Brüsseldə Azərbaycanın turizm imkanlarına dair tədbir keçirilib
22.10.2016 [00:40]
Brüsseldə Avropa Mətbuat Klubunda Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisinin təşkilatçılığı ilə ölkəmizin turizm imkanlarına dair forum keçirilib.
TEAS-dan AZƏRTAC-a bildirilib ki, forumun keçirilməsi cari ilin martında Azərbaycan Respublikasının Prezidenti tərəfindən iqtisadiyyatın şaxələndirilməsinə dair Sərəncamın imzalanması və bu Sərəncamın icrası ilə bağlı sentyabrda verilən qərardan sonra baş tutub. Bu Sərəncamda turizmin inkişafı dörd prioritet sektordan biri kimi qeyd edilir. Bu, Turizm Şurasının təsis və yeni hava yollarının müəyyən edilməsinə, dəniz və büdcə turizminin genişlənməsinə, eləcə də turizm sahəsində təhsil mərkəzlərinin yaranmasına yol açdı.
Tədbirdə məlumat verilib ki, yeni “viza ölkəyə girişdə verilir” rejimi qüvvəyə mindikdən sonra, rəsmi rəqəmlərə əsasən 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycana Körfəz Əməkdaşlığı Şurası (GCC) ölkələrindən 30 mindən artıq turist gəlib. Azərbaycanda və xüsusilə Bakıda bir həftəlik tətil üçün uçuş qiyməti də daxil olmaqla orta hesabla 700 ABŞ dolları xərc baxımından çox real bir dəyərdir və burada keyfiyyətin səviyyəsi aşağı düşmür. Bütövlükdə, bu müddətdə ölkəyə 972 min turist gəlib.
Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin direktoru və Belçikanın sabiq xarici ticarət naziri Mark Vervilghen deyib: “Hətta səyahətlərin həyat tərzimizin bir hissəsi olduğu Benilüks ölkələrində də biz möhtəşəm Azərbaycan haqqında xəbərsizik. Bu ölkə çox mühüm coğrafi məkanda, çoxsaylı yolların kəsişməsində - Avropa və Asiya, Şərq və Qərb arasında yerləşir”.
Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov bildirib ki, Azərbaycan Avropaya daha da yaxınlaşır və Avropa dəyərlərinə hörmətlə yanaşır. “Mən Belçika və digər Avropa ölkələrindən olan dostlarımızı ölkəmin turizm imkanları haqqında düşünməyə çağırıram. Növbəti ildə biz Avropa İttifaqı ilə əməkdaşıq haqqında yeni sazişin imzalanması istiqamətində çalışırıq. Bu, yeni turizm imkanları yaradacaqdır. Burada iştirak edənlərin hamısını öz ölkəmə dəvət edirəm”, - deyə natiq vurğulayıb.
“KPMG Azərbaycan” şirkətinin Hüquq Xidmətləri Departamentinin direktoru və Azərbaycan-ABŞ Ticarət Palatasının (AMCHAM) Turizm Komitəsinin rəhbəri Fərid İsayev forumun əhəmiyyətindən danışaraq deyib: “AMCHAM tövsiyə edib ki, “ölkəyə girişdə viza” verilməsini təmin edən ölkələrin siyahısı genişləndirilməlidir və buraya Avropa ölkələri və ABŞ da daxil edilməlidir. Biz, həmçinin, tövsiyə edirik ki, “Açıq səma” siyasəti həyata keçirilməlidir və bununla hava daşıyıcılarının sayı artırılmalı və rəqabəti artırmaqla qiymətlərin aşağı düşməsinə şərait yaradılacaqdır”.
