Rəqəmsal bankçılıq üçün səmərəli platforma
21.11.2025 [10:35]
Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda dayanıqlı maliyyə ekosisteminin möhkəmləndirilməsi üçün hədəflər müəyyən edilib
Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunda ölkəmizdə bank sektorunun inkişafı sahəsində son illərdə həyata keçirilən tədbirlər, müasir çağırşlardan irəli gələn yeni prirotitetlər, səmərəli maliyyə ekosisteminin inkişaf yolları, rəqəmsal transformasiya sahəsində əməkdaşlıq barədə faydalı müzakirələr aparılıb. Nağdsız iqtisadiyyat, rəqəmsal bankçılıq, maliyyə texnologiyaları, “yaşıl bank” həlləri kimi məsələlərin müzakirəsi üçün geniş platforma olan forumda “Sərhədsiz bankçılıq: Maliyyə məzənnəsini yenidən müəyyən edən qlobal qüvvələr”, “Risklər və tənzimləyici təkamül”, “Yerli banklar növbəti artım dalğasını necə formalaşdırır”, “Etibarlı, təhlükəsiz və davamlı bank işi” mövzularında panel sessiyaları keçirilib. Tədbirdə çıxış edən “Azərbaycan Banklar Assosiasiyası”nın (ABA) prezidenti Zakir Nuriyev bildirib ki, son illərdə bank sektorunda institusional mühiti daha da yaxşılaşdırılıb, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazası beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilib, bazara rəqabətə davamlı iştirakçıların daxil olması təmin edilib. Ödəniş xidmətləri həyata keçirən elektron pul və ödəniş təşkilatlarının, ödəniş sistemi operatorunun sayı artıb. İslahatlar nəticəsində milli ödəniş sistemi infrastrukturu, yəni AZİPS, XÖHKS və AÖS üzərindən emal edilən ödəniş əməliyyatlarının ümumi dövriyyəsi genişlənməkdə davam edir. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Milli Ödəniş sistemləri üzərindən edilən ödənişlərin həcmi 590 milyard manat olub və 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9,4 faiz artıb.
Bank sektorunun aktivləri 56,1 milyard manata çatıb
Z.Nuriyevin sözlərinə görə, bu dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının həcmi 72,2 milyard manat təşkil edib ki, bu da ötən ilin 3-cü rübünə nisbətə 29,1 faiz çoxdur. Bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67,4 faizə çatdırıb. Ötən 10 ay ərzində nağdsız əməliyyatların xüsusi çəkisinin 67 faizə yüksəlməsi, ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması sektorun rəqəmsal transformasiyasının real nəticələrini əks etdirir.
2025-ci ilin üçüncü rübünün sonuna bank sektorunun aktivləri isə 10,4 faiz artaraq, tarixi həddi ilk dəfə keçib və 56,1 milyard manata yüksəlib. Bu artımda əsas pay aktivlərin yarıdan çoxunu təşkil edən kredit portfelinə məxsusdur. Bu dövrdə kredit portfeli 9,6 faiz artaraq 29,3 milyard manata çatıb. Biznes kreditlərinin qalıq həcmi də 1,1 milyard manat artaraq 15,5 milyard manata yüksəlib. Bu dövrdə banklarda fiziki şəxslərin əmanətləri 15,4 milyard manat, müddətli əmanətlər isə 9,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 faiz və 18 faiz artım deməkdir. Ev təsərrüfatlarının əmanətlərində dollarlaşma səviyyəsi 34,6 faizdən 32,3 faizə enib. Hesabat dövründə bankların kapitalı illik müqayisədə 14 faiz artaraq 7,2 milyard manata yüksəlib. Bank sektorunun xalis mənfəəti isə 8,2 faiz artaraq 911 milyon manata çatıb.
Sinqapur və Malayziyanın bank modelləri tətbiq olunacaq
ABA rəhbəri vurğulayıb ki, rəqəmsal ödəniş ekosistemi sahəsində regional səviyyədə inkişafın təmin edilməsi məqsədilə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Gürcüstanla “sandbox” rejiminin (Tənzimləyici Test Rejim) qarşılıqlı olaraq tətbiqi imkanları qiymətləndirilir. Bu sahədə uğurlu nümunə olaraq Sinqapur və Malayziya arasında olan təcrübə təhlil edilir. Nəticədə, bu yanaşma region ölkələri arasında inteqrasiya əlaqələrinin daha da dərinləşməsinə imkan verəcək.
