Maliyyə naziri Samir Şərifov AİB-in İllik Toplantısı çərçivəsində bir sıra görüşlər keçirib
05.05.2018 [15:16]
Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 51-ci İllik Toplantısı öz işinə başlayıb. Toplantıda iştirak edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bank tərəfindən təşkil olunmuş və Azərbaycanın təmsil olunduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı (CAREC) ilə Çin Xalq Respublikasının qədim İpək Yolunun keçdiyi ərazilərdə yerləşən ölkələrin iqtisadi inkişafına dəstək verən “Bir Kəmər - Bir Yol” təşəbbüsü (Belt and Road İnitiative) arasında daha geniş əməkdaşlıq perspektivləri mövzusunda keçirilən seminarda çıxış edib, Azərbaycanın regional əməkdaşlığın inkişafı və tranzit nəqliyyat dəhlizlərinin genişləndirilməsinə xidmət edən hər iki proqramı dəstəklədiyini bildirib və ölkəmizin bu təşəbbüsləri dəstəkləyən layihələrə verdiyi töhfələr haqqında geniş məlumat verib.
İllik toplantı çərçivəsində S.Şərifov bir sıra ikitərəfli görüşlər də keçirib. Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao ilə görüşdə Azərbaycan Respublikası ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Nazir son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verərək bankın bu inkişafa verdiyi töhfəyə, ələlxüsus “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsinə ilk beynəlxalq maliyyə institutu olaraq verdiyi dəstəyə görə təşəkkürünü bildirib.
Öz növbəsində Takehiko Nakao Azərbaycan Prezidenti İlham Əliyevin xalqın böyük dəstəyi ilə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik və salamlarının çatdırılmasını xahiş edib. T.Nakao Azərbaycanla bank arasında əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluğunu ifadə edərək mühüm və etibarlı tərəfdaş kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində AİB-in öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.
AİB-in region üzrə məsul vitse-prezidenti Vençay Janq ilə görüş zamanı isə bank tərəfindən maliyyələşdirilən layihələrin mövcud icra vəziyyəti, habelə növbəti illərdə ölkənin inkişaf strategiyası çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.
S.Şərifov eyni zamanda Avstraliyanın beynəlxalq inkişaf naziri, senator xanım Konçetta Fierravanti Vells ilə keçirdiyi görüşdə ölkəmizin Asiya İnkişaf Bankının Direktor Şurasında Avstraliya səsvermə qrupunda təmsil olunmasından məmnunluğunu ifadə edib. Görüşdə Avstraliya ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün atılmalı addımlar və görüləcək işlər barədə geniş fikir mübadiləsi aparılıb.
İllik toplantı çərçivəsində maliyyə naziri Fransa İnkişaf Agentliyinin rəhbərliyi ilə də görüş keçirib. Görüş zamanı agentlik tərəfindən Azərbaycanda dəmir yolu nəqliyyatı sahəsində maliyyələşdirilən layihələrin vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə agentliyin yeni layihələrdə iştirak etməkdə maraqlı və hazır olduğu ifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07

