İkinci Bakı Şopinq Festivalı bir çox yeniliklərlə fərqlənəcək
13.10.2017 [10:10]
İkinci Bakı Şopinq Festivalı bir çox yeniliklərlə əvvəlki festivaldan fəqrlənəcək. Budəfəki festivalda 400-dən artıq ticarət obyektinin iştirakı gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək İkinci Şopinq Festivalına həsr edilən mətbuat konfransında deyib.
“Mağazaların və xidmət mərkəzlərinin əksəriyyətinin əlavə dəyər vergisinin qaytarılması sisteminə qoşulması ilə turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim olunacaq. Budəfəki festival bir çox yeniliklərlə alıcıların görüşünə gələcək. Belə ki, ilk dəfə olaraq supermarketlər də festivala qoşulmağa qərar veriblər. Bunlar “Bravo” hipermarketi və “Neptun” supermarketidir. Bundan əlavə, bir sıra apteklər də festivala qoşulacaq”, - deyə nazir bildirib.
Nazir bildirib ki, Birinci Şopinq Festivalında əlavə dəyər vergisini cəmi 72 şirkət qaytarıb. Budəfəki festivalda isə 467 müəssisənin əlavə dəyər vergisini qaytarması nəzərdə tutulur. Payız aylarında keçiriləcək festivala ümumilikdə 578 müəssisə qatılacaq. Qaydalar necə var elə də qalacaq. Turistlərin sayının artımı ilə əlaqədar nağdsız ödəmələr 93 faiz artaraq 703 milyon manat olub. Nağdsız ödənişlərin stimullaşdırılması olduqca önəmlidir.
Qeyd edilib ki, festival çərçivəsində xüsusi mükafatlar təsis ediləcək. Bu da alış-verişin əhəmiyyətini artıracaq. “Gələcəkdə keçiriləcək növbəti festivallarda ölkəmizə gələcək turistlər üçün xüsusi imtiyaz kartının hazırlanması da nəzərdə tutulur”, - deyə Ə.Qarayev diqqətə çatdırıb.
İkinci Şopinq Festivalının keçirilməsi üçün Vergilər Nazirliyi bütün qüvvəsini səfərbər edəcək. Budəfəki festival keçəndəfəki festivaldan fərqli olacaq.
Bu fikirləri isə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
Nazir müavini bildirib ki, bu festivalın təşkili üçün Vergilər Nazirliyi müvafiq iş rejimində çalışacaq. Nazirliyin 30 əməkdaşı iki növbədə işləyəcək. Bir sözlə, Vergilər Nazirliyi operativ olaraq festivala tam hazırdır.
Diqqətə çatdırılıb ki, budəfəki festivala artıq iki bank - AzərTürk Bank və Azərbaycan Beynəlxalq Bank xidmətlərini təklif edib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova və Azərbaycan Konqreslər Birliyinin icraçı direktoru Ülviyyə Mirqasımova festivalın ölkəmiz üçün önəmindən danışıblar.
Mətbuat konfransında məlumat verilib ki, sahibkarlar festivalın rəsmi internet saytında qeydiyyatdan keçərək iştirakçı statusu almaqla öz məhsullarını festival zamanı paytaxtımıza gələcək minlərlə turistə və yerli əhaliyə təqdim etmək imkanı qazana bilərlər.
Xəbər lenti
Hamısına baxSiyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22

