Qarşılıqlı etimad əsasında...
19.12.2025 [10:50]
Azərbaycan və İsrail iqtisadi tərəfdaşlığı artırmaq niyyətindədir
Azərbaycan və İsrail mövcud potensiallarından səmərəli istifadə etməklə iqtisadi tərəfdaşlığı daha da dərinləşdirmək, qarşılıqlı investisiyaları və ticarət dövriyyəsini artırmaq niyyətindədir. Hər iki ölkə bölgədə sülh və rifaha xidmət edən regional layihələrdə də yaxın tərəfdaşlığı gücləndirməklə böyük əməkdaşlıq platformasının yaradılmasını məqsəduyğun hesab edir. Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarovla İsrailin maliyyə naziri Zeev Elkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə qeyd edilən məsələlərə toxunulub. Görüşdə İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib, əməkdaşlığın gündəmində olan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanlarına diqqət çəkiblər.
Birgə sərmayə qoyuluşları artır
Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr son illərdə daha da inkişaf edərək yeni sahələrdə birgə layihələrin icrası üçün dərin zəmin yaratmaqdadır. Hər iki ölkənin biznes icması və iqtisadi strukturları arasında intensivləşən münasibətlər iqtisadi-ticari, investisiyalar üçün yeni imkanlar açır. Həmçinin, davamlı xarakter alan Biznes-forumlar sahibkarlar arasında təşəbbüskarlığı daha da artırır.
Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalar kimi mühüm yer tutur. Əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılmasında Birgə Komissiya mühüm platforma kimi faydalı nəticələrin əldə olunmasına töhfə verir. Həmçinin, İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır.
Hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal iş həyata keçirir. Bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Eyni zamanda, kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur və israilli şirkətlərin bu sahələrə sərmayə yatırımlarında dinamika nəzərə çarpır.
Yeri gəlmişkən, Azərbaycanın son dövrlərdə xarici ölkələrin iqtisadiyyatına yatırdığı investisiyaların həcmində İsrailin payı artmaqdadır. 2025-ci ilin yanvar-sentyabr aylarında İsrailə ölkəmiz tərəfindən 542,6 milyon dollar həcmində sərmayə yatırılıb ki, kapitalın əsas hissəsi “Tamar” qaz yatağı layihəsinə yönəldilib. Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Union Energy” şirkəti arasında İsrailin Aralıq dənizi hövzəsindəki ən iri qaz yataqlarından biri olan “Tamar” layihəsi üzrə 10 faiz payın əldə edilməsinə dair saziş imzalanıb. Bununla da SOCAR İsrailin təbii qaz bazarına çıxış imkanı qazanıb. Azərbaycan bu perspektivli qaz blokunda investor və enerji tədarükçüsü statusu qazanmaqla Aralıq dənizi regionunda potensial enerji təchizatçına çevriləcək.
Biznes forumlar iqtisadi təmasları gücləndirir
İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında mühüm yer tutur. Bu ölkə ilə respublikamız arasında qarşılıqlı investisiya, həmçinin, energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.
Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması münasibətlərin yeni mərhələyə yüksəlməsində təkanverici rol oynayıb, bir sıra sahələrdə birbaşa təmaslar üçün hüquqi-iqtisadi sütunlar yaradıb.
Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycan-İsrail Biznes forumları da mühüm rol oynamaqdadır. Tərəflər arasında ötən illərdə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, iqtisadi sahəyə dair anlaşma memorandumları ticari-investistiya dinamikasını artırıb. Son illərdə ticari mübadilələrin həcmi artaraq 1 milyard dollara yaxınlaşıb.
Kosmik sənayedə müştərək uğurlar
İsrail və Azərbaycan arasında son illərdə müasir sənaye quruculuğu, süni intellekt, kibertəhülkəsizlik sahələrində əməkdaşlıq daha da intensivləşib. Azərbaycanın 2026-cı ildə fəzaya buraxmağa hazırlaşdığı növbəti optik müşahidə peykinin hazırlanmasında israilli peşəkar mütəxəssislər də iştirak edir. “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Azersky-2” kosmik peykinin dünya peyk ailəsinə qoşulması nəzərdə tutulur. Dünyanın ən güclü texnologiya şirkətlərindən olan “Israel Aerospace Industries” şirkəti yeni peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağında azərbaycanlı mütəxəssislərə köməkliyini göstəməkdədir. “IAI” proqram çərçivəsində “Azersky-2” üzrə iki peykin hazırlanması planlaşdırılır. İsraillə birgə 2026-cı ildə yeni peykin orbitə çıxarılmasından sonra 2028-ci illdə daha bir “Azersky-2” qurğusu fəzaya buraxılacaq.
“İsrael Aerospace Industries” şirkəti dünyada unikal sənaye və kosmik mallar tədarükçüsü olmaqla Azərbaycanda da yeni innovasiyaların təşviqində və yeni nəsil texnologiyaların hazırlanmasında dəstəyini göstərmək niyyətindədir. Süni zəka layihələrində tərəfdaşlıq üzrə səmərəli platforma qurulmaqdadır. Ölkələrimiz arasında kibertəhlükəsizlik üzrə də yeni imkanlar dəyərləndirilir.
Digər sahələrdə də əməkdaşlıq üçün potensial imkanların artırılması Azərbaycan və İsrail arasında müəyyən edilmiş iqtisadi hədəflərə çatmaqda mühüm rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

