“Elektron hökumət təlim-tədris mərkəzi”nin açılışı olub
07.02.2015 [11:05]
Dünən Bakıda “Elektron hökumət təlim-tədris mərkəzi”nin açılış mərasimi keçirilib. Mərkəz Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Koreyanın Xarici İşlər Nazirliyi arasında 2013-cü il aprelin 18-də imzalanan “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılmasına dair qrant razılaşması” çərçivəsində yaradılıb.
Tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, qrant razılaşması əsasında Bakı şəhəri və 15 region daxil olmaqla (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar və Şəki) ümumilikdə 17 mərkəz qurulub: “Hələlik bunlardan yalnız biri ən müasir avadanlıqlarla təchiz edilib. Mərkəzin mövcud potensialından istifadə edərək ilk növbədə dövlət qulluqçuları üçün İKT üzrə bilik və bacarıqlarının artırılması, elektron xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi, onlara lazımi metodiki köməkliyin göstərilməsi və digər xidmətlər həyata keçiriləcək”.
Nazir qeyd edib ki, “Elektron hökumət”in qurulması sahəsində liderlərdən biri Cənubi Koreyadır: “Bu ölkə ilə əməkdaşlığın inkişaf etdirilməsi diqqət mərkəzindədir. Azərbaycan Cənubi Koreya şirkətlərinin ölkənin informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb edilməsində maraq göstərir. Xüsusilə də, Cənubi Koreya ilə əməkdaşlıq bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlığın səmərəli nəticələr verəcəyinə ümidvarıq”.
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən, qarşıdakı müddət ərzində ölkənin ümumi daxili məhsulunun (ÜDM) iki dəfə artırılması nəzərdə tutulur. Burada əsas rol qeyri-neft sektoruna məxsus olacaq. Onun ayrılmaz hissələrini isə elm, təhsil, yüksək texnologiyalar və müasir tipli sahibkarlığın inkişafı təşkil edəcək. Söhbət, həmçinin müasir tipli bazar iqtisadiyyatının saxlanılması, əlverişli rəqabət mühitinin yaradılması, sahibkarlığa dəstək və s.-dən gedir. Hazırda əsas diqqət “Elektron hökumət”in qurulmasına ayrılır. “Elektron hökumət” iqtisadiyyat və sahibkarlığın inkişafına, həmçinin cəmiyyətin demokratikləşməsinə güclü təsir etməyə hesablanıb”, - deyə Ə.Abbasov əlavə edib.
Nazir bildirib ki, qarşıdakı dövrdə əsas məqsəd bu istiqamətdə xidmətin keyfiyyətinin artırılması, həmçinin istifadənin kütləviləşdirilməsidir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov isə bildirib ki, mərkəz ümumi məqsədlərə xidmət edəcək. Burada göstərilən xidmətlərdən həm dövlət qurumları, həm də cəmiyyət nümayəndələri yararlanacaq.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan hökuməti ilə bir neçə qrant razılaşması imzaladığını və Azərbaycanda qrant layihələrini uğurla icra etdiyini bildirməkdən qürur hissi keçirdiyini vurğulayıb. Səfir bildirib ki, bunlardan biri də “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması” layihəsidir. O qeyd edib ki, bu layihənin uğurlu icrasını ölkələrimizin gələcək əməkdaşlığına böyük təsiri olacaq.
Digər çıxış edənlər diqqətə çatdırıblar ki, layihə çərçivəsində digər dövlət qurumları və aidiyyəti təşkilatlarla əməkdaşlıq planlaşdırılır. Burada aztəminatlı ailələrin uşaqları üçün pulsuz kompüter kursları da təşkil ediləcək. Mərkəzin “e-training.az” adlı portalı hazırlanıb, onun vasitəsilə Təhsil İnformasiya Sisteminə qoşulmaq mümkündür. Dinləyicilərə real zaman, offlayn və onlayn rejimlərində təlimlər keçiriləcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

