Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Dünya qızıl bazarında tarixi rekord qeydə alınıb

Dünya qızıl bazarında tarixi rekord qeydə alınıb

23.09.2025 [11:52]

Sentyabrın 23-də dünya bazarında qızılın unsiyasının qiyməti 3795 dollara yaxınlaşaraq növbəti tarixi rekordu müəyyən edib.

AZƏRTAC xəbər verir ki, sonrada qiymətli metalın qiyməti bir qədər ucuzlaşaraq 3790 dollar ətrafında sabitləşib.

Qeyd edək ki, son aylar dünya bazarlarında qızılın qiymətində davamlı artım müşahidə olunur. Ekspertlərin fikrincə, bu tendensiya ABŞ dollarının zəifləməsi və maliyyə bazarlarında qeyri-sabitlik fonunda qızılın ənənəvi “təhlükəsiz liman” aktivinə çevrilməsi ilə bağlıdır.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən idxal rüsumlarının tətbiqindən sonra qızılın qiyməti 3080 dollar səviyyəsinə yüksəlmişdi.

Paylaş:
Baxılıb: 268 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30