Bərk formalı dərman vasitələri istehsal edəcək birinci əczaçılıq zavodunun təməli qoyulub
14.07.2017 [09:53]
Dünyanın ən böyük əczaçılıq şirkətlərindən olan “SunPharma” ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, bu dünya nəhənginin istehsal etdiyi preparatların ölkəmizdəki satışını eksklüziv olaraq “GünPharma” əczaçılıq şirkəti həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, iyulun 13-də “Scandens Pharmaceuticals İndustries Ltd” tərəfindən Azərbaycanda bərk formalı dərman vasitələrini hazırlayacaq birinci əczaçılıq zavodunun təməlqoyma mərasimi də keçirilib. Təməlqoyma mərasimində Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib.
Mərasimdə bildirilib ki, yeni əczaçılıq zavodunun məhsulları Avropanın GMP standartlarına cavab verəcək ki, bu da öz növbəsində daxili tələbatı ödəmək üçün yüksək keyfiyyətli dərman vasitələrinin hazırlanmasına imkan yaradacaq. Zavod kardiologiya, nefrologiya, qastroenterologiya və diabet xəstələri üçün əczaçılıq məhsulları, o cümlədən Azərbaycan bazarı üçün mühüm olan digər dərman preparatlarını hazırlayacaq. Müəssisənin məhsullarının, həmçinin MDB və digər xarici ölkələrə ixracı da nəzərdə tutulur. Zavodun gücünün 200 milyon tablet, 40 milyon kapsul və 20 milyon ampulaya qədər artırılması planlaşdırılır. Zavod gələn ilin sonunda fəaliyyətə başlayacaq.
İlk 3 il ərzində müəssisədə istehsalat xarici menecer və texnoloqlar tərəfindən idarə ediləcək. Bu müddət ərzində yerli mütəxəssislər müstəqil iş rejimində işləməyə hazırlanacaqlar. Zavodda istehsalat prosesi yüksək texnologiyalar tətbiq edilməklə tam olaraq avtomatlaşdırılacaq. GMP qaydalarına uyğun olaraq istehsalat hər il əczaçılıq istehsalı üzrə beynəlxalq səviyyəli nüfuzlu ekspertlər tərəfindən yoxlanılacaq ki, bu da müəssisənin məhsullarının xarici bazarlara çıxışına yol açacaq.
Qeyd edək ki, “SunPharma” ABŞ-ın nüfuzlu “Forbes” dərgisinin reytinqinə görə, 39 milyard dollarlıq kapitalla Hindistanın birinci, dünyanın isə beşinci genetik əczaçılıq şirkətidir.”SunPharma” şirkətinin məhsulları dünyanın 150 ölkəsinə ixrac olunur. Həmin əczaçılıq nəhənginin tərkibində 49 zavod fəaliyyət göstərir ki, bu müəssisələr planetin 5 qitəsini əhatə edir. “SunPharma” ABŞ-ın əczaçılıq bazarında 20 ildir fəaliyyət göstərir və oradakı illik ticarət dövriyyəsinin həcmi 2 milyard dollardan yuxarıdır. Həmin dünyaca məşhur aparıcı əczaçılıq şirkəti artıq Azərbaycan bazarına da daxil olacaq.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

