“Cihan” informasiya agentliyində Azərbaycanın enerji siyasətindən bəhs edən məqalə yer alıb
05.06.2015 [10:23]
“Cihan” informasiya agentliyində Azərbaycanın enerji siyasətindən, o cümlədən, ölkəmizin regional və beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan bəhs edən məqalə yer alıb. Məqalədə Azərbaycanın energetika naziri Natiq Əliyevin Bakıda keçirilən Beynəlxalq “Caspian Oil & Gas-2015” konfransında səsləndirdiyi fikirlərə istinad edilib: “Azərbaycan qlobal enerji oyunçusuna çevrilib”.
“Natiq Əliyev bildirib ki, Avropa özünün enerji təhlükəsizliyinə görə son dərəcə narahatdır. Müəyyən mənada, buna Ukrayna ilə Rusiyanın gərgin münasibətləri, Rusiya tədarükündən yüksək asılılıq və Şimal dənizində hasilatın aşağı düşməsi təsir göstərib. Təqribən 90 faiz neft, 60 faiz təbii qaz və 42 faiz kömür Avropaya idxal edilir”, - deyə qeyd edilib.
Diqqətə çatdırılıb ki, nazir Azərbaycanın bu səbəbdən Qərbin diqqətini çəkdiyini deyib: “Azərbaycan Avropa üçün həm yeni enerji mənbəyidir, həm də yeni marşrutlar təklif edir. Həm də nəzərə almaq lazımdır ki, bura nəinki Azərbaycan qazı, eyni zamanda, Mərkəzi Asiya və Yaxın Şərq qazı cəlb edilə bilər. Yəni, Azərbaycan nəinki resurslar mənbəyi kimi, həmçinin, tranzit ölkə kimi də çıxış edə bilər”.
Bildirilib ki, Azərbaycan dünyada energetika sahəsində əsas oyunçulardan birinə çevrilib: “Buna bir neçə amil səbəb olub. Azərbaycanın böyük enerji ehtiyatı var. Yaxın illərdə neft hasilatının səviyyəsini saxlamağa, qaz hasilatını isə iki dəfə artırmağa çalışacağıq. Bu imkan verəcək ki, ixrac potensialımızı əhəmiyyətli dərəcədə artıraq. Bundan başqa, Azərbaycanda bütün zəruri infrastruktur yaradılıb və tezliklə qazın emalı üzrə yeni proqram həyata keçiriləcək. Həmçinin, Azərbaycan artıq o səviyyəyə çatıb ki, öz maliyyə resursları hesabına böyük layihələri reallaşdıra bilər”.
“Natiq Əliyev deyib ki, Azərbaycan nəinki özünə, eyni zamanda, bütün region üçün imkan yaradır: “Cənub qaz dəhlizi”nə əməkdaşlıq memorandumu imzladığımız Türkmənistan, İran, İraq, hətta İsrail və Kipr qazı da qoşula bilər. Bunun arxasında Azərbaycanın gördüyü böyük işlər dayanır”, - deyə bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