Z. Nuriyev bank sektorunda zəruri hesab edilən islahatlar barədə də fikirlərini açıqlayıb. Strateji hədəfə uyğun olaraq, Mərkəzi Bankın nəzdində innovasiya habının yaradılması, rəqəmsal bankçılıq üzrə yeni nəsil qanunvericilik bazasının qəbul edilməsi, ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində qanunvericilik bazasının mövcud reallıqlar və inkişaf tendensiyası nəzərə alınaraq təkmilləşdirilməsi, habelə “sandbox” rejimində tətbiq edilən nəzarət çərçivəsinin yumşaldılması nəzərdə tutulur. Habelə Ani Ödənişlər Sisteminin funksional imkanlarının və digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi, innovativ ödəniş alətlərinin, NFC və digər texnologiyaların tətbiqi planlaşdırılır. Diqqətçəkən digər bir məqam “card-to-card” tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə müəyyən ediləcək yeni tələblər fonunda ödəniş kartları ilə aparılan rəqəmsal ödənişlərin inkişaf tendensiyasının qorunub saxlanılmasıdır.
Elektron pul təşkilatlarının sayı 17-yə çatıb
Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov vurğulayıb ki, son illərdə ölkəmizdə rəqəmsal ödənişlərin genişlənməsi, maliyyə xidmətlərinin daha səmərəli, çevik və əlçatan olmasına şərait yaradılıb, maliyyə texnologiyaları sektorunun dinamik inkişafı təmin edilib. Ölkədə 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 ödəniş sistemi operatoru fəaliyyət göstərir, onların ümumi əməliyyat həcmi cari ilin ilk 10 ayı üzrə 53,1 milyard manat təşkil edib. Hazırda 19 kommersiya bankı və milli poçt-rabitə operatoru ödəniş hesabına xidmət edən ödəniş xidməti təchizatçısı, 4 bank isə hesab üzrə məlumat xidməti təchizatçısı kimi ekosistemə qoşulub. Mərkəzi Bank “Açıq Maliyyə” çərçivəsində Open API standartları, məlumat təhlükəsizliyi və müştəri razılığı modellərinin formalaşdırılması üzərində çalışır. Bu proses maliyyə xidmətlərinin fərdiləşdirilməsi, rəqabətliliyin artırılması və məlumat axınlarının səmərəli idarə olunmasına xidmət edir. Mərkəzi Bank tərəfindən yaradılmış Xüsusi Tənzimləmə Rejimi çərçivəsində fəaliyyət göstərən layihələrin real mühitdə sınaqdan keçirilməsi, onların texniki və əməliyyat dayanıqlılığının qiymətləndirilməsi məqsədilə aparılan işlər davam etdirilir. Bu rejimə əsasən, “Pre-Sandbox” modelinin hazırlanması istiqamətində də işlər aparılır.
Bankların 70 faizi köçürmələrini Ani Ödənişlər Sisteminə inteqrasiya edib
V.Xəlilov bildirib ki, Ani Ödənişlər Sistemi (AÖS) üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir. Hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Son aylarda diqqət yalnız C2C ödənişlərinin AÖS-ə keçidinə deyil, eyni zamanda, B2B ödənişlərinin AÖS-ə keçidinə və C2B ödənişlərinin “AZ-QR” vasitəsilə genişlənməsinə yönəldilib. Əlavə olaraq, HÖP ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində iş aparılır. Bunun nəticəsidir ki, həm ani ödənişlərin həcmi, həm də xidmətlərin əhatə dairəsi əhəmiyyətli şəkildə artıb. AÖS əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1,8 milyona çatıb. “AZ-QR” kodu emitent və ekvayer tərəfdə tətbiq edən bankların sayı artır. Bankların 70 faizi C2C köçürmələrini AÖS ilə inteqrasiya edib. Qoşulmuş banklar mərhələli şəkildə trafiki artırmaqda davam edirlər. İnternet bankçılıq üzərindən emal olunan AÖS ödənişlərinin aylıq dövriyyəsi 4 dəfə artaraq 100 milyon manata, əməliyyatlarının sayı 25 dəfə artaraq aylıq 1,8 milyona çatıb.
“AZ-QR” kodu emitent və ekvayer tərəfdə tətbiq edən bankların sayı artır. Bankların 70 faizi C2C köçürmələrini AÖS ilə inteqrasiya edib. Sistemə qoşulmuş banklar mərhələli şəkildə trafiki artırmaqda davam edirlər. İnternet bankçılıq üzərindən emal olunan AÖS ödənişlərinin aylıq dövriyyəsi 4 dəfə artaraq 100 milyon manata çatıb.
Ümumilikdə, Bank Forumunda müzakirə edilən məsələlər müəyyən edilmiş məqsədlərə çatmağa, bank sektorunun rəqəmsal ekosisteminin inkişafı üçün xarici tərəfdaşlarla əməkdaşlığın güclənməsinə, keyfiyyət tələbləri və risk əsaslı nəzarət mexanizmlərinin güclənməsinə, dayanıqlı maliyyə ekosisteminin möhkəmlənməsinin təmin edilməsinə töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

