İcbari sığorta ilə bağlı əməkdaşlıq haqqında çoxtərəfli memorandum imzalanıb
29.09.2018 [10:27]
İcbari sığorta ilə bağlı əməkdaşlıq haqqında çoxtərəfli memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta” və “Qala Həyat Sığorta” açıq səhmdar cəmiyyətləri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyənləşdirilməsi əksini tapıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi milli inkişaf strategiyasının başlıca məqsədi vətəndaş firavanlığına, sosial rifah halının yaxşılaşmasına nail olmaqdır. Nazir qeyd edib ki, son 15 ildə əhalinin gəlirlərində 8,6 dəfə artım olub, orta aylıq əməkhaqqı 528,2 manata çatıb. Son 15 ildə ölkəmizdə yoxsulluq səviyyəsinin 5 faizə endiyini deyən nazir bunun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı olduğunu vurğulayıb.
Nazir qeyd edib ki, son dövrdə Prezident tərəfindən əmək və sosial müdafiə sahəsi ilə bağlı mühüm fərman və sərəncamlar imzalanmaqla, sosial müdafiə tədbirlərinin gücləndirilməsində yeni addımların atılmasına, digər tərəfdən əmək və sosial müdafiə sahələrində idarəetmənin təkmilləşdirilməsində ciddi irəliləyişlərə imkan yaradılıb. Aparılan sistemli islahatların mühüm istiqamətlərindən biri də əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin elektron texnologiyalar üzərində tam şəffaf və operativ şəkildə qurulması, həmin sahələrdə innovativ idarəetmənin təmin edilməsi, korrupsiya, sui-istifadə və süründürməçilik hallarının qarşısının alınmasıdır.
S.Babayev Prezidentin 2018-ci il 9 avqust tarixli 229 nömrəli Fərmanının icrası olaraq, nazirliyin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin yaradılması, habelə dövlətimizin başçısının 2018-ci il 5 sentyabr tarixli 258 nömrəli Fərmanına əsasən, əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər barədə də məlumat verib. Sahil Babayev qeyd edib ki, nazirliyin informasiya sistemləri əsasında “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin, müvafiq fəaliyyət istiqamətləri üzrə xidmətlərin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün “e-sosial” internet portalının yaradılması işləri davam etdirilir.
Yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” Qanun barədə də məlumat verən əmək və əhalinin sosial müdafiəsi naziri vurğulayıb ki, bu Qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. Nazir əmək bazarının daim müşahidəsi və monitorinqinin aparılması, strateji məşğulluq sahələri və kadr tələbatı üzrə orta, eləcə də uzunmüddətli dövrü əhatə edən proqnozlaşdırma məqsədilə Milli Observatoriyanın yaradılacağını da bildirib.
S.Babayev əməyin mühafizəsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etməklə, bu sahədə profilaktik tədbirlərin həyata keçirilməsinin, əməyin mühafizəsi normaları, standartları və qaydalarının hazırlanmasının dəstəklənməsi məqsədilə nazirliyin tabeliyində Dövlət Əməyin Mühafizəsi Fondunun da yaradılacağını qeyd edib.
Nazir imzalanan memorandumun xüsusi əhəmiyyət daşıdığını, sənəddə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanmasının təmin edilməsi, icbari sığorta müqaviləsi bağlamayan işəgötürənlərin məsuliyyətinin artırılması, istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin azaldılması üzrə qabaqlayıcı tədbirlərin müəyyən edilməsi və digər halların əks olunduğunu deyib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktoru İbrahim Alışov icbari sığorta sinfi üzrə sığorta haqlarının toplanılmasında davamlı artım dinamikasının müşahidə olunduğunu deyib. Bildirib ki, qeyd olunan icbari sığorta sinfi üzrə 2017-ci ildə 33.2 milyon manat sığorta haqqı toplanıb və 4.3 milyon manat sığorta ödənişi həyata keçirilib. 2018-ci ilin birinci yarımilliyi üzrə isə 21.3 milyon manat sığorta haqqı toplanıb və 1.7 milyon manat sığorta ödənişi edilib.
İ.Alışov qeyd edib ki, ölkədə muzdla çalışan 3.3 milyon əhalinin 1.6 milyon hissəsinin sığortalanmasını nəzərə alaraq, informasiya sistemlərinin inteqrasiyası nəticəsində sığorta penetrasiyasının kəskin artması və sığortaçılar tərəfindən yığılan sığorta haqlarının həcminin daha da artacağı gözlənilir. Bununla yanaşı, icbari sığorta müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan məlumatların elektron formatda onlayn rejimində əldə olunması nəticəsində işəgötürən tərəfdən təqdim olunan məlumatların dürüstlüyü, sığortalanma prosesinin tam şəffaf və çevik həyata keçirilməsi, eləcə də muzdla çalışan əhalinin bədbəxt hadisələrdən sığortalanması tam təmin ediləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə sığorta sektorunun Azərbaycan iqtisadiyyatının sürətli inkişaf edən seqmentlərindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, hazırda Azərbaycanın investisiya imkanları və iqtisadiyyatının səmərəliliyi artmaqda davam edir və milli iqtisadiyyatın neft sektorundan asılılığının azalması ölkədə sığorta bazarının inkişafı üçün də əlverişli şərait yaradacaq. Z.Səmədzadə əlavə edib ki, tibbi və kənd təsərrüfatı sığortasının inkişafı ölkə üçün hazırda əsas prioritetlərdən biridir.
Qeyd edək ki, memorandumda informasiya ehtiyatları üzrə məlumat bazalarının inteqrasiyası, müəyyən olunmuş qaydada sığorta hadisələrinin araşdırılması, istehsalatda bədbəxt hadisə baş verdiyi hallarda araşdırma materialları üzrə məlumatların əldə edilməsi, sığorta hadisələrinin baş verməsinin qarşısının alınması ilə bağlı tövsiyələrin verilməsi, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində normativ-hüquqi aktların layihələrinin hazırlanması istiqamətləri üzrə də əməkdaşlıq sahələri müəyyən edilib.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

