Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdırlar
21.02.2014 [09:31]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 20-də Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb.
AzərTAc xəbər verir ki, görüşdə Əli Həsənov Azərbaycan ilə Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Yaponiyanın Azərbaycana dost ölkə olduğunu deyən Baş nazirin müavini qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Baş nazirin müavini qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda işğal altındakı ərazilərimizdən narkotik vasitələrin daşınması, narkotik bitkilərin becərilməsi, eləcə də transmilli cinayətkarlıq üçün nəzarət edilməyən zona kimi istifadə olunur.
Baş nazirin müavini Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin haqlı mövqeyinin getdikcə daha çox dəstəkləndiyini və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artdığını qeyd edib. Vurğulanıb ki, nüfuzlu beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətnamələrinə məhəl qoymayan Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində problem hələ də öz həllini tapmayıb.
Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi Azərbaycanın 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çətin bir dövr yaşamasına baxmayaraq, enerji ehtiyatlarından səmərəli istifadə edilməsi nəticəsində sürətli iqtisadi inkişafa nail olunduğunu söyləyib.
Səfir qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə yalnız iqtisadi sahədə deyil, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının üzvü olaraq fəaliyyət göstərməsi ilə siyasi sahədə də son zamanlar güclənməkdədir.
Səfir Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Səfir deyib ki, Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

