Azərbaycan islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir
22.02.2018 [09:59]
Əmmanda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyasının 3-cü iclası keçirilib
İordaniyanın Əmman şəhərində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib.
İclasda Azərbaycanı iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin, İordaniya tərəfini isə sənaye, ticarət və təchizat naziri Yarub Qudahın rəhbərlik etdikləri və müvafiq dövlət qurumlarının nümayəndələrinin daxil olduğu nümayəndə heyətləri təmsil edib.
AZƏRTAC xəbər verir ki, nazir Şahin Mustafayev ölkələrimiz arasında 25 il əvvəl qurulmuş əlaqələrin hazırda mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf etdiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya kralı II Abdullah bin Hüseynin yüksək səviyyəli qarşılıqlı rəsmi səfərləri ikitərəfli əlaqələrin inkişafında xüsusilə önəmlidir.
Şahin Mustafayev deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqe tutan İordaniya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq əlaqələri qurulub və müsbət istiqamətdə davam edir. İordaniyanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulması qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verə bilər.
Azərbaycanın islam ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdıran Şahin Mustafayev 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu, Bakıda İordaniyadan idmançıların da iştirak etdiyi 4-cü İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyini xatırladıb.
Qeyd edilib ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksələn xətlə inkişafı Azərbaycan-İordaniya iqtisadi əməkdaşlığının genişlənməsinə də böyük imkanlar yaradır. İndiyədək müxtəlif sahələrdə əməkdaşlığa dair 42 sənəd imzalanıb, hazırda elm, maliyyə, hava əlaqəsi, təhlükəsizlik, dənizçilik, vergi, kənd təsərrüfatı və digər sahələr üzrə 9 sənəd layihəsi müzakirə mərhələsindədir.
Görüşdə Hökumətlərarası Komissiyanın iqtisadi əlaqələrin inkişafında müsbət rolu vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycanda ticarət və xidmət sahələrində 9 İordaniya şirkəti fəaliyyət göstərir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 37 faiz artıb. Bununla belə, ticarət əlqələrinin genişləndirilməsi üçün böyük potensial var.
Diqqətə çatdırılıb ki, elektron viza sisteminin tətbiqi Azərbaycana turist səfərlərinin təşkilini asanlaşdırıb. 2017-ci ildə İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55 faiz artıb. 2018-ci ilin yay mövsümündə birbaşa uçuşların yerinə yetirilməsi üçün turizm operatorları ilə danışıqlar aparılır. Təhsil sahəsində də uğurlu əməkdaşlıq qurulub və hazırda Azərbaycanda 40 İordaniya vətəndaşı təhsil alır. Azərbaycanla İordaniya arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. Əmmanın Bədr rayonunda prospekt və meydan Ümummilli lider Heydər Əliyevin adını daşıyır. 2007-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti və Böyük Əmman Bələdiyyəsi arasında dostluq və əməkdaşlıq haqqında Protokol imzalanıb.
Nazir Şahin Mustafayev daha sonra Azərbaycan iqtisadiyyatı barədə ətraflı məlumat verib, regionda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələrin ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdığını vurğulayıb. Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, investisiya təşviqi mexanizmləri, sənaye parkları və Ələt Azad Ticarət Zonası barədə danışan İqtisadiyyat naziri İordaniyalı iş adamlarını bu imkanlardan yararlanmağa, Azərbaycana sərmayə yatırmağa dəvət edib.
İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə maraq göstərdiyini, bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib. O, İordaniyanın iqtisadiyyatı barədə məlumat verib, Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bildirib.
İclasda Azərbaycan və İordaniya arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq və əlaqələrin inkişaf perspektivlərinə dair müzakirələr aparılıb.
Tədbirin sonunda Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah imzalayıb. Sənəd ticarət, investisiyalar, sənaye, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, təhsil, kənd təsərrüfatı, mədəniyyət və turizm, standartlaşdırma, su təsərrüfatı, gömrük, əmək və əhalinin sosial müdafiəsi, ətraf mühit və digər sahələrdə əməkdaşlığı əhatə edir.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

