/ / Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniştərkibli iclası keçirilib
Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının geniştərkibli iclası keçirilib
26.12.2017 [10:02]
Dekabrın 25-də Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Rusiya nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olub, qonaqlara ölkə iqtisadiyyatı barədə məlumat verilib.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və bu sahədə müsbət inkişaf dinamikası müşahidə edilir. 2017-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya 3-cü yeri tutub. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə isə Rusiya ilk yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir və bu baxımdan iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni mexanizmlərinin tətbiqi əhəmiyyətlidir. Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunun, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin və Azərbaycanda analoji Həştərxan İşgüzar Mərkəzinin yaradılması, bu gün açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyi belə mexanizmlərdəndir.
2016-cı ildə yaradılmış Azərbaycan-Rusiya İşgüzar Şurası iş adamları arasında işgüzar əlaqələrin inkişafında və qarşılıqlı səmərəli investisiya layihələrinin reallaşdırılmasında əlverişli platformadır. İşgüzar şuraların indiyədək gördüyü işləri müsbət qiymətləndirən nazir Şahin Mustafayev Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarını AZPROMO və Rusiyanın analoji qurumunun iştirakı ilə konkret əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparmağa dəvət edib. Qeyd edib ki, Azərbaycandakı sənaye parklarında birgə müəssisələrin yaradılması, neft maşınqayırması sahəsində əməkdaşlıq, Rusiya bazarı üçün aqrar məhsulların istehsalı və s. belə əməkdaşlıq sahələrindən ola bilər.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin Rusiya nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini məmnunluqla vurğulayıb və iqtisadi sahədə əməkdaşlığın inkişafına dair fikir mübadiləsinin aparıldığını diqqətə çatdırıb. Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığına dair fikirlərini bölüşən Maksim Oreşkin Azərbaycan və Rusiya arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını qeyd edib. Bildirilib ki, bu gün Bakıda açılışı olmuş Rusiya İxrac Mərkəzinin nümayəndəliyi və Rusiya-Azərbaycan işgüzar şuraları iş adamları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədr müavini Yusif Abdullayev, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov işgüzar şuraların fəaliyyəti, AZPROMO-nun rəhbəri Rüfət Məmmədov, Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatoru Viktor İkonnikov və Rusiyanın “İntra Servis” şirkətinin direktoru Aleksandr Şilov iş adamları arasında əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.
Tədbir çərçivəsində AZPROMO və Rusiya İxrac Mərkəzi, həmçinin Azərbaycan və Rusiya şirkətləri arasında anlaşma memorandumları imzalanıb.
İclasın sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

