Avropa İttifaqı Azərbaycanın Merlər Razılaşmasının potensialından istifadə edəcəyinə əmindir
04.07.2018 [09:44]
Avropa İttifaqı (Aİ) Azərbaycanın Merlər Razılaşmasının potensialından istifadə edəcəyinə əmindir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlik və Avropa İttifaqının birgə təşkilatçılığı, bir sıra dövlət qurumları, şəhər və rayon bələdiyyə nümayəndələri və ekspertlərin iştirakı ilə “Merlərin Razılaşması Təşəbbüsü - Öhdəlikdən İcraya Doğru” mövzusunda seminar keçirilib.
Energetika nazirinin müavini Gülməmməd Cavadov Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsünün ilk dəfə Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanlarının səylərinin dəstəklənməsi məqsədilə irəli sürüldüyünü deyib.
Onun sözlərinə görə, əsas hədəflər enerji səmərəliyini artırmaq, bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək, iqlim dəyişikliyi təsirlərinə uyğunlaşmaqla dözümlülüyü artırmaq, bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək, təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etməkdir.
Nazir müavini Merlər Razılaşmasına Azərbaycandan Mingəçevir Bələdiyyəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin qoşulduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Energetika Nazirliyi ölkədə enerji resurslarından səmərəli istifadə edilməsi istiqamətində bələdiyyələrin bu razılaşmaya qoşulmaq üçün atacağı addımları dəstəkləyir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas bildirib ki, bu təşəbbüs vasitəsilə təkmilləşdirilmiş enerji səmərəliyi tədbirləri və bərpaolunan enerji mənbələrindən daha çox istifadə etməklə 2030-cu ilədək CO2 emissiyalarının ən azı 40 faiz azaldılmasına nail olmaq əsas prioritetlərdəndir. Bu razılaşma hazırda Aİ-nin iqlim və enerji məqsədlərini həyata keçirmək üçün könüllü şəkildə öhdəlik götürmüş 7000-dən çox bələdiyyənin iştirakı ilə təqribən 57 ölkədə icra olunur.
Səfir Azərbaycanın enerji effektivliyinin artırılması üzrə fəaliyyətindən danışaraq, bu sahədə Aİ ilə birgə qanun layihələrinin hazırlandığını vurğulayıb və Azərbaycanın da Merlər Razılaşmasının potensialından istifadə edəcəyinə əminliyini ifadə edib.
Seminarda “Merlər Razılaşması Şərq” layihəsi üzrə Gürcüstan, Ukrayna, Belarusdan olan ekspertlərin məruzələri dinlənilib. Bildirilib ki, Aİ-nin maliyyələşdirdiyi bu layihə Şərq Tərəfdaşlığı ölkələrinə Dayanıqlı Enerji və İqlim Fəaliyyət Planlarının işlənib hazırlanması və həyata keçirilməsində dəstək göstərir və bu seminar vasitəsilə Avropa İttifaqının Merlər Razılaşmasına Azərbaycanın bu təşəbbüsə qoşulmasına nail olmaq olar.
Tədbirdə Azərbaycanda enerji səmərəliyi sahəsində görülən işlər, bu istiqamətdə gələcəkdə atılacaq addımlar, enerji səmərəliyi üzrə qanunvericiliyin təkmilləşdirilməsi və layihələrin reallaşmasında Aİ ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərdən də bəhs edilib. Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinın nümayəndələri və ekspertlərinin Merlərin Razılaşması təşəbbüsü üzrə öhdəliklər və çağırışlar, koordinatorlar və razılaşma klubları, Şərq regionunda ən yaxşı təcrübələr, tərəfdaşlar üçün üstünlüklər və imkanlara dair məruzələri dinlənilib.
Xəbər lenti
Hamısına baxGündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30

