Şərur rayonunun Cəlilkənd kəndində kompleks quruculuq işləri aparılıb
16.04.2015 [10:28]
Aprelin 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində yeni sosial obyektlər istifadəyə verilib.
Muxtar respublikada təhsil infrastrukturunun yenilənməsi tədbirlərinin tərkib hissəsi olaraq Cəlilkənd tam orta məktəbinin binası da yenidən qurulub, müasir tədris şəraiti yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəb binasında görülən işlərlə tanış olub, tədrisin vəziyyəti ilə maraqlanıb.
Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesini izləyib, məktəbin müəllimləri ilə söhbət edib.
Aprelin 15-də, həmçinin, Cəlilkənd Mədəniyyət evi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Əli Qasımov çıxış edərək deyib ki, bu gün Cəlilkənd əhalisi sevinc içindədir. Aparılan quruculuq işləri kəndə yeni görkəm bəxş edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbir iştirakçılarını kənddə həyata keçirilən quruculuq işləri münasibətilə təbrik edərək deyib ki, aparılan yenidənqurma işləri Cəlilkəndi müasir Azərbaycan kəndinə çevirib. Həyata keçirilən tədbirlər Cəlilkənddə insanların rahat yaşamasına, dövlət strukturlarının müasir binalarda fəaliyyət göstərməsinə imkan verəcək, yaradılan xidmət sahələri əhalinin rahatlığını təmin edəcəkdir. Bu gün kəndin elektrik, qaz, içməli və suvarma su təminatı məsələləri öz həllini tapıb. Həmçinin Cəlilkənddə fiber-optik xətt çəkilib, yeni ATS qurulub və kənd sürətli internetlə təmin olunub. Yaradılan şərait kənddə dövlət strukturlarının səmərəli fəaliyyətinə, o cümlədən də sakinlərin müraciətlərinin vaxtında həll olunmasına imkan verəcəkdir.
Açılışı bildirən lent kəsilib, mədəniyyət evinə baxış olub.
Bina ilə tanışlıqdan sonra Ali Məclisin Sədri sakinlərlə görüşüb.
Həmin gün Cəlilkənddə yeni Xidmət mərkəzi də istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin açılışını edib.
Aprelin 15-də həkim ambulatoriyasının da açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, həkim ambulatoriyasında yaradılan şərait və kənddə səhiyyə xidmətinin təşkili ilə maraqlanıb.
Aprelin 15-də Cəlilkənd Buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Aprelin 15-də Azərbaycan dramaturgiyasının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi 1987-ci ildə Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin filialı kimi yaradılıb, 2013-cü ildən isə müstəqil muzey kimi fəaliyyət göstərib. Muzey giriş hissədən, ekspozisiya zalı, fond və 2 iş otağından ibarətdir. Muzeyin fondunda 439 eksponat var. Onlardan 274-ü ekspozisiyada nümayış etdirilir. Eksponatlar əsasən ədibin istifadə etdiyi əşyalardan, müxtəlif illərdə qələmə aldığı əsərlərindən, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələrindən, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablardan ibarətdir. Muzeydə nümayiş olunan bu dəyərli nümunələrin hər biri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı kimi böyük şöhrət qazanan ədibin irsinin öyrənilməsi üçün əvəzsiz mənbələrdir.
Cəlil Məmmədquluzadənin Xatirə Muzeyi üçün yeni binanın inşa edilməsi Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyinə də dəyərli töhfədir. Çünki görkəmli mütəfəkkir Azərbaycan milli mətbuatının inkişafında da mühüm xidmətlər göstərib. Onun xalqın savadlanması, elmli, bilikli cəmiyyətin formalaşdırılması yolunda qələmə aldığı məqalə və felyetonları həm öz dövründə, həm də bu gün Azərbaycan milli mətbuatının şah əsərləridir.
Ali Məclisin Sədri muzeylə ümumtəhsil məktəbləri arasında əlaqələrin qurulması və görkəmli mütəfəkkirin irsinin gənc nəslə öyrədilməsi barədə tapşırıqlar verib.
* * *
Qeyd edək ki, Cəlilkənddə 4200 metr yola asfalt örtük salınıb. Yol boyu 475 metr uzunluğunda beton kanal çəkilib, 11 su keçidi qoyulub. Kəndin rabitə sistemi də yenidən qurulub, 2 min metr fiber-optik, 1500 metr yeraltı rabitə xətti çəkilib, 384 yerlik yeni ATS quraşdırılıb. Elektrik və qaz təchizatı sistemləri də təkmilləşdirilib, 2 min metr elektrik və 210 metr qaz xətti çəkilib.
Aprelin 15-də, eyni zamanda, Şərur şəhər Aviakassası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində aviakassa binasının istifadəyə verilməsi münasibətilə kollektivi və istifadəçiləri təbrik edərək deyib: “Ölkəmizdə hava nəqliyyatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Müasir aerovağzalların qurulması, yeni uçuş zolaqlarının tikilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanması, yeni təyyarələrin alınması hava nəqliyyatı sistemində mühüm nailiyyətlərin qazanılmasına və Azərbaycanın beynəlxalq hava nəqliyyatı sistemində layiqli yer tutmasına səbəb olmuşdur”.
Ali Məclisin Sədri deyib: “Hava nəqliyyatı sisteminin inkişafı əhaliyə göstərilən xidmətin səviyyəsi ilə ölçülür. Əhaliyə göstərilən xidmət isə bilet satışından başlayaraq sərnişinlərin hava nəqliyyatından istifadəsinə qədər olan prosesləri əhatə edir. İstər sərnişinlər bilet alarkən, istərsə də aerovağzallarda qarşılanıb yola salınarkən onlara göstərilən xidmət yüksək səviyyədə olmalıdır. Bu da hava nəqliyyatı sisteminin müasir tələblər səviyyəsində qurulmasını zəruri edir. Muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır, hava nəqliyyatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Hazırda Naxçıvan və Ordubad şəhərlərində müasir aviakassalar fəaliyyət göstərir. Bu gün isə Şərur şəhərində yeni aviakassa binası istifadəyə verilir. Bu da Şərur və Sədərək rayonlarının əhalisinə, eləcə də Kəngərli rayonunun yaxın kəndlərinin sakinlərinə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir. Ümumiyyətlə, bu cür xidmət sahələrinin yaradılması həm yeni iş yerlərinin açılmasına, həm də insanların vaxt itkisinə yol vermədən öz işləri ilə məşğul olmalarına və büdcələrinə qənaət etmələrinə imkan verir”.
Ali Məclisin Sədri blokada şəraitində yaşayan muxtar respublikada bundan sonra hava nəqliyyatı sisteminin inkişafı sahəsində ardıcıl tədbirlərin həyata keçiriləcəyini bildirib, aviakassa binasının fəaliyyətə başlamasında əməyi olanlara təşəkkür edib, açılışı bildirən lenti kəsib.
Xəbər lenti
Hamısına baxSiyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10

