Bakıda Azərbaycan-Çexiya biznes forumu keçirilib
26.04.2014 [12:00]
Aprelin 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Çexiya biznes forumu keçirilib.
AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki tərəfdən maliyyə, sənaye, ətraf mühit, kənd və meşə təsərrüfatı, enerji, tikinti sahələrində fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov çıxış edərək Azərbaycan-Çexiya iqtisadi əlaqələrinin inkişaf etdiyini, indiyədək iki ölkə arasında 20-dən çox sənədin imzalandığını, ölkələrimiz arasında hökumətlərarası komissiyanın, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyət göstərdiyini deyib. Bildirilib ki, bütün bunlar hər iki ölkə arasında əməkdaşlığın genişlənməsində əhəmiyyətlidir.
Qeyd edilib ki, hazırda Azərbaycanda xidmət, nəqliyyat, ticarət , tikinti, rabitə və s. sahələrdə 13 Çex kapitallı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Çex Respublikası tərəfindən Azərbaycana əsas kapitala 1 milyard ABŞ dollarından çox investisiya yatırılıb.
Azərbaycanın Çex Respublikası ilə investisiya qoyuluşu və ticarət əlaqələrinin inkişafı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayan Niyazi Səfərov biznes forum və sərgilərin bu baxımdan əhəmiyyətli olduğunu qeyd edib.
Çex Respublikası sənaye və ticarət nazirinin müavini İrji Qavliçek iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin Çexiya-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini, iqtisadi əlaqələrin inkişaf istiqamətlərini diqqətə çatdırıb.
AZPROMO-nin rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes mühiti və investisiya imkanlarına, Çex Respublikasının Ticarət və Sənaye Palatasının MDB üzrə icraçı direktoru Frantişek Masopust ölkəsinin iqtisadiyyatına, iş adamları arasında əməkdaşlıq imkanlarına dair təqdimatla çıxış ediblər.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.
Xəbər lenti
Hamısına baxMaraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32

