“Elektron audit” Tvinninq layihəsi Azərbaycanın vergi sistemi üçün mühüm əhəmiyyət kəsb edir
30.10.2014 [10:01]
Asəf Əsədov: Biliklərə əsaslanan vergi inzibatçılığı uğurlu nəticələr əldə etməyə imkan verir
“Azərbaycanın vergi sistemi üçün çox mühüm əhəmiyyət daşıyan “Elektron audit” Tvinninq layihəsinin başa çatması ilə əlaqədar 2013-cü ilin mayında ictimaiyyət üçün təqdimetmə mərasimi keçirildi. Bundan sonra pilot layihələrin uğurlu nəticəsi kimi nazirliyin e-audit üzrə treninq proqramında iştirak etmiş bir neçə əməkdaşının təmsil olunduğu e-audit şöbəsi təşkil edildi. Xüsusi Rejimli Vergi Xidməti Departamentində müvafiq struktur dəyişiklikləri aparılarkən ayrıca struktur vahidi kimi audit idarəsi, idarənin tərkibində isə elektron audit şöbəsi yaradıldı. Tvinninq layihəsi başa çatandan indiyədək elektron audit üsulu ilə 25 yoxlama həyata keçirilib və ənənəvi üsullarla aparılan yoxlamalarla bunun fərqi müqayisə edilib. Nəticə isə bundan ibarətdir ki, əlavə hesablanmış vergilər dəfələrlə artıb, yoxlamaya sərf edilən orta vaxt müddəti isə 1,5 dəfə azalıb. Həyata keçirilmiş səyyar yoxlamalarda sübut olundu ki, e-audit texnologiyası hesabına daha çox sayda yoxlama aparmağa və yoxlamalar vasitəsilə 90-95 faiz ehtimalı ilə vergidən yayınma hallarını aşkar etməyə real imkanlar yaranır”.
Bunu vergilər nazirinin müşaviri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Asəf Əsədov 2011-2013-cü illərdə Azərbaycanda Niderland Krallığının Vergi Administrasiyası ilə birlikdə reallaşdırdığı elektron audit üzrə tvinninq layihəsi, həmçinin, e-auditin tətbiqinin vergi sistemində hansı mühüm dəyişikliklərlə nəticələndiyinə dair suala cavab verərkən deyib.
Yeri gəlmişkən, ötən ay Vergilər Nazirliyi Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin tətbiqinə start verib. Yeni layihəni zəruri edən əsas faktorların nədən ibarət olmasına gəlincə, A.Əsədov “Məlum olduğu kimi, ildən-ilə mürəkkəbliyi artan biznes əməliyyatları həyata keçirilir, e-əməliyyatların sayı, e-ticarətin həcmi genişlənir. Bütün bunlarla bağlı Vergilər Nazirliyində çalışan insan resurslarının da müasir tələblərə cavab verməsi tələb olunur. Məsələ ondadır ki, texniki biliklər, peşəkar bilik və bacarıqların, özünüidarənin rolu getdikcə artır və bu amillər hər bir işçinin fəaliyyətində mühüm yer tutmalıdır. İşçinin peşəkar səviyyəsi yüksək olarsa, daha səmərəli iş görər. Sıravi işçilərlə yanaşı, şöbə rəisləri, idarə rəhbərləri də müasir menecment biliklərini mənimsəməlidirlər”, - deyib.
Yeni tvinninq layihəsi çərçivəsində üç komponentə xüsusi önəm verildiyini deyən müşavirin sözlərinə görə, birincisi, insan resurslarının inkişafı ilə bağlı uzunmüddətli strategiyanın hazırlanması başlıca prioritetlərdəndir. Strategiya 2015-2020-ci illər üçün nəzərdə tutulur. İkinci istiqamət insan resurslarının idarə edilməsi üzrə nazirliyin mövcud normativ bazasının yeniləşdirilməsidir. Layihənin 3-cü əsas istiqaməti - tədris-təlim sisteminin modernləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Başlıca hədəflər internet təməlli özünətədris xidmətləri həyata keçirməyə imkan verən onlayn texnologiyaların tətbiqi (e-tədrisin təşkili və daimi kontent dəstəyi), vergi administrasiyasının ehtiyaclarına uyğun tədris-treninq proqramlarının və kursların hazırlanması, praktiki məşğələlərin təşkilidir. Bu məqsədlə tədrisin müasir bilik texnologiyalarına əsaslanmaqla bilik menecerləri vasitəsilə aparılması planlaşdırılır. Nazirliyin işçiləri tərəfindən bu mexanizmi həyata keçirə bilən şəxslər seçilməlidir ki, əsasən, bilik menecmentinin tətbiqi ilə məşğul olsunlar.
A.Əsədov sonda onu da bildirib ki, ümumiyyətlə, tvinninq layihəsinin məqsədi ona yönəldilib ki, gələcəyin tələblərinə uyğun olaraq biliklərə əsaslanan vergi inzibatçılığını inkişaf etdirək: “Bunun üçün müasir texnologiyalarla yanaşı, müasir biliklərə və bacarıqlara malik peşəkar vergi işçilərinin hazırlanması və onlara dəstək verilməsi tələb olunur. Belə olarsa, vergi ödəyiciləri görəcəklər ki, onlara göstərilən yüksək keyfiyyətli xidmətlərlə yanaşı, vergidən yayınmanı sübut etmək üçün bizim çox böyük, güclü potensialımız, ciddi nəzarət sistemimiz var. Bütün bunlar vergilərin könüllü ödənilmə səviyyəsinin yüksəldilməsinə öz müsbət təsirini göstərəcək”.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06

