Bakıda XVI Xəzər beynəlxalq neft və qaz konfransı başa çatıb
05.06.2009 [09:15]
Konfransın ikinci iş günündə “Avropanın enerji təminatının şaxələndirilməsi” mövzusunda müzakirələr aparılıb. “Xəzərin neft və qaz ehtiyatlarının mənimsənilməsi və dünya bazarına nəqli”, “Xəzər regionunda beynəlxalq nəql layihələri” mövzusunda geniş iclaslar, “Cənubi Xəzər regionu-Azərbaycan, İran, Türkmənistan: regional əməkdaşlıq və ehtiyatların nəqli perspektivləri” mövzusunda interaktiv diskussiya keçirilib.
ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Nabucco beynəlxalq qaz kəmərinin icraçı direktoru Reinhard Mitçek, İTGİ layihəsinin rəhbəri Elio Rucceri, “StatoilHidro-Azərbaycan” şirkətinin aparıcı müvəkkili Sveynunq Dankel, Trans Adriatik layihəsinin icraçı direktoru Robert Klayn, E.ON Ruhrqaz AG şirkətinin baş vitse-prezidenti Uve Fip, ARDNŞ-in sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və başqalarının məruzə və çıxışları dinlənilib, müzakirələr aparılıb, ekspertlərin, jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.
Konfransda Avropa İttifaqı dövlətlərinin enerji daşıyıcılarına, xüsusən təbii qaza artan tələbatının təhlükəsiz ödənilməsində Xəzər regionunun rolu, nəql sisteminin mövcud vəziyyəti, perspektivləri, yeni sərmayələrin təşviqi və qorunması, kəmərlərin çəkilişi, mühafizəsi, maliyyələşməsi, regionun ekoloji durumu, ətraf mühitin çirklənməsinin qarşısının alınması, ayrı-ayrı qlobal layihələr üzrə əməkdaşlıq, beynəlxalq maliyyə təsisatları ilə əlaqə, ehtiyatların qiymətləndirilməsi, hasilat sənayesində şəffaflığın təmin edilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi, işgüzar diskussiyalar aparılıb. Xüsusi vurğulanıb ki, Xəzər regionundakı neft-qaz ehtiyatlarının kəşfiyyatı, istismarı, nəqli sahəsində Azərbaycanın dünyanın aparıcı dövlətləri, beynəlxalq şirkətləri ilə əməkdaşlığı və bu sahədə şəffaf mövqeyi həm region, həm də Avropa ölkələri tərəfindən bəyənilir və dəstəklənir. Konfrans iştirakçıları bir daha vurğulayıblar ki, XVI beynəlxalq neft-qaz sərgisi və konfransı böyük əhəmiyyətə malik hadisədir və Azərbaycanın mühüm neft-qaz hasilatçılarından birinə çevrilməsinin əyani nümunəsidir, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verdiyini göstərir.
Xarici ölkələrin və şirkətlərin təmsilçiləri çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevin sərginin açılış mərasimindəki nitqində səslənmiş fikirlərini yüksək qiymətləndirdiklərini, neft müqavilələrinin həyata keçirilməsində, neft gəlirlərindən şəffaf istifadə olunması, neft kapitalının insan kapitalına çevirilməsi sahəsində Azərbaycanda görülmüş işlərdən, eləcə də tədbirin təşkili səviyyəsindən məmnun qaldıqlarını, gələn il keçiriləcək ənənəvi sərgi-konfransda da böyük məmnuniyyətlə iştirak edəcəklərini bildiriblər. Qeyd edilib ki, əvvəlki illərdən fərqli olaraq iştirakçıların xüsusi fəallığı ilə seçilən budəfəki sərgi-konfrans qarşılıqlı əməkdaşlığın yaranmasına və inkişafına öz töhfələrini verəcək, yeni müqavilələrin imzalanmasına təsir göstərəcək.
Bununla da konfrans öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

