/ / Fransanın “Suez Environnement” şirkəti Azərbaycanda su sızmalarının aşkarlanması ilə bağlı qrant ayırıb
Fransanın “Suez Environnement” şirkəti Azərbaycanda su sızmalarının aşkarlanması ilə bağlı qrant ayırıb
21.04.2017 [09:08]
Fransanın “Suez Environnement” şirkəti Azərbaycanda su sızmalarının aşkarlanması ilə bağlı qrant ayırıb. Bu barədə aprelin 19-da “Azərsu” ASC-də “Suez Environnement” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüş zamanı deyilib.
“Azərsu” ASC-nin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, görüşdə Fransanın Azərbaycandakı səfiri Orelya Buşes, Dünya Bankının, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri də iştirak ediblər.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək bildirib ki, bu sahədə dünyanın qabaqcıl şirkətlərinin təcrübəsindən istifadə olunur. “Azərsu” ASC-nin sədri Fransanın “Suez Environnement” şirkəti ilə geniş əməkdaşlıq edildiyini, kadr hazırlığı, təcrübə mübadiləsi sahəsində mühüm nailiyyətlər əldə olunduğunu vurğulayıb.
Fransanın Azərbaycandakı səfiri Orelya Buşes iki ölkə arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O.Buşes Fransa şirkətlərinin Azərbaycanda həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndirib və yeni texnologiyaların tətbiqi sahəsində əməkdaşlığın qarşılıqlı əlaqələrə töhfə verəcəyini diqqətə çatdırıb.
“Suez Environnement” şirkətinin layihə rəhbəri Kristian Monset Fransa İqtisadiyyat Nazirliyinin FASEP layihəsi üçün 700 min avro qrant ayırdığını bildirib. Bu layihə 2 hissədən - su sızmalarının aşkarlanması və lildən enerjinin əldə olunmasından ibarətdir. FASEP çərçivəsində Bakı şəhərində içməli su itkilərinin azaldılmasına dair pilot layihə icra ediləcək. Eyni zamanda, Hövsan Aerasiya Stansiyasında lildən enerjinin əldə olunması üçün metanlaşdırma qurğusunun texniki-iqtisadi əsaslandırılması hazırlanacaq. Layihənin icrası 2018-ci ilin aprelində başa çatacaq.
Xatırladaq ki, 1858-ci ildə təsis olunan SUEZ şirkəti yaşıllaşdırma, tullantıların emalı və təkrar istifadəsi, alternativ enerji və insan resursları sahəsində ixtisaslaşmış və hazırda dünyanın 70-dən çox ölkəsində layihələr həyata keçirir.
2014-cü il mayın 12-də “Azərsu” ASC və “Suez Environnement” şirkəti arasında “Praktiki təlim, nou-hau ötürülməsi və texniki yardıma dair müqavilə” imzalanıb. Müqaviləyə əsasən, 5 il ərzində 38 ixtisas üzrə 4500 nəfərin kadr hazırlığı prosesinə cəlb olunması, 250 peşəkar təlimçinin hazırlanması nəzərdə tutulub.
Ötən müddətdə “Azərsu” ASC-nin əməkdaşları müştəri xidmətləri, nəzarət ölçü cihazları, şəbəkələrin istismarı, sızmaların aşkarlanması, kommersiya itkilərinin azaldılması və sair istiqamətlər üzrə təlimlərə cəlb olunublar. Eyni zamanda, mütəxəssislərin bir qismi Böyük Britaniya, Fransa, Əlcəzair, Mərakeş, İspaniya və Çində təşkil edilmiş tədris ekspedisiyalarına göndərilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10

