Quruculuğun və dirçəlişin rəmzi
30.12.2025 [12:51]
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi beynəlxalq tərəfdaşlığı gücləndirəcək
Azərbaycanda şəhərsalma fəaliyyəti dövlətin sosial-iqtisadi siyasətində dayanıqlı inkişafın əsas strateji hədəflərindən biri kimi müəyyənləşib. Son illərdə ən qabaqcıl şəhərsalma trendləri ölkəmizdə tətbiq olunub, beynəlxalq şirkət və innovasiya qurucuları ilə sıx əməkdaşlıq layihələri çərçivəsində yeni modellər işlənilib. Azad edilmiş ərazilərdə şəhərsalmanın unikal modelləri, “ağıllı” texnologiyalar, rəqəmsal innovasiyalar şəhərsalma mədəniyyətinin müasir vizyonu kimi yadda qalıb. Hazırda bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılır, şəhərsalma və urbanizasiya sahəsində müasir standartlar tətbiq edilməklə Bakıda və respublikanın digər şəhərlərində gerçəkləşdirilən layihələr ölkənin hərtərəfli inkişafında mühüm rol oynayır. İşğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tamamilə dağıdılmış yüzlərlə kənd, qəsəbə və şəhərin yenidən qurulması prosesi planlı şəkildə sürətlə davam etdirilir.
Şəhərsalmada həmrəyliyin nümunəsi
Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi qabaqcıl təcrübə beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma sahəsində qlobal çağırışların həllində və innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. Bu sahədə beynəlxalq əməkdaşlıq, xüsusilə də BMT-nin Məskunlaşma Proqramı ilə birgə həyata keçirilən təşəbbüslər xüsusi önəm daşıyır. Bu təşəbbüslər sayəsində respublikamızın dünya tikinti və inşaat, infrastruktur liderləri olan şirkət və korporasiyalarla əlaqələri də yeni dövrə daxil olub, ölkəmizin quruculuq proqramlarına qoşulmaq istəyən şirkətlərin sayı artır. İrimiqyaslı qlobal tədbirlərdən hesab edilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) 2026-cı il mayın 17-22-də Bakı şəhərində keçirilməsi barədə qərar bu baxımdan beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığının növbəti parlaq təzahürüdür. Eyni zamanda, ölkəmizə olan etimadın və dostluğun, həm də şəhərsalma istiqamətində ortaq məqsədlər naminə həmrəyliyimizin göstəricisidir.
“Ağıllı” və innovativ şəhər konsepsiyası reallaşır
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov bildirib ki, sessiya BMT-nin Məskunlaşdırma Proqramı və Azərbaycan hökumətinin birgə təşkil etdiyi ən nüfuzlu beynəlxalq platformalardan biri kimi diqqəti cəlb edir. “WUF13 sessiyası qlobal şəhərsalma gündəliyinin mühüm mərhələsi olmaqla yanaşı, dayanıqlı şəhər inkişafı sahəsində qlobal siyasət dialoqunu, eləcə də bilik və qabaqcıl təcrübə mübadiləsini bir araya gətirən əhəmiyyətli beynəlxalq tədbirdir. Forum ilk dəfə olaraq Xəzər və Cənubi Qafqaz regionunda keçiriləcək və tədbirdə 10 minə yaxın beynəlxalq iştirakçı, ümumilikdə isə təxminən 30 min iştirakçının olması gözlənilir”.
E.Rəsulov vurğulayıb ki, əvvəlki WUF tədbirlərindən fərqli olaraq, Forum çoxsaylı dövlət və hökumət başçılarının iştirakı ilə baş tutacaq. Tədbir çərçivəsində 40 əsas sessiya və 350 tərəfdaş tədbiri təşkil olunacaq. Forumun əsas tədbirləri işarət dili də daxil olmaqla səkkiz dildə sinxron tərcümə ilə təmin ediləcək.
Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yüksək səviyyədə təşkili məqsədilə WUF13 Azərbaycan Əməliyyat Şirkəti 30 iyun 2025-ci il tarixində fəaliyyətə başlayıb. Qısa müddət ərzində institusional hazırlıq, məkan infrastrukturu planlaşdırılması, əməliyyatların idarə olunması, nəqliyyat, marketinq və kommunikasiya kimi sahələr üzrə kompleks işlər həyata keçirilib. Peşəkar heyətin formalaşdırılması məqsədilə hazırda 300 nəfərə yaxın əməkdaşdan ibarət işçi heyəti formalaşdırılıb. Həmin heyətin üzvləri beynəlxalq tədbirlərin təşkili üzrə təcrübəyə malik peşəkar mütəxəssislərdir.
Beləliklə, WUF13 forumu sülhün, bərpanın və dirçəlişin rəmzi kimi müasir, “ağıllı” və innovativ şəhər konsepsiyasına uyğun inkişafını daha da sürətləndirəcək. Bu mötəbər tədbirin yüksək səviyyədə təşkili ölkəmizin inkişaf strategiyalarının və dayanıqlı şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması işinə əhəmiyyətli töhfə verəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

