirən respublika əhəmiyyətli yolun əsaslı təmirini başa çatdırıb və Orta Dəhlizdə yeni potensiallar yaranır. Belə ki, Kurik limanı Azərbaycanın Beynəlxalq Dəniz Limanı ilə əlaqələndirilib. Aktau ilə yanaşı, həmin limandan daşınan beynəlxalq yüklər Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Limanına, oradan isə Gürcüstan,Türkiyə və Avropa ölkələrinə göndərilməkdədir.
Logistikanın yenilənməsi və liman infrastrukturunun genişləndirilməsi
“Moody`s”un ekspert qrupunun qənaətinə görə, Orta Dəhlizin tam potensialının üzə çıxarılmasını məhdudlaşdıran çatışmazlıqlar da mövcuddur ki, beynəlxalq nəqliyyat icması və investisiya koalisiyası ilə birlikdə bunların da öhdəsindən gəlmək mümkündür. Belə ki, dəmir yollarının ötürmə qabiliyyətinin artırılması, köhnəlmiş logistikanın tam yenilənməsi, liman infrastrukturunun genişləndirilməsi, həmçinin gömrük prosedurlarında və normativ standartlarda koordinasiyasının təmin edilməsi üçün təsirli addımların atılmasına ehtiyac var.
Reytinq agentliyinin qeyd etdiyi məsələlər Orta Dəhlizin iştirakçılarını da qayğılandırır və bu istiqamətdə müvafiq konsepsiya hazırlanıb. Bir neçə ay əvvəl Bakıda keçirilən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının iclasında yeni fəaliyyət planı müəyyənləşib ki, həmin plana Orta Dəhlizdə daşınmaların həcminin artırılması üçün digər ölkələrdəki infrastrukturların modernləşdirilməsi və yeni logistika qovşaqlarının tikintisi, dəhliz üzərində yerləşən ölkələrin nəqliyyat-logistika şəbəkələrinin daha sıx əlaqələndirilməsi, rəqəmsal idaretmənin qurulması və digər məsələlər daxildir. Azərbaycan, Gürcüstan, Qazaxıstan, Ukrayna, Türkiyə, Çin, Polşa, Litva, Sinqapur, Bolqarıstan və Rumıniyanın müvafiq qurumlarının nümayəndələrinin yüksək səviyyəli rəsmilərinin iştirak etdiyi həmin tədbirdə Assosiasiya üzvləri 2025-ci il və qarşıdakı illərə dair yeni strateji hədəfləri müəyyənləşdiriblər. Həmin hədəflərdən biri tarif dərəcələrinə düzəlişlərdir.
Tranzit gömrük prosedurları sadələşdirilir
Tərəflər hazırda nəqliyyat və tranzit prosedurlarının optimallaşdırılması üçün stimullaşdırıcı mexanizmlərin tətbiqini nəzərdə keçirir. Həmin mexanizmlər dəniz limanları, dəmir və avtomobil yolları, logistika qovşaqlarında əməliyyatlar və gömrük prosedurlarının asanlaşdırılmasını, sərfəli tariflərin tətbiqini nəzərdə tutur. Orta Dəhliz boyu “Bir pəncərə” prinsipindən istifadə edilməsi, tranzit gömrük prosedurlarının sadələşdirilməsi, yük və nəqliyyat vasitələrinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi mexanizmlərinin hazırlanması məqsədilə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri, eləcə də Ümumdünya Gömrük Təşkilatının və Türk Dövlətləri Təşkilatının rəhbərliyi, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının nümayəndələri bir araya gələrək güzəştli tarif dəhlizinin yaradılmasına razılıqlarını bəyan ediblər.
Beləliklə, “Moody`s” reytinq agentliyinin vurğuladığı kimi Orta Dəhliz tərəfdaşlarının investisiya reytinqləri beynəlxalq maliyyə institutları ilə əlverişli şərtlərlə sərmayələrin cəlb edilməsinə imkan yaratmaqla, dəhlizin logistika infrastrukturunun tam yenilənməsinə və Asiya-Avropa nəqliyyat blokunun tam rentabelli işinin təmin edilməsinə səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

