XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində 34 ölkədən 402 şirkət iştirak edəcək
16.05.2018 [09:31]
XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərində 34 ölkədən 402 şirkət iştirak edəcək. Ötən illə müqayisədə builki sərgilərdə həm iştirakçıların sayı, həm də ekspozisiya sahəsi baxımından 12 faiz artım müşahidə edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri mayın 15-də XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi, XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında ITE Group şirkətinin regional direktoru Edvard Stroon deyib.
Qeyd olunub ki, mayın 16-dan 18-nə kimi keçiriləcək sözügedən sərgilərdə iştirak edəcək 402 şirkətin 70 faizini xarici, 30 faizini isə yerli istehsalçı və distribüterlər təşkil edəcək. Həmçinin bu il sərgilərdə dünyanın 10 ölkəsini təmsil edən 11 milli və regional qrupun iştirakı təmin olunub.
E.Stroon sərgilərin kənd təsərrüfatı sahəsində ən iri sərgilər olduğunu və bu sektorun ölkəmizdə sürətlə inkişaf etdiyini vurğulayıb.
Onun sözlərinə görə, bu il ilk dəfə olaraq sərgilər BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eləcə də, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.
Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov bildirib ki, kənd təsərrüfatı ilə bağlı sərgilərə maraq ildən-ilə artmaqdadır. Əgər ötən il sərgidə 28 ölkədən 331 şirkət iştirak edirdisə, builki sərgidə həm ölkələrin, həm də şirkətlərin sayında xeyli artım var. İştirakçıların 70 faizi isə xarici ölkələrin təmsilçiləridir ki, bu da sərginin nüfuzundan xəbər verir.
A.Hüseynov belə sərgilərin böyük əhəmiyyətə malik olduğunu dilə gətirib. Belə ki, bu marketinq aləti olaraq, şirkətlər arasında biznes əlaqələrinin qurulması, həmçinin Azərbaycanda ixrac olunan məhsulların ixrac potensialının gücləndirilməsinə şərait yaradır.
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Mansur Piriyev diqqətə çatdırıb ki, tədbirin əsas məqsədlərindən biri də Azərbaycanda fəaliyyət göstərən yerli şirkətlərin məhsullarını xarici bazarlara çıxarılması və qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.
Nəzərə çatdıraq ki, “Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər - “Amoris”, “Astara Çay”, “Azersun Holding”, “Azmeat”, “AzQranata”, “Bal Xurma”, “CAN-PA”, “Gilan Holding”, “Göy-Göl”, “Özdad” sərgidə fəal təmsil olunur. İlk dəfə olaraq sərgidə Qida Təhlükəsizliyi Agentliyi və “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzi iştirak edəcək.
Ötən il ilə müqayisədə isə bu il iştirakçıların tərkibi və təklif olunan məhsul çeşidi əhəmiyyətli dərəcədə artıb. Sərgi çərçivəsində Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələri təmsil edən eksponentlər iştirak edəcək. Sərgidə tara və qablaşdırma, onları hazırlamaq üçün xammal və materiallar, qablaşdırma dəzgahları, ədədi məhsulların bükülməsi və qablaşdırılması üçün mexanizm və xətlər ziyarətçilərə təqdim ediləcək.
“Caspian Agro 2018” sərgisi rekord sayda iştirakçını - dünyanın 28 ölkəsini təmsil edən kənd təsərrüfatı malları və avadanlıqlarının 195 istehsalçı və distribüterini bir araya toplayıb. Builki sərgidə Azərbaycan, Almaniya, İsrail, İspaniya, İtaliya, Belarus, Rusiya, ABŞ, Türkiyə və digər ölkələrin şirkətləri ən yaxşı qlobal və yerli təcrübələri nümayiş etdirəcək. Gürcüstan, Niderland Krallığı və Çin sərgidə milli stendlərlə çıxış edir. Sevindirici haldır ki, bu il sərgiyə müxtəlif ölkələri təmsil edən çoxsaylı debütantlar da qoşulub və onların ümumi sayı iştirakçıların 31 faizinə çatıb. “Caspian Agro 2018” sərgisinin debütant ölkəsi isə Vyetnamdır. “Caspian Agro” sərgisinin qeydiyyat üzrə sponsoru daimi iştirakçısı olan - “Maschio Gaspardo” şirkətidir.
Hazırda Azərbaycanda kənd təsərrüfatı bir sıra istiqamətlərdə dinamik şəkildə inkişaf edir. Bununla əlaqədar olaraq, sərgi kənd təsərrüfatı sektorunun müxtəlif aktual sahələrini quşçuluq təsərrüfatları üçün avadanlıqlar, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sənayesi üçün avadanlıqlar, heyvan yemi, toxum, şitilliklər, mineral gübrələr, kənd təsərrüfatı texnikası, baytarlıq sahəsi üçün preparatlar, laboratoriya avadanlıqları, müasir kənd təsərrüfatı texnologiyaları və bir sıra digər sektorlar üzrə bir çox yeni məhsullarla tanış olmaq imkanı yaradır.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

