“BakuTel 2013” sərgisi dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirib
03.12.2013 [09:16]
Dekabrın 2-də Bakı Ekspo Mərkəzində telekommunikasiya və informasiya texnologiyaları sahəsində Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri - “Bakutel 2013” sərgisi işə başlayıb.
AzərTAc xəbər verir ki, sərgi keçirildiyi illər ərzində yüksək texnologiyalar sahəsində əldə olunan nailiyyətlərin nümayişi üçün mühüm meydançaya çevrilib. “Bakutel” sərgisi uzun illərdir ki, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə keçirilir.
Prezident İlham Əliyevin 2013-cü ili Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan etməsi sərgiyə olan marağı daha da artırıb. Sərgi çərçivəsində işgüzar görüşlər, müxtəlif toplamlar, habelə sərgi ziyarətçiləri üçün çoxsaylı maraqlı tədbirlər planlaşdırılıb və bu tədbirlərdə yüksək vəzifəli qonaqlar iştirak edəcəklər.
Sahənin artmaqda olan potensialının göstəricilərindən biri sərgi meydançasının bu il 35 faiz genişləndirilərək yerli iştirakçılarla yanaşı, dünyanın 28 ölkəsindən 300 şirkəti bir araya gətirməsidir. Bu əlamətdar ildə “Bakutel” sərgisi ilk dəfə olaraq Bakı Ekspo Mərkəzinin sahəsi ümumilikdə 12 min kvadratmetr olan üç zalı və foyesini əhatə edir. Foyedə yerləşəcək Azərbaycanın milli pavilyonunda son illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin həyata keçirdiyi işlər haqqında ətraflı məlumat, eləcə də sahənin inkişafı üçün gələcək planlar təqdim olunur. Burada İKT sahəsini əks etdirən layihələrin nümayişi ilə yanaşı, ilk dəfə olaraq Bakıdakı sərgidə öz stendi ilə iştirak edən Birləşmiş Millətlər Təşkilatının (BMT) pavilyonu da yerləşir.
Bu il 15 ölkə milli pavilyonu ilə (Belarus, Macarıstan, İsrail, İspaniya, Kanada, Latviya, Litva, Fransa, Xorvatiya, Estoniya və s.) sərgidə İKT sahəsində Azərbaycan və bütün Xəzər regionu üçün innovativ olan maraqlı proqramların, habelə məhsul və xidmətlərin təqdimatını keçirəcək. Əfqanıstan, İtaliya və ABŞ-dan olan milli qruplar isə sərgidə ilk dəfə iştirak edirlər.
Həmçinin aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və distribüterlər də sərgidə fəal təmsil olunur. Sərgidəki ekspozisiyaların 40 faizi daimi iştirakçılara məxsusdur. Sərgi keçirilməyə başlayandan bəri yerli şirkətlərin sayının hər il artması və bu il bütün iştirakçıların 30 faizini təşkil etməsi əsas nailiyyətlərdəndir.
Dekabrın 5-dək davam edəcək 19-cu sərgidə telekommunikasiyalar və şəbəkələr, genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı və texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları seqmentləri nümayiş etdirilir. Sərgidə Azərbaycanın birbaşa iştirak etdiyi İKT sahəsində çoxsaylı beynəlxalq və yerli layihələr öz əksini tapıb. Bu cür layihələrə Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) və Avropa-İran Sürətli Magistralının (EPEC) çəkilməsi, Azərbaycanda Yüksək Texnologiyalar parkının yaradılması, peyk layihələrini misal göstərmək olar. Əvvəllər olduğu kimi, sərgidə kosmik sənaye, yerüstü peyk idarəetmə mərkəzinin fəaliyyətinin genişləndirilməsi və kadrların hazırlanması sahələrinə xüsusi diqqət yetirilir. Belə ki, “Azərkosmos” şirkətinin stendində milli telekommunikasiya peykinin fəaliyyətinin gələcək illərdəki planları əks olunur. Sərgidə əhaliyə göstərilən dövlət xidmətlərinin təqdim olunması üçün yaradılmış “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti nümayiş etdirilir.
“Bakutel” sərgisinin ənənələrindən biri də Azərbaycanda və regionda İKT sahəsinin ən böyük tədbiri çərçivəsində gənc mütəxəssislər üçün öz ideyalarını, habelə yaratdıqları proqram məhsullarını və xidmətləri nümayiş etdirmək imkanıdır. Bununla əlaqədar olaraq sərgidə təşkilatçıların, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə gənc mütəxəssislər stendlərdə “start-up”larla təmsil olunublar. Bu il 11 gənc mütəxəssis öz yeni layihəsini nümayiş etdirir.
İlk gün ziyarətçilər köhnəlmiş İKT detallarından istifadə edilməklə hazırlanan geyimlər şousunu izləyiblər. Üçüncü pavilyonda yerləşdirilmiş oyun zonasında hər bir şəxs lazer simlərdə və X-boks oyunlarında iştirak edə bilər. Sərginin ziyarətçilərini isə öz şou proqramı ilə MDB ölkələrində ilk dəfə Azərbaycan sərgisində olan dünyaca məşhur “Titan” robotu qarşılayır. “Titan” Hyu Cekmanla birlikdə çox məşhur “Canlı polad” (“Real Steel”) döyüş filminin epizodik obrazı olaraq hamı tərəfindən sevilir. Üçüncü zalda yerləşən istirahət zonasında dincəlmək və öz təəssüratlarını bölüşmək mümkündür.
Builki sərginin baş sponsoru “HP” şirkətidir. “Iteca Caspian” şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun tərəfdaşı Britaniyanın “ITE Group plc” şirkəti çıxış edirlər.
Xəbər lenti
Hamısına baxSosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01

