Azərbaycan Respublikasının Vergilər Nazirliyi yenidən İOTA-nın İcraiyyə Şurasına üzv seçilib
11.07.2015 [10:49]
2015-ci ilin 2-3 iyul tarixlərində Niderland Krallığının Rotterdam şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) 19-cu Baş Assambleyası keçirilib. Tədbirdə 46 ölkədən və 11 beynəlxalq və regional təşkilatdan 180-dən çox nümayəndə və vergi tədqiqatçıları iştirak ediblər.
Azərbaycan Respublikası Vergilər Nazirliyini tədbirdə Beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə nazirin müşaviri Ələkbər Məmmədov və Beynəlxalq münasibətlər idarəsinin rəisi Orxan Musayev təmsil ediblər.
Baş Assambleyanın əsas müzakirə mövzusu özünəxidmət vasitəsilə vergi əməletməsinə nail olmaq, rəqəmsal özünəxidmət kanallarından istifadənin artırılması və müsbət təsiri nəticəsində yaranan imkanların və üstünlüklərin işıqlandırılması olub. Tədbirin plenar sessiyasında Vergilər Nazirliyinin nümayəndəsi “Sosial stimullar vasitəsilə vergi əməletməsinin təmin edilməsi: vergi orqanlarının rolu” mövzusunda təqdimatla çıxış edib, sessiyanın yekun nəticələrinə dair iclasda sədrlik edib. Təqdimat zamanı sosial tərəfdaşlığın gücləndirilməsi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən həyata keçirilən layihələr, o cümlədən, sosial stimullar vasitəsilə vergilərin məcburi yığılmasından könüllü ödənilməsinə keçidin təmin edilməsi istiqamətləri vurğulanıb.
Sonra Assambleyanın iclasında 2015-2016-cı il üçün İOTA Prezidenti, İcraiyyə Şurasının üzvləri və daxili auditorların müəyyən edilməsi üzrə seçkilər keçirilib. Rumıniya Respublikasının Maliyyə İnzibatçılığı üzrə Milli Agentliyinin nümayəndəsi İOTA-nın Prezidenti seçilib. Eyni zamanda, seçkinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Niderland, Avstriya, Çex Respublikası, İspaniya, Fransa, Sloveniya, Danimarka və Rumıniyanın vergi orqanları ilə birlikdə növbəti birillik müddət üçün İOTA-nın İcraiyyə Şurasına üzv seçilib.
Qeyd edilməlidir ki, 2013-cü ildə keçirilən İOTA-nın 17-ci Baş Assambleyasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi MDB ölkələri arasında İOTA-nın İcraiyyə Şurasına üzv seçilmiş ilk vergi administrasiyası olub. Azərbaycan Respublikasının Vergilər Nazirliyi Şuradakı fəaliyyəti ilə üzv ölkələrin etimadını qazanmış və bununla da artıq 3-cü dəfə ardıcıl olaraq İcraiyyə Şurasının üzvü seçilir.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06

