Etibarlı tərəfdaşlığın yeni mərhələsi
31.10.2025 [10:49]
Azərbaycan və Böyük Britaniya əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir
Azərbaycan və Böyük Britaniya arasındakı münasibətlər qarşılıqlı etimad sütunları üzərində yüksələn xətlə inkişaf edir. Birləşmiş Krallıqla ölkəmiz arasında formalaşmış güclü iqtisadi, siyasi dialoqlar həm də regional əməkdaşlığa töhfələr verməkdədir. Hazırda hər iki dövlət yüksəksəviyyəli münasibətlərini daha da inkişaf etdirmək üçün ənənəvi neft-qaz sahəsi ilə yanaşı, ticarət və mühəndislik, bərpaolunan enerji, innovasiya və rəqəmsal texnologiyalar, “yaşıl enerji” infrastrukturlarının qurulmasında uzunmüddətli əməkdaşlığa önəm verir.
Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Con Alderdays bildirib ki, ölkəsinin yeni sənaye strategiyası ölkənin qlobal liderliyə malik olduğu yeni innovasiya sektorlarını, o cümlədən “təmiz enerji” və rəqəmsal texnologiyaların inkişafını nəzərdə tutur və həmin sahələrdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə də xüsusi diqqət yetirilməkdədir.
Britaniya şirkətlərinin yeni investisiya gündəliyi - “yaşıl enerji”
C.Alderdays vurğulayıb ki, Azərbaycan və Böyük Britaniya arasında çoxillik enerji tərəfdaşlığının yeni mərhələsi “təmiz enerji”yə keçidə əsaslanır. Bu sahədə xüsusi fəallığı ilə seçilən bp şirkətinin Azərbaycanda bərpa olunan enerji və dekarbonizasiya sahəsində ilk layihəni - “Şəfəq” Günəş elektrik stansiyasının inşasını həyata keçirməsi əməkdaşlıqda yeni səhifənin açılması hesab edilə bilər. C.Alderdaysın qənaətinə görə, Böyük Britaniya irimiqyaslı bərpaolunan enerji layihələrində dərin biliklərə malik aparıcı mühəndislik, layihə və konsaltinq şirkətlərinin vətənidir. Britaniya şirkətləri konseptual layihələndirmə, texniki-iqtisadi əsaslandırma və enerji sistemlərinin inteqrasiyası sahəsində güclüdür. Dünyanın ən böyük dəniz külək elektrik stansiyası olan “Dogger Bank” layihəsini reallaşdıran ingilislər öz qanaqcıl təcrübəsini Azərbaycanda da reallaşdıra bilər.
Bu isə enerji keçidi prosesinə investisiyaların artırılmasında Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan bp-nin yeni enerji siyasətində açdığı yeni cığır digər Britaniya şirkətləri üçün nümunə olmaqla, onların “yaşıl enerji” dəhlizlərinin inkişafı, dənizdə külək və hidrogen enerjisi, şəbəkələrin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması kimi sahələrdə əməkdaşlığa cəlb olunmasını motivasiya edəcək.
Bir sözlə, ötən 30 illik enerji əməkdaşlığında əldə edilmiş uğurların növbəti davamı kimi ingilis şirkətlərinin Azərbaycana yeni enerji sərmayələrinin axını başlayacaq.
Britaniya İxrac Kredit Agentliyi nəqliyyat sektoruna maliyyə dəstəyi verir
Con Alderdays Azərbaycanın regionda mühüm nəqliyyat və logistika mərkəzinə çevrildiyini də bildirib. Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin ən axıcı qovşaqlarının yerləşdiyi regiondur, ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutları üzrə tranzit həcmi sürətlə artır. Son bir ildə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımaları təxminən 60 faiz artıb. Eyni zamanda, Azərbaycandan keçən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu üzrə yük daşımaları da 30 faiz artıb. Azərbaycan Avrasiyanın mərkəzində nəqliyyat-logistika qovşağı kimi mövqeyini gücləndirir, xüsisilə də Orta Dəhlizin inkişaf etdirilməsində strateji rol oynayır. Etibarlı sərhədyanı marşrutlara xüsusi əhəmiyyət verən Böyük Britaniya bu istiqamətdə Azərbaycanla həm tranzitlərin əlaqələndirilməsində, həm də logistika infrastrukturlarının modernləşdirilməsi, rəqəmsal həllərin tətbiqində faydalı əməlkdaşlıq etmək niyyətindədir.
Hazırda geoiqtisadi reallıqlar, tranzit-logistika xətlərində meydana çıxan yeni fraqmentasiyalar beynəlxalq nəqliyyat daşınmalarında təmsil olunan şirkətlərin də fəaliyyətində vahid siyasətin tənzimlənməsini labüd edir. Bu baxımdan nəqliyyat sektorunda tətbiq edilən müasir yanaşma və idarəetmə prinsipləri, yeni korporativ idaretmə sistemi gözləntiləri doğultmağa başlayıb və bu qlobal tərəfdaşlar üçün də əhəmiyyət kəsb edir. Daha yığcam, daha məqsədyönlü və dinamik idaretmə modelləri səmərəliliyi daha da artırır və nəqliyyat sektorunun rəqəmsallaşdırılması prosesi tariflərin təkmilləşməsində və optimist tarif təyinetməsinə imkan yaradır. Qeyd edilən məsələlər ingilis logistika şirkətləri üçün də əsas trendlərdir və tənzimləyici islahatlar sahəsindəki öz təcrübəsini Orta Dəhliz ölkələrinə, o cümlədən Azərbaycana təklif edir.
Eyni zamanda, nəqliyyat sektorunda davamlı maliyyə təchizatçısı olan Britaniya İxrac Kredit Agentliyi (UKEF) Azərbaycanın nəqliyyat sektorunun parkının modernləşməsinə böyük dəstək vermək niyyətini gizlətmir. Azərbaycanda ilk sövdələşməni tamamlayan UKEF Milli Aviasiya Akademiyası üçün Britaniyanın “L3Harris Commercial Aviation Solutions” şirkətinin istehsalı olan “Boeing 777” uçuş simulyatorunun alınmasını tam dəstəkləyib. “Silk Way” şirkətlər qrupu ilə bağlanmış bu sövdələşmə Böyük Britaniyanın qabaqcıl texnologiya və innovasiyaların inkişafına yönəlmiş yeni sənaye strategiyasına tam uyğundur.
UKEF ilə əməkdaşlığın davam etdirilməsi Azərbaycanda nəqliyyat, infrastruktur və rəqəmsal təşəbbüslərdə iştirak potensialını daha da artıracaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01

