/ / Gəncə şəhər İcra Hakimiyyətində bu ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Gəncə şəhər İcra Hakimiyyətində bu ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
23.10.2014 [10:28]
Gəncə şəhər İcra Hakimiyyətində bu ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda müəssisə və təşkilat rəhbərləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 oktyabr - Müstəqillik Günündə Gəncəyə tarixi səfərini, son illər və 2014-cü ilin doqquz ayında şəhərin sosial-iqtisadi, ictimai-siyasi həyatını, qazanılan uğurları, Gəncənin qədimliyini saxlamaqla, müasirləşməsini əks etdirən sənədli film nümayiş etdirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını Müstəqillik Günü münasibətilə təbrik edib, onlara səmərəli fəaliyyətlərində uğurlar arzulayıb. O, ölkə başçısının Gəncəyə 13-cü səfərini 2014-cü ilin ən əlamətdar hadisəsi olaraq dəyərləndirib. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhərin yeni intibah dövrü yaşadığını, bütün sahələrdə görkəmli nailiyyətlərin əldə edildiyini, Ulu öndər Heydər Əliyev siyasi kursuna daim sədaqətli olan gəncəlilərin inkişaf və tərəqqi naminə əzmkarlıqla və fədakarlıqla çalışdıqlarını qeyd edib və bütün gəncəlilər adından Prezident İlham Əliyevə, Onun xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
İcra başçısı Prezidentin tapşırıqlarının Gəncədə hər zaman yüksək səviyyədə yerinə yetiriləcəyini, 2014-cü ilin də şəhərin tarixində qələbə və zəfər ili olaraq yadda qalacağını vurğulayıb.
Çıxış edənlər - ADAU-nun rektoru, professor İbrahim Cəfərov, Təhsil İdarəsinin müdiri Zakir Hüseynov, Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Qafqaz Müsəlmanlarının Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov və başqaları Ümummilli lider Heydər Əliyevin ənənələrini sədaqətlə davam etdirən Prezident İlham Əliyevin Gəncəyə və gəncəlilərə həmişə böyük qayğı göstərdiyini, gəncəlilərin də bu etimada layiqli işləri, möhtəşəm töhfələri ilə cavab verdiklərini, bundan sonra da bu uğurları davam etdirəcəklərini bildirməklə, səmimi təşəkkürlərini ifadə ediblər.
Tədbirin sonunda Gəncənin ictimai-siyasi həyatında fərqlənən şəhər fəallarından bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

