Bakıda III Vergi Forumu işə başlayıb
07.02.2014 [09:13]
“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda keçirilən tədbirə bir sıra beynəlxalq qurumların təmsilçiləri də qatılıb
Fevralın 6-da Bakıda “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda 2 günlük Vergi Forumu öz işinə başlayıb. Forumun “Vergi inzibatçılığında partnyorluq münasibətləri” və “Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu” adlı sessiyalarında dövlət orqanlarının, Avropa İttifaqının, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının, Niderland Krallığının, Türkiyə, Gürcüstan və Qazaxıstanın vergi qurumlarının, bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin təmsilçiləri, iş adamları və KİV nümayəndələri iştirak ediblər.
Vergilər nazirinin müşaviri Akif Musayevin, Türkiyə Gəlirlər Administrasiyası rəhbərinin müavini Mehmet Atuğun və “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyevin moderatorluğu ilə keçirilən “Vergi inzibatçılığında partnyorluq münasibətləri” adlı birinci sessiyada ilk olaraq Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev “Risklərin idarə edilməsı və partnyorluq mövzusunda çıxış edib. İdarə rəisi bildirib ki, Azərbaycanda vergidən yayınma risklərinin qiymətləndirilməsinə başlanılıb. Onun sözlərinə görə, vergi ödəyiciləri ödədiyi ümumi verginin fəaliyyət göstərdiyi bölgə və fəaliyyət növünə görə müəyyən edilmiş orta statistik vergi məbləğinin nisbətinə görə 11 risk qrupuna bölünür. Bu risklər 0-5 ballıq sistemlə qiymətləndirilir və bu risk dərəcəsinə əsasən, vergi ödəyicisi ilə partnyorluq sazişi imzalanmasına baxılacaq: “Gələcəkdə vergi ödəyicilərinin də özlərinin bu risk dərəcələrini müəyyənləşdirmək imkanı olacaq. Bunun üçün Vergilər Nazirliyinin saytında şərait yaradılacaq”.
İ.Vəliyev onu da deyib ki, Vergilər Nazirliyi bu günədək 613 vergiödəyici ilə tərəfdaşlıq sazişi imzalayıb.
“Bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sisteminin yaradılması” mövzusunda çıxış edən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov isə deyib ki, Azərbaycanda bələdiyyələrin avtomatlaşdırılmış vergi informasiya sistemi yaradılır. Yeni sistem bələdiyyə vergilərinin tam yığılmasına və dəqiq uçotun aparılmasına imkan verəcək: “Bələdiyyələrin AVİS sistemində onlayn kargüzarlıq, vergilərin elektron qaydada ödənilməsi, bəyannamələrin elektron qaydada təqdimatı imkanları yaradılıb”.
Onun sözlərinə görə, bu sistemlə bələdiyyələr qarşısında potensial vergi öhdəliyi olan fiziki və hüquqi şəxslər öz əmlaklarını qeydiyyatdan keçirə, onlar üçün qeydiyyat şəhadətnaməsi ala biləcəklər.
“Vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçid: problemlər, perspektivlər” mövzusunda çıxış edən vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib ki, Vergilər Nazirliyi 2015-ci ilədək könüllü vergi ödənişi səviyyəsinin 82-85 faizədək artırılmasını hədəfləyib. Onun sözlərinə görə, 2010-cu ildə vergi ödəyicilərinin 3 faizi vergidən yayınıb, 27 faizi qismən yayınıb, vergi ödəyicilərinin 70 faizi könüllü ödəniş edib.
Müşavir könüllü vergi ödənişinin artımına əngəl törədən problemlər arasında əhalinin vergilərə dair normativ-hüquqi aktlar və bu sahədə informasiya texnologiyalarının imkanları haqqında biliklərinin məhdud olmasını vurğulayıb: “Əhali arasında vergi mədəniyyətinin tam formalaşdırılmasına vergi sisteminin formal xarakter daşıdığı keçmiş sovet düşüncəsi mane olur”.
O qeyd edib ki, nazirlik bu problemləri həll etmək məqsədi ilə əhalinin maarifləndirilməsi üzrə işləri davam etdirmək və “Onlayn-müəllim” xidmətini işə salmaq niyyətindədir.
Daha sonra digər mövzularda da məruzələr dinlənilib.
Eyni zamanda, vergilər nazirinin müşaviri Asəf Əsədovun, Beynəlxalq Maliyyə Korporasiyasının vergilər üzrə regional koordinatoru Maykl Engelşalkın və Azərbaycanda Amerika-Ticarət Palatasının icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlunun moderatorluğu ilə keçirilən “Müasir vergi inzibatçılığında bilik menecmentinin və texnologiyaların rolu” adlı ikinci sessiyada xarici və yerli ekspertlərin məruzələri dinlənilib.
Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılıb, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər.
“Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda III Vergi Forumu bu gün öz işini plenar iclasla davam etdirəcək.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

