/ / Qəbələdə İqtisadi Əməkdaşlıq Təşkilatının fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransı keçirilir
Qəbələdə İqtisadi Əməkdaşlıq Təşkilatının fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransı keçirilir
05.06.2014 [09:17]
İyunun 4-də Qəbələ şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşəbbüsü və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans öz işinə başlayıb.
AzərTAc xəbər verir ki, konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarə edilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.
Bundan əlavə, tədbirə Birləşmiş Millətlər Təşkilatı, BMT-nin əlaqədar qurumları-İnkişaf Proqramı, Uşaq Fondu, Asiya və Sakit Okean ölkələri üçün İqtisadi və Sosial Komissiyası, Humanitar Yardımlarının İdarəedilməsi Ofisi, həmçinin Almaniya Texniki Yardım Federal Agentliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya Fəlakətlərə Hazırlıq Mərkəzi, Asiya Fəlakətlərin Azaldılması Mərkəzi, İƏT-in Fəlakət Riskinin İdarəedilməsi Regional Mərkəzi, Freie Universiteti, Mərkəzi Asiya Tədqiqi Geoelmlər İnstitutu, Beynəlxalq Zəlzələ Mühəndisliyi və Seysmologiya İnstitutu, Almaniya Qırmızı Xaç Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyətindən nümayəndələr də qatılıblar.
Tədbirin əsas məqsədi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin müvafiq qurumları və İƏT ilə sıx əməkdaşlıq edən beynəlxalq təşkilatlar arasında mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində birgə əməkdaşlığı daha da dərinləşdirməkdir.
İki gün davam edəcək konfransda Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələskərov, Türkiyə Baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek və digər rəsmi şəxslər iştirak edirlər.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov çıxış edərək fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfransda iştirak etmək məqsədilə Azərbaycana gələn xarici ölkələrin nümayəndələrinə təşəkkürünü bildirib.
Kəmaləddin Heydərov konfransın iştirakçısı olan ölkələri möhkəm dini bağların, qarşılıqlı məqsəd və hədəflərin tarix boyu bir araya gətirdiyini deyib. O, İƏT ilə Azərbaycan arasında iqtisadi, texniki və mədəni sahələrdə əməkdaşlığın 20 ildən artıqdır ki, uğurla həyata keçirildiyini bildirib.
Dünyanın müxtəlif ölkələrində baş verən hadisələrin həm maddi, həm də insan itkilərinə gətirib çıxardığını deyən Kəmaləddin Heydərov beynəlxalq əməkdaşlığın zəruri olduğunu bildirib. O, seysmik cəhətdən fəal zonada yerləşən Azərbaycanda digər fəlakətlərin də başvermə ehtimalının yüksək olduğunu deyib. Nazir rəhbərlik etdiyi qurumda xarici ölkələrdə baş verən təbii fəlakətlərin aradan qaldırılması üçün mərkəzin yaradıldığını və bir sıra dövlətlərə humanitar yardımın göstərildiyini qeyd edib.
Fövqəladə hallar naziri bildirib ki, konfransın əsas məqsədi zəlzələ, sel, daşqın, iqlim dəyişikliyi və digər fövqəladə hal risklərinin idarə olunması sahəsində son nailiyyətləri bölüşmək, hökumət və qeyri-hökumət nümayəndələri və ekspertlər arasında məlumat mübadiləsi aparmaqdır.
Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Şamil Ələskərov, Türkiyə Baş nazirinin müavini Bəşir Atalay, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Broek çıxış edərək fövqəladə halların qarşısının alınmasında beynəlxalq əməkdaşlığın vacib olduğunu bildiriblər. Natiqlər təbii fəlakət risklərinin azaldılması üçün beynəlxalq əməkdaşlığın həyati əhəmiyyət daşıdığını vurğulayıb və bu əməkdaşlıqda Azərbaycanın fəal iştirakını yüksək qiymətləndiriblər. Konfransın yüksək səviyyədə təşkilatçılığına görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıq ifadə edilib.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
Sonra konfrans iştirakçıları “Konqress Holl”un qarşısında xatirə şəkli çəkdirib, FHN-in fəaliyyətindən bəhs edən sərgi ilə tanış olublar.
Konfransda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın fövqəladə halların idarəedilməsi sahəsində cavabdeh dövlət qurumlarının rəhbər şəxsləri təmsil etdikləri ölkələr barədə təqdimatlar ediblər.
Daha sonra müxtəlif mövzularda məruzələr dinlənilib.
Konfrans bu gün başa çatacaq.
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09

