Poçtlar gələn il bank xidmətləri göstərəcək
25.09.2009 [11:00]
Azərbaycandakı poçtların bank xidmətləri göstərməsi gələn ildən etibarən mümkün olacaq. Poçtların və onların şöbələrinin maliyyə-bank və kredit əməliyyatları aparması üçün texniki işlər başa çatmaq üzrədir. Artıq prosedur məsələləri də yaxın müddətdə öz həllini tapacaq. Hazırda Mərkəzi Bankla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssislərindən ibarət birgə yaradılmış işçi qrup fəaliyyət göstərir ki, həmin qrup qeyd olunan məsələlərin həllini təmin etməklə məşğuldur. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, poçt şöbələrinə bank xidmətləri göstərmək üçün lisenziyanın verilməsi 2009-cu ilin sonuna kimi mümkün olacaq. Bundan sonra, poçtlar öz səlahiyyətləri çərçivəsində kommersiya banklarının təklif etdiyi bütün xidmət çeşidlərini tətbiq etmək imkanlarına malik olacaq və poçtların maliyyə strukturuna çevrilməsi prosesi gerçəkləşəcək. Hətta poçtlara bir çox kredit təşkilatlarının tətbiq edə bilmədiyi xidmətlərin həyata keçirilməsi üçün səlahiyyətlər də veriləcək ki, bu da onların maliyyə bazarında aktiv iştirakçıya çevrilməsinə səbəb olacaq.
Mərkəzi Bankın rəhbəri onu da deyib ki, poçtların maliyyə sferasına daxil olması ölkədə maliyyə əməliyyatlarının həcminin genişlənməsinə, əhaliyə bank xidmətinin səviyyəsinin yüksəlməsinə və operativ ödəniş sisteminin yaradılmasına imkan verəcək. Xüsusilə də, bölgələrdə yaşayan insanların bank xidmətləri ilə əhatə olunması yaxşılaşacaq. Poçt şəbəkəsinin ölkə üzrə sayı bankların və onların filiallarının ümumi sayından üç dəfə çox olması bu təşkilatın daha böyük imkanlar əldə etməsinə səbəb ola bilər.
Poçtların bank sisteminə qoşulması layihəsi maliyyə sferasında ən geniş layihələrdən biri hesab olunur. Bu layihənin reallaşması üçün Dünya Bankı təxminən 5 il müddətində Azərbaycan hökumətinə yardım göstərib. Dünya Bankının “Maliyyə xidmətlərinin inkişafı layihəsi” çərçivəsində bir çox tədbirlər həyata keçirilib. Eyni zamanda, dünyanın ən nüfuzlu şirkətlərinin texniki yardımı nəticəsində poçt sistemində əhəmiyyətli dəyişikliklərə nail olunub. Bütün bu görülən işlərin nəticəsində ölkədə təxminən 1,5 min poçt bankından ibarət şəbəkənin yaradılması nəzərdə tutulur. İlkin mərhələdə poçtlar bankların yerinə yetirdiyi kiçik çeşidləri həyata keçirəcək. Belə ki, onlar tərəfindən kommunal xidmətlərin yığımı, ödəniş funksiyaları, pul baratları kimi xidmətlərin göstərilməsi, eləcə də, AZİPS tipli ödəniş sistemlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Bundan başqa, poçtlar milli kart ödənişi sisteminin üzvü olacaq. Sonrakı mərhələdə poçtlar bankların həyata keçirdiyi bütün xidmət növlərini - valyuta əməliyyatlarını, kredit vermək və cəlb etmək, depozit hesabları açmaq, xarici dövlətlərə pul köçürmək, müxtəlif ödəniş əməliyyatlarını aparmaq və digər çeşidləri yerinə yetirmək səlahiyyətlərinə malik olacaq. Belə ki, hər hansı ucqar kənd rayonunda yaşayan vətəndaş öz pulunun bir hissəsini poçta qoyaraq depozit hesabı açmaqla divident götürə biləcək. Yaxud maliyyə vəsaitinə ehtiyacı olan hansısa bir şəxs poçtdan kredit almaqla prblemini həll edəcək. Qeyd edək ki, “Azərpoçt”un bir çox şöbələri artıq “Western Union” pul köçürmələri sisteminə qoşulub və bu xidmətləri yerinə yetirməyə hazırdır. Poçt şöbələri hələlik ölkə daxilində pul köçürmələri aparmaq səlahiyyətlərinə malik olsa da, yeni ildən onlar ölkə hüdudlarından kənara da vəsait köçürmək imkanı qazanacaq. ümumiyyətlə, bu ilin sonuna kimi ölkədəki bütün poçt şöbələrinin “Western Union”, eləcə də, “Caspian Money Transfer”, “Lider və lİntel Express” sistemlərinə qoşulması nəzərdə tutulur.
Poçtlar bank-maliyyə və digər xidmətləri təklif etməklə həm də bir sıra kommersiya məqsədli xidmətlər bazarında da fəal iştirakçıya çevrilə biləcək. Belə ki, müxtəlif müştəri kateqoriyalarına fərqli mal və xidmətlər təklif ediləcək. ümumiyyətlə, bu cür xidmət çeşidlərinin göstərilməsi üçün poçtlar ən effektiv avadanlıq və texnologiyalarla, eləcə də, proqram təminatları ilə təchiz olunacaq. Onu da qeyd edək ki, bu qurumların poçt və kommunikasiya xidmətləri ilə bağlı fəaliyyəti Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən tənzimlənəcəksə, bank-maliyyə xidmətlərinə Mərkəzi Bank nəzarət edəcək. Eyni zamanda, kommersiya fəaliyyəti ilə bağlı məsələləri Vergilər və Maliyyə nazirlikləri tənzimləyəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04

