“Amami Shimbun”: JAPAN EXPO-2017 sərgisi Azərbaycan və yapon xalqlarını daha da yaxınlaşdırdı
16.01.2018 [10:07]
Yaponiyanın “Amami-Shimbun” qəzetində keçən ilin oktyabrında Bakıda keçirilən “Japan EXPO 2017” yapon məhsulları sərgisi haqqında üç səhifəlik böyük məqalə dərc edilib. Məqalənin müəllifi, sərgidə şəxsən iştirak etmiş yapon iş adamı, xanım Nozomi Okamoto vurğulayır ki, JAPAN EXPO-2017 sərgisi Azərbaycan və yapon xalqlarını bir-birinə daha da yaxınlaşdırdı.
Sərgi haqqında yapon oxucularına geniş məlumatın yer aldığı məqalədə qeyd edilir ki, “Cross Border Club” şirkətinin prezidenti Kazuyasu İşidanın rəhbərliyi ilə oktyabrın 27-28-də Bakı Biznes Mərkəzində növbəti yapon məhsulları sərgisi təşkil olunub. Yaponiyanın müxtəlif prefekturalarından gətirilən qida və içkilər, kosmetik vasitələr, suvenirlər, mətbəx avadanlığı və digər məhsullar Azərbaycan paytaxtının sakinlərinə və digər ölkələrdən gəlmiş iş adamlarına təqdim olunub. Azərbaycanın aparıcı dövlət xəbərlər agentliyi AZƏRTAC-ın və digər informasiya vasitələrinin dəstəyi nəticəsində yapon məhsullarının ziyarətçilər tərəfindən böyük maraqla qarşılandığı, sərgiyə 10 minə yaxın ziyarətçinin qatıldığı xüsusi qeyd edilib.
Məqalədə Azərbaycanın coğrafi mövqeyi, qədim tarixi, zəngin mədəniyyəti, əhalinin sayı və pul vahidi haqqında məlumat verilir. Qeyd edilir ki, geostrateji mövqeyi ilə seçilən Azərbaycan Qafqazın ən inkişaf etmiş ölkəsidir. Son illər Bakının beynəlxalq tədbirlərin təşkil edildiyi mərkəzlərdən birinə çevrildiyi, burada “Evrovision”, Formula-1 kimi musiqi və idman yarışlarının keçirildiyi xüsusi vurğulanır. Bakının gözəlliyi, görməli yerləri, tarixi abidələri və müasir tikililəri haqqında geniş məlumat da məqalədə öz əksini tapıb.
Məqalədə bildirilir ki, azərbaycanlı iş adamları ilə razılaşmalar, gənc yaponiyasevərlərlə əməkdaşlıq yapon iş adamlarında ölkəmizə marağı daha da artırıb.
Qəzetin üç səhifəsini əhatə edən məqalədə sərgi ilə yanaşı Azərbaycan paytaxtının tarixi və müasir tikililəri barədə çoxsaylı fotolar da oxuculara təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43

