Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Aqrar sahənin inkişafına nail olmaq üçün innovasiya metodları tətbiq edilməlidir

Aqrar sahənin inkişafına nail olmaq üçün innovasiya metodları tətbiq edilməlidir

18.05.2018 [09:28]

Bu gün Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin qarşısında mühüm vəzifələr - prioritet məsələlər qoyulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri mayın 17-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin baş direktoru Ələddin Eyvazov jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, aqrar sahənin inkişafına nail olmaq üçün innovasiya və ən müasir suvarma metodları tətbiq edilməlidir. Bütövlükdə isə aqrar elmin inkişafı ilə bağlı, ilk növbədə, prioritet tədqiqatlar müəyyənləşdirilməli, onların tətbiqi məsələləri müzakirə edilməli, bu tədqiqatların kommersiyalaşdırılması məsələlərinə baxılmalıdır: “Hazırda dünyada, o cümlədən də Azərbaycanda innovasiya siyasətinin ən başlıca məqsədi texnoloji proseslərin səviyyəsinin yüksəldilməsi, rəqabətə davamlı məhsul istehsalının həcminin artırılmasıdır. Bu gün Azərbaycanda ÜDM-in strukturunda elmi təyinatlı məsələlərin həcmi 0,2 faiz təşkil edir. Lakin inkişaf etmiş ölkələrdə bu rəqəm 2-3 faiz arasındadır”.
Ə.Eyvazov yeni kadrların hazırlanması məsələsinə də toxunub. Bildirib ki, beynəlxalq tədqiqat mərkəzlərinə kifayət qədər kadrların ezam olunması, onların həmin mərkəzlərdə təlim və tədrisi nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 758 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30