KİV nümayəndələri üçün “Gömrük islahatları və modernləşdirmə” mövzusunda təlim keçirilir
26.09.2018 [09:00]
Sentyabrın 25-də Qusar rayonunda “Gömrük islahatları və modernləşdirmə” mövzusunda Dövlət Gömrük Komitəsinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi təlimə start verilib.
AZƏRTAC xəbər verir ki, təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu, “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və “Trend” informasiya agentliyi baş direktorunun müavini Arzu Nağıyev iştirak ediblər.
Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev tədbirdə iştirak edən KİV rəhbərlərinə və jurnalistlərə təşəkkürünü bildirib və bunu gömrük işinin təşkilinin səmərəliliyinin artırılmasına göstərilən dəstək kimi qiymətləndirib.
Komitə sədrinin müavini vurğulayıb ki, Dövlət Gömrük Komitəsində və gömrük sistemində islahatlar qlobal şəkildə həyata keçirilir. İslahatların məqsədi çevik idarəetmə sistemi və beynəlxalq standartlara uyğun gömrük xidmətini formalaşdırmaq, komitənin strukturunu rotasiya prinsipi əsasında qurmaq, nəzarət mexanizmindən xidmət mexanizminə keçməkdir.
İ.Babayev diqqətə çatdırıb ki, hazırda dünya gömrüyünün inkişafı əsasən üç istiqamətdə - “gömrük-biznes”, “gömrük-hökumət” və “gömrük-gömrük” əməkdaşlığı üzərində aparılır. Azərbaycan Gömrük Xidməti isə bunların sırasında daha birini - “gömrük-media” əməkdaşlığını da görmək istərdi.
Komitə sədrinin müavini onu da vurğulayıb ki, ölkədə aparılan bütün islahatların fonunda gömrük sahəsində islahatların və modernləşmənin ideoloqu Prezident İlham Əliyevdir və məqsəd ölkə vətəndaşlarının, biznes subyektlərinin məmnunluğunu təmin etmək, beynəlxalq ticarəti asan və sürətli şəkildə həyata keçirməkdir.
Gömrük sahəsində yeniliklərin, islahatların mahiyyətinin və fəlsəfəsinin ictimaiyyətə çatdırılmasında kütləvi informasiya vasitələrinin xüsusi rol oynadığını vurğulayan İ.Babayev, bu baxımdan, Dövlət Gömrük Komitəsinin media qurumları və ictimaiyyətlə əlaqələrə xüsusi önəm verdiyini bildirib və təlimin sonunda əldə olunan biliklər hesabına kütləvi informasiya vasitələrində gömrük sistemi ilə bağlı məlumatların daha dəqiq və dolğun olacağına əminliyini ifadə edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli media nümayəndələri və sahibkarlar üçün təşkil edilən analoji təlim və seminarların əhəmiyyətinə toxunub, komitənin kütləvi informasiya vasitələri və ictimaiyyətlə münasibətlərini yüksək qiymətləndirib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu gömrük sahəsində ölkə iqtisadiyyatının, beynəlxalq ticarətin inkişafına münbit şərait yaradacaq islahatlar həyata keçirildiyini və islahatların səmərəliliyinin artırılması işində bu təlimdə əldə olunacaq biliklərin də xüsusi rol oynayacağını bildirib.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə təlimin yalnız jurnalistlər üçün deyil, eyni zamanda, ölkə ictimaiyyəti üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə qeyd edib ki, vaxtilə media üçün qapalı qurumlardan biri olan Dövlət Gömrük Komitəsi hazırda tam şəffaf dövlət təsisatlarından birinə çevrilib və xüsusilə, media orqanları ilə qurulan əməkdaşlıq münasibətləri yüksək səviyyədədir.
“Yeni Müsavat” media qrupunun rəhbəri Rauf Arifoğlu son dövrdə media ilə işgüzar və səmərəli əməkdaşlıq münasibətlərini komitənin həyata keçirdiyi islahatların ən uğurlusu kimi qiymətləndirib və bu gün Dövlət Gömrük Komitəsi və onun fəaliyyəti ilə bağlı məlumatların çox asan şəkildə əldə olunduğunu bildirib.
“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev təlimdə iştirak edən jurnalistlərin əldə etdikləri biliklərin onların gələcək karyeralarının formalaşmasında, gömrük orqanlarının fəaliyyətinin geniş ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıb.
“Trend” informasiya agentliyinin baş direktorunun müavini Arzu Nağıyev gömrük orqanlarının son dövrdəki səmərəli fəaliyyətindən, həyata keçirilən islahatların əhəmiyyətindən danışıb və gömrük-media münasibətlərinin səmərəli müstəvidə qurulmasında təlimin mühüm rol oynayacağını bildirib.
Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli gömrük orqanları tərəfindən aparılan islahatların həm vətəndaş, həm də jurnalist kimi media nümayəndələrinin həyatında mühüm rol oynadığını və islahatların uğurla nəticələnərək mühüm nailiyyətlər əldə ediləcəyinə ümidvar olduğunu deyib.
Daha sonra təlim başlayıb. Təlimdə 20-dən artıq media qurumunun nümayəndəsi iştirak edir.
Təlim zamanı Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən gömrük orqanlarında aparılan islahatlar, onların mahiyyəti, gömrük nəzarəti, ticarətin asanlaşdırılması, informasiya texnologiyalarının tətbiqi, fiskal siyasət, gömrük hüquqpozmaları və digər mövzularda məlumatlar çatdırılacaq, eyni zamanda, təlim iştirakçıları əldə etdikləri bilikləri ərazidəki gömrük orqanlarında əyani şəkildə tətbiq edəcəklər.
Təlim 5 gün davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

