Bakıda “Japan Food Expo-2017” sərgisi açılıb
28.10.2017 [00:22]
Oktyabrın 27-də Bakı Biznes Mərkəzində Yapon Məhsulları Sərgisinin (“Japan Food Expo-2017”) açılış mərasimi keçirilib.
Sərginin media tərəfdaşı olan AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində iştirak edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, Azərbaycan ilə Yaponiya qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirir, Yaponiya şirkətləri Azərbaycanda bir sıra infrastruktur layihələrində fəal iştirak edir.
1998-ci il fevralın 24-28-də Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında böyük nümayəndə heyətinin Yaponiyaya rəsmi səfərini xatırladan Qafar Əliyev həmin səfər zamanı Yaponiya ilə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın bünövrəsini qoyan çoxsaylı müqavilələrin imzalandığını deyib. Həmin səfər zamanı Yaponiyanın bir sıra nazirləri və şirkət rəhbərləri ilə görüşlərin keçirildiyini, o zaman Yaponiyanın rəhbər şəxslərinin Azərbaycan onlar üçün etibarlı, inkişaf etmiş bir tərəfdaş ölkə olduğunu və Yaponiyanın hər zaman Azərbaycana investisiya yatırmağa hazır olduğunu xatırladıb.
“Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yaponiyada rəsmi səfərdə olub, hər iki ölkədə səfirliklər açılıb və dostluq münasibətlərinin daha da inkişafının təməli qoyulub. Onlarla Yaponiya şirkəti Azərbaycanda fəaliyyət göstərir, bir çox məktəblərin, xəstəxanaların təmir edilməsi, tikilməsində bu şirkətlər fəal iştirak edirlər”, - deyən Q.Əliyev Azərbaycan-Yaponiya əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan və Yaponiya xalqlarının dostluq münasibətlərindən bəhs edib, hər iki xalqın ortaq cəhətlərindən danışıb. Bu münasibətlərin xalqlarımızı və dövlətlərimizi bir-birinə daha da yaxınlaşdırmaq üçün mühüm rol oynadığını bildirib.
Azərbaycanda Yapon Məhsulları Sərgisinin İdeya müəllifi və sərginin İdarə Heyətinin sədri Kazuyasu İşida bildirib ki, Azərbaycan və Yaponiya bir çox dəyərlərə sahibdir. Bu dəyərlərin daha çox inkişafı üçün biz də bu sərgi ilə öz töhfəmizi verməyə çalışırıq. Sərginin təşkilində Azərbaycan tərəfinin dəstəyi də xüsusi qeyd edilməlidir. K.İşida hesab edir ki, belə sərgilər Yaponiya və onun xalqının digər ölkələrdə tanınması üçün vacib rol oynayır.
Onun sözlərinə görə, “Japan Food Expo-2017” sərgisində 2000-dən çox Yaponiya məhsulu nümayiş etdirilir. Sərgidən əvvəl Yaponiyanın Komatsu şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təyyarə ilə 5 tondan artıq məhsul göndərilib. Sərgidə nümayiş etdirilən eksponatlara qida və kosmetika məhsulları, geyim əşyaları, Yaponiyanın mədəniyyətini özündə əks etdirən suvenirlər daxildir. Sərgidə iştirak edən Yaponiya şirkətlərinin nümayəndələrindən bəziləri Azərbaycanda yerli nümayəndəliklərini açmaq niyyətindədirlər və bu ölkəyə investisiya yatırmağa maraq göstərirlər.
Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov isə Xətai rayonundakı Heydər Əliyev Parkı ərazisində 2015-ci ildə “Yapon bağı”nın salındığını deyib. O, rayon rəhbərliyinin adından sərgi iştirakçılarını oktyabrın 29-da həmin bağla tanış olmağa və rayon ictimaiyyəti nümayəndələri ilə görüşə dəvət edib. Bu bağın Bakı sakinlərinin gözəl istirahət məkanlarından biri olduğunu deyən P.İmanov bu cür hadisələrin ölkələrin daha da yaxınlaşmasına, mədəni əlaqələrin qurulmasına verdiyi töhfədən bəhs edib.
Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev bildirib ki, Yaponiya məhsullarına Azərbaycanın iş adamları və vətəndaşları tərəfindən böyük maraq var. Həmçinin ölkəmizin məhsulları da Yaponiya bazarlarında satılır. AZPROMO növbəti illərdə Azərbaycan Məhsulları Sərgisinin Yaponiyanın paytaxtı Tokio və digər şəhərlərində təşkil edilməsini planlaşdırır. Hər iki ölkə bu sərginin təşkilində maraqlıdır.
Qeyd edək ki, oktyabrın 27-28-ni əhatə edən “Japan Food Expo-2017” sərgisi Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində təşkil olunub. Sərgidə Yaponiyanın 60-dan çox şirkətinin məhsulları nümayiş etdirilir, tədbirə Yaponiyadan 200 nəfər gəlib. Sərgi çərçivəsində müxtəlif tamaşalar, oyunlar da təşkil olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22