“Nomade Aventure” şirkətinin sahə meneceri, bu yaxınlarda “TV5 Monde” kanalında nümayiş etdiriləcək Azərbaycan bölgələrinin füsunkar gözəlliyi haqqında tammetrajlı filmin prodüseri İssa Smatti bildirib ki, filmin ərsəyə gəlməsi üçün o, Bakıdan 200 km aralıda yerləşən Xınalığa səfər edib. “Bu kəndin əhalisi unikal bir dildə danışır və keçmişlərini unutmadıqlarına görə çox fəxr edirlər. Orada otel yoxdur, şəxsi evlərdə qalmaq lazımdır. Bu çox rahatdır və insanlar çox qonaqpərvərdirlər. Onların mətbəxi də çox gözəldir. Azərbaycanın şimal bölgəsində yaşayan azərbaycanlılar xaricilərə ehtiramla yanaşırlar”, - deyə İ.Smatti bildirib.
Leuven Universitetinin professoru, “Travel” jurnalının təsisçisi və baş redaktoru Robrext Villaertinin fikrincə Azərbaycanın Belçikada hərtərəfli təbliğat platformasına ehtiyac vardır. Belçika spesifik bir bazardır və istehsalçı şirkətlər çox vaxt məhsulu sınamaq üçün onu mini Avropa kimi qəbul edirlər. Belçikalılar yeni məkanlarda təcrübə əldə etməyi sevirlər. Bunun üçün mövcud və yeni medianın imkanlarından istifadə etməklə təşviqat və təbliğat proqramının olması zəruridir. Azərbaycan başqalarından seçilən unikal mədəni irsinə xüsusi diqqət yetirməlidir. Benilüks ölkələrində təbliğat aparılsa beş il ərzində buradan olan turistlərin sayı başqalarını üstələyəcəkdir.
“Gilan Hospitality Group” şirkətinin baş icraçı direktoru Elgün Məmmədov deyib ki, on il bundan əvvəl Azərbaycana yalnız işgüzar səfər məqsədi ilə gəlirdilər. 2014-cü ilə qədər buraya gələn turistlər əsasən MDB ölkələrindən, Türkiyə və Avropadan idi. Lakin bundan sonra turistlər əsasən Körfəz Əməkdaşlığı Şurası (GCC) ölkələrindən olmuşlar. Azərbaycan 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini keçirdikdə turizm sektorunda böyük fəallaşma oldu. O vaxt təkcə iki həftə ərzində ölkəyə 50 min turist səfər edib. Növbəti beş il ərzində “Formula-1” Avropa Qran-prisinin Bakıda keçirilməsi davam edəcəkdir.
“Bütün Azərbaycan rayonları arasında Qəbələ ən yaxşı turizm infrastrukturuna malikdir. Burada xizəkdən tutmuş neftlə müalicə, təbiət gəzintilərinə qədər xidmətlər təqdim olunur, uşaqların əyləncəsi üçün “Qəbələnd” parkı da vardır. “Gilan” şirkətinin Qəbələ, Bakı və ölkənin digər yerlərində bir sıra yüksək keyfiyyətli otelləri fəaliyyət göstərir”, - deyə natiq söyləyib.
ABŞ-da yaşayan azərbaycanlı jurnalist, “Azerbaijan - Culture Smart! Ənənələr və Mədəniyyətə dair Vacib Bələdçi” kitabının müəllifi Nikki Kazımova deyib: “Gənc səyahətçilər daha çox rayonlarda evlərdə qalırlar. Belə ki, qərb tur operatorlarının yerli tərəfdaşları olmalıdır və onlar bu kontekstdə milli adət-ənənələrə diqqət yetirməlidirlər. Azərbaycanda qonaqpərvərlik müqəddəsdir və ənənəvi evlərdə qonaqlar üçün ayrılmış otaqlar olur. Azərbaycanda vacib ifadələrdən biri də “qonağım ol” ifadəsidir. Turizm də ölkəyə yeni təsirlər gətirir və bu çox gözəl haldır. Mənim ölkəm haqqında, xüsusilə qadının rolu və din haqqında, bir çox yanlış təsəvvürlər aradan qaldırılmalıdır”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

