/ / Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin birinci yarısında görülmüş işlərə dair müşavirə keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin birinci yarısında görülmüş işlərə dair müşavirə keçirilib
24.07.2018 [09:24]
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2018-ci ilin yanvar-iyun ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən sosial-iqtisadi sahələrdə aparılan islahatların dövlət idarəetməsinin modernləşdirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və yeniliklərin tətbiqinin genişləndirilməsinə yönəldiyini qeyd edib. İnkişaf strategiyası çərçivəsində makroiqtisadi sabitliyin təmin edilməsi, şəffaflığın artırılması, korrupsiyanın aradan qaldırılması, dövlət xərclərinə nəzarətin gücləndirilməsi qarşıya qoyulan tapşırıqların məğzini təşkil edir. İqtisadiyyatın digər sahələri ilə yanaşı, əmlak idarəçiliyi sahəsində də müasir yanaşmaların tətbiqi, insan amilinə istiqamətlənmiş innovativ layihələrin reallaşdırılması, göstərilən xidmətlərin elektronlaşması ilə bağlı yeni hədəflər müəyyənləşdirilib. Bu istiqamətlərə əsaslanan proqram xarakterli işlər görülüb. ƏMDK tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində müəyyən olunmuş hədəflər torpaqların elektron uçotunun yaradılması və sistemli idarə edilməsi, ölkədə mükəmməl elektron kadastr uçotunun reallaşdırılması və torpaqlardan səmərəli istifadə edilməsində Peyk Nəzarət Sistemi qurulması prinsiplərini əhatə edir.
Müasir texniki imkanların tətbiqi ilə bütün xidmətlərin vahid Metaməlumat sisteminə inteqrasiya olunması, özəlləşdirmənin tam elektronlaşdırılması qarşıya qoyulmuş hədəfləri reallaşdırır.
Vətəndaşların daha sadə formada istifadə etmələri üçün göstərilən elektron xidmətlərin sayı 38-ə çatıb. Elektron çıxarış, Elektron hərrac, “Əks zəng”, “Əmlakın qeydiyyatı kalkulyatoru” kimi tətbiq olunan funksional yeniliklər əmlakın müasir texniki imkanlar əsasında idarə olunmasını mümkün edir. Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı ərizələrin icra müddəti sürətləndirilməklə bir, üç və yeddi iş günü müddətinə endirilib. Özəlləşdirmə prosesində yeni mərhələ olan Elektron hərrac sistemi dövlət əmlaklarının elektron mühitdə, şəffaf formada özəlləşdirilməsi imkanlarını genişləndirir. İstifadəyə verilməsindən qısa müddət keçməsinə baxmayaraq, artıq 30-a yaxın şəxs hərraclara onlayn qaydada qoşularaq, özəlləşdirmədə iştirak edib. Cari ilin ilk altı ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 100-dən artıq hərrac keçirilib. Bu dövrdə 500-ə yaxın dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib.
Dünya Bankının tövsiyələri də nəzərə alınmaqla iri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılıb. Bu məlumat bazasında kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair informasiyalar yer alır.
Ümumilikdə 19 rayonda torpaqların elektron kadastr uçotuna alınması işləri yekunlaşıb. Səkkiz rayonda elektron kadastr uçot işləri üzrə görülən işlərin nəticələri ilə bağlı ictimai təqdimatlar keçirilib və bu məlumatlar elektron şəkildə yerli icra hakimiyyətinin, aidiyyəti qurumların xidməti istifadəsinə təqdim edilib.
Torpaqların idarə edilməsində xüsusi əhəmiyyətə malik olan, onların təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını aşkar etməyə imkan verəcək Peyk Nəzarət Sistemindən istifadə olunmasına başlanılır.
Bu ilin iki rübü ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə, torpaq bazarının təşkili, əsassız zəbt olunması və bir sıra istiqamətlərdə nəzarət tədbirləri davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən, 340 hal üzrə inzibati protokol tərtib olunub.
2018-ci ilin birinci yarısında ölkə üzrə 100 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Cari ilin ilk 6 ayında sosial layihə olan “Kütləvi çıxarış” kampaniyası vasitəsilə 15-ə yaxın rayonda vətəndaşlara ünvanındaca qeydiyyat xidmətləri göstərilib.
Komitə elektron hərracların təşkili, dövlət əmlakının idarə edilməsi, kadastr ilə bağlı xarici ölkələrlə yeni əməkdaşlığa imza atır.
Müşavirənin sonunda komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Torpaqların mühafizəsinə dövlət nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikililərin qarşısının alınması, torpaq münasibətlərinin tənzimlənməsinin effektiv aparılması, o cümlədən torpaqların elektron kadastr uçotu sisteminin təkmilləşdirilməsi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi ilə bağlı görülən işlərin sürətləndirilməsi barədə tapşırıqlarını verib. Eyni zamanda daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın daha da artırılmasının, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı işlərin davam etdirilməsinin, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi istiqamətində zəruri işlərin görülməsinin vacibliyini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

