/ / Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində gördüyü işlər yüksək qiymətləndirilib
Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində gördüyü işlər yüksək qiymətləndirilib
23.02.2018 [10:07]
Vyanada səfərdə olan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov “Strateji tərəfdaşlıq 1520: Mərkəzi Avropa” adlı dəmiryolçuların beynəlxalq biznes-forumu çərçivəsində “Rusiya Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru Oleq Belozyorov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər Azərbaycan və Rusiya dəmir yolları qurumları arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluqlarını bildiriblər. Tərəflər Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb hissəsindən keçən ərazinin gələcək inkişafı, vaqon parkının yeni idarəetmə modelinə keçidi, reallaşdırılan müxtəlif layihələr barədə müzakirə aparıblar. Görüşdə, həmçinin Samur-Astara və Samur-Axalkalaki istiqamətində yüklərin və sərnişinlərin daşınmasının gələcək inkişafı və tarif şərtləri üzrə məsələlər də müzakirə olunub.
C.Qurbanov bildirib ki, ölkələrimizin önəm verdiyi beynəlxalq nəqliyyat layihələrindən biri də Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir. Azərbaycan tərəfi öz üzərinə düşən vəzifələri qısa zaman ərzində yerinə yetirib. Hazırda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir. Yaxın aylarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Bu günlərdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.
O.Belozyorov Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacibliyini bildirib.
Nümayəndə heyətləri, eyni zamanda, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburqda imzalanıb. Razılaşma 2002-ci il mayın 21-dən qüvvəyə minib. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.
Xatırladaq ki, fevralın 20-dən 22-dək Vyana şəhərində “Strateji tərəfdaşlıq 1520: Mərkəzi Avropa” adlı dəmiryolçuların beynəlxalq biznes-forumu keçirilir. İkigünlük forumun əsas mövzusu Asiya və Avropa ölkələri arasında transmilli yük daşımalarında getdikcə artan tələbata cavab verməyin yollarını axtarmaq və Şərq-Qərb dəhlizində dəmir yolu nəqliyyatının effektivliyini artırmaq məsələlərini müzakirə etməkdir.
İyirmi dörd ölkədən nəqliyyat sahəsi üzrə dövlət qurumlarını, dəmir yolu şirkətlərini, nəqliyyat, logistika və maşınqayırma müəssisələrini təmsil edən 250 nümayəndənin qatıldığı forumda ölkəmizi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

