“Texnoİnnovasiya Fondu” nə üçün lazımdır?
22.11.2025 [10:15]
Rəqəmsal iqtisadiyyat çağırışları dövlət və özəl kapitalın inteqrasiyasını labüdləşdirir
Milli Məclisin plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə fikirlərini bildirən Tahir Mirkişili Azərbaycanda rəqəmsal iqtisadiyyat və innovasiya fondunun yaradılmasını təklif edib. İqtisadçı bildirib ki, elm və rəqəmsallaşma sahələri üçün dövlət və özəl kapitalın birgə “Texnoİnnovasiya Fondu” yaradılması startap ekosisteminə və universitet tədqiqatlarına birbaşa maliyyə dəstəyinin verilməsi imkanlarını xeyli artıra bilər. Onun fikrincə, bu qeyri-neft gəlirlərinin artırılmasına da töhfə verə, iqtisadiyyatın elmtutumlu rəqabərliliyini gücləndirə bilər.
İnsan kapitalına əsaslanan cəmiyyət qurucluğu
Rəqəmsallaşma müasir dövrümüzün dinamik sürətlə inkişaf edən, bu və ya digər formada milli iqtisadiyyatlara və cəmiyyətlərə öz təsirini göstərən ayrılmaz prosesinə çevrilib. Son illər ərzində ölkəmizdə “Elektron hökumət”in formalaşması, dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi infrastruktur vasitəsilə informasiya mübadiləsinin aparılması, “Elektron hökumət”in fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edən dövlət informasiya sistemləri və ehtiyatlarının yaradılması istiqamətində mühüm işlər görülüb, müasir informasiya-kommunikasiya texnologiyalarının, telekommunikasiya qurğularının və innovasiyaların geniş tətbiqi nəticəsində qabaqcıl texnoloji infrastruktur qurulub. Həmin infrastrukturun bazasında iqtisadi inkişafın daha yeni tələbi olan “Rəqəmsal hökumət”ə keçidin sürətləndirilməsi üçün əlavə imkanlar səfərbər edilib. Çünki müasir inkişaf tələbləri rəqəmsal texnologiyaların tətbiqi və açıq məlumatlardan istifadə yolu ilə xidmətlərin göstərilməsini və dövlət idarəçiliyinin təkmilləşdirilməsini zəruri edir. “Rəqəmsal hökumət”in formalaşması isə rəqəmsal bilik, bacarıq və vərdişlərin artırıldığı, o cümlədən biznes proseslərinin avtomatlaşdırıldığı və rəqəmsal iqtisadiyyatın mövcud olduğu rəqəmsal cəmiyyət qurucluğundan keçir. Azərbaycan bu məqsədlərə çatmaq üçün rəqəmsal texnologiyalardan istifadə yolu ilə dövlət idarəçiliyində səmərəlilik və vahid yanaşma təmin edilməsini, dövlət idarəetməsinin və biznes proseslərinin rəqəmsallaşma ilə bu sahələrdəki pərakəndəliliyi aradan qaldırılmasını, iqtisadi artıma və sahibkarlığın, eləcə də insan kapitalının inkişafına nail olunmasını başlıca hədəflər kimi müəyyən edib.
“Milli Prioritetlər”dən irəli gələn tələb
Qeyd edilən istiqamətlərdə ötən illər ərzində kifayət qədər uğur və nailiyyətlər də əldə olunub. Rəqəmsallaşma ilə bağlı qabacıl Avropa və Asiya şirkətləri ilə birgə əməkdaşlıq Azərbaycanın qlobal miqyasda rəqabət qabiliyyəti indeksləri üzrə mövqeyinin artmasında da mühüm rol oynayıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının “Transsərhəd kağızsız ticarət” indikatoru üzrə hər il açıqlanan beynəlxalq reytinqində Azərbaycanın mövqeyi MDB və region ölkələri arasında ən üst sırada yer alıb. Həmçinin, Azərbaycan Dünya Bankının hazırladığı “GovTech Yetkinliyi İndeksi”nin (GovTech Maturity İndex - GTMI) 2023-cü il üzrə hesabatında yüksək nəticələr əldə edib. Belə ki, 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan yüksək rəqəmsallaşma səviyyəsinə görə birinci pilləyə yüksəlib.
Azərbaycan hökuməti rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat quruculuğuna daha geniş yer vermək, rəqəmsal transormasiyanı cəmiyyətin idarə olunmasının ən vacib sektoruna çevriməkdə qərarlıdır. Dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq edilimiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədlərində iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində ciddi tapşırıqları özündə ehtiva edən tədbirlər müəyyənləşibdir. Həmin tədbirlər planına əsasən, rəqəmsal infrastrukturların vahid mərkəzdə birləşdirilməsi, idarə olunması həlli vacib məsələ kimi dayanır.
Vahid əlaqələndirmə çevik idarəetməni gücləndirir
Hazırda rəqəmsal sektorda koordinasiyanı təmin edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal transformasiya sahəsində fəaliyyətin təşkili, yerli innovasiya mühitinin formalaşması, ekosistemin möhkəmlənməsinə xidmət göstərməkdədir. Ancaq bir sıra hallarda koordinasiyasızlıq dövlət və özəl sektorun işinə maneə yaradır. Ona görə də rəqəmsallaşma sahəsində biznesin və dövlət orqanlarının üzləşdiyi hüquqi çətinliklərin aradan qaldırılması ilk növbədə rəqəmsal iqtisadiyyat üçün yeni imkanlar vəd edir, biznesin daha çevik reallaşdırılmasına və iqtisadi artımın sürətlə baş verməsinə şərait yaradır. Eləcə də bu prosesin cəmiyyət həyatına daha geniş nüfuz etməsi yeni iş yerlərinin açılması, həyat keyfiyyətinin yüksəldilməsi, məhsuldarlığın artırılması, şəffaflığın təmin edilməsi, eləcə də kiçik və orta sahibkarlığın inkişafına töhfə verilməsi ilə iqtisadiyyata müsbət təsir göstərir.
Bütün bu sadalanan hədəf çağırışları texnoloji inqilaba, yeni indistrial cəmiyyət quruculuğuna inteqrasiyanı daha da labüdləşdirir. Bu baxımdan “Texnoİnnovasiya Fondu” yaradılması təşəbbüsü məntiqli hesab edilə bilər.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29

