Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / AZƏRTAC-ın müxbirinin müdaxiləsindən sonra Portuqaliyanın turizm agentliyi Azərbaycan haqqında məqalədə düzəliş edib

AZƏRTAC-ın müxbirinin müdaxiləsindən sonra Portuqaliyanın turizm agentliyi Azərbaycan haqqında məqalədə düzəliş edib

13.03.2018 [09:52]

Portuqaliyanın ən böyük turizm agentliklərindən olan “Lusanova” şirkətinin saytında Azərbaycan haqqında yerləşdirilmiş məqalədə Gürcüstandakı kilsənin şəkli verilib. AZƏRTAC-ın bu ölkədə akkreditasiya olunmuş xüsusi müxbirinin şirkətə müraciəti nəticəsində, məqalədəki şəkil Şəki şəhərində yerləşən XVIII əsr abidəsi olan Ömər Əfəndi məscidinin şəkli ilə əvəzlənib.
Qeyd edək ki, “Lusanova” şirkəti Portuqaliya sakinlərinə Azərbaycana 8 günlük turlar təklif edir. Şirkət müştərilərinə Bakıda Qobustan, Atəşgah kimi tarixi məkanlara, Heydər Əliyev Mərkəzi kimi müasir memarlıq nümunələrinə ziyarətlərlə yanaşı, Şamaxı və Şəki şəhərlərinə səfərlər də təklif edir.

Paylaş:
Baxılıb: 903 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Serial oxucusu

25 Aprel 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

25 Aprel 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30