İqtisadiyyat naziri Şahin Mustafayev rusiyalı həmkarı ilə müzakirələr aparıb
26.07.2018 [10:46]
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada səfərdədir.
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Komissiyanın həmsədri Maksim Oreşkinlə görüşüb. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Şahin Mustafayev dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini, ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22 faiz artıb. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ilin I yarımilliyində də davam edib və bu dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 20 faizədək artıb. Azərbaycandan qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb. “Made in Azerbaijan” brendinin təşviqi, ixracın genişləndirilməsi məqsədilə Rusiyaya ixrac missiyaları təşkil edilib, Azərbaycan şirkətləri bu ölkədə keçirilmiş sərgilərdə vahid ölkə stendi ilə təmsil olunub. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 milyard ABŞ dollarına yaxın investisiya yatırıb. 2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli addımdır.
Rusiya Federasiyasının iqtisadi inkişaf naziri, Komissiyanın həmsədri Maksim Oreşkin Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün yüksək potensialı vurğulayaraq, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bildirib.
Görüşdə kənd təsərrüfatı, maliyyə, vergi, gömrük, turizm, humanitar, o cümlədən təhsil, idman və s. sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, müxtəlif sahələrdə birgə müəssisələrin təşkili, Rusiyada Azərbaycan ticarət evlərinin və logistik mərkəzlərin yaradılması, şərabçılıq məhsullarının ixracının artırılması, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi, “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.
İkitərəfli görüşdə, həmçinin müqavilə-hüquq bazasına, bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan Azərbaycan-Rusiya Regionlararası Forumuna və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

