/ / NAXÇIVAN MUXTAR RESPUBLİKASI: MƏŞĞULLUQ MƏSƏLƏSİ REGİONAL İQTİSADİ SİYASƏTİN SƏMƏRƏLİ GÖSTƏRİCİSİ KİMİ
NAXÇIVAN MUXTAR RESPUBLİKASI: MƏŞĞULLUQ MƏSƏLƏSİ REGİONAL İQTİSADİ SİYASƏTİN SƏMƏRƏLİ GÖSTƏRİCİSİ KİMİ
13.10.2018 [10:28]
Naxçıvan Muxtar Respublikası ölkənin makroiqtisadi proseslərinə öz töhfələrini verməyə davam etməkdədir. Müasir iqtisadi şəraitdə milli iqtisadiyyatın uzunmüddətli perspektivləri üçün zəruri mexanzimlərin işləkliyinin təmin edilməsi muxtar respublikanın iqtisadi potensialını daha da artırmış və bu, özünün sosialyönümlülüyü ilə daha da önəm qazanmaqdadır. Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində təcrübəli dövlət xadimi, Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi ilə başladılan iqtisadi islahatlar yeni əsaslar üzərində və yaradıcı ideyalara söykənən addımların atılmasına zəmin yaratdı. Bu dövrdən etibarən bazar münasibətlərinin qanun və tələblərinin üstün tutulduğu təsərrüfat təsisatlarının müəyyənləşdirilməsinə başlanıldı. İqtisadiyyat cari dövr üçün xalqın mənafeyini və dövlətin maraqlarını ifadə etməklə, qarşıdakı dövrlər üçün seçilən prioritetlərə dolğun xidmət etməyi bacardı.
İqtisadi siyasətin müasir şərait üçün düzgün müəyyənləşdirilməsi özündə həm də sosial mahiyyəti yüksək olan amillərin, o cümlədən insan, əmək və məşğulluq anlayışlarının əhatə olunmasını şərtləndirdi, bu sahədəki proseslərin məqsədyönlülüyünü təmin etdi. Təbii ki, hər üç amil bütün dövrlər üzrə hər bir dövlətin aktual məsələ kimi diqqətdə saxladığı problemdir. Hazırkı dövrdə də Azərbaycan Respublikasında ölkə başçısı tərəfindən qətiyyətlə davam etdirilən milli iqtisadiyyat quruculuğu prosesləri məhz məşğulluq siyasətinin səmərəliliyindəki məhsuldarlığın davamlılığını təmin etdi. Hüquqi və iqtisadi tənzimləmələrlə onun uzaq gələcək üçün perspektivlərini artırdı.
Qeyd etmək lazımdır ki, son 15 ildə ölkəmizdə məşğulluq siyasətinin səmərəli təşkili və idarə olunmasında uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının da mühüm və strateji əhəmiyyəti vardır. Əsasən beş illik dövrlər üçün makroiqtisadi proseslərin tənzimlənməsini hədəfləyən həmin proqramlar bütün iqtisadi rayonlar üzrə məşğulluq potensialının formalaşdırılması sahəsində də hərəkətverici təsirə malik oldu. Bu sahədə müvafiq infrastruktur təşkilatlanmasının həyata keçirilməsi, istehsal münasibətlərinin inkişafında regionların çəkisinin artırılması və əmək ehtiyatlarından məhsuldar istifadənin təminatı öz aktuallığı ilə seçildi. Məhz bu kimi qətiyyətli addımlar Naxçıvan Muxtar Respublikasının da müasirləşən, inkişaf edən və abadlaşan mənzərəsini yaratdı.
İqtisadiyyatın davam edən islahatlar fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyması onun həm də çoxşaxəliliyinin təmin edilməsinə zəmin yaratdı. Bu mənada Ulu öndərin müəyyən etdiyi davamlı sosial-iqtisadi inkişaf strategiyası müasir müstəqillik dövrünün son 23 ilində muxtar respublikanın keçdiyi tarixi-iqtisadi inkişaf yolu və sosiallaşma səviyyəsi yüksək olan təkmil idarəetmənin yaradılması baxımından güclü mahiyyət kəsb etdi. Təbii ki, bu, eyni zamanda, insan amilinin üstün tutulduğu, onun maraq və mənafeyinin qorunduğu, daha firavan yaşam tərzi ilə əhatələndiyi mühitin mövcudluğu ilə birgə müşayiət olundu.
Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişafın hazırkı mərhələsi burada səmərəli və perspektivli məşğulluq potensialının formalaşdırılmasına stimul vermişdir. Xüsusən də bu, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının qəbul edilməsindən keçən müddətdə daha da davamlı xarakter daşımışdır. Aşağıdakı şəkildə birinci və ikinci Dövlət proqramlarının səmərəli icrası nəticəsində Naxçıvan Muxtar Respublikasında açılmış iş yerlərinin rayonlar üzə bölgüsü verilmişdir:
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası uzun illərdir ki, hətta müstəqillik yollarında ilk addımlarını atmağa başladığı günlərdən belə tarixi düşmənlərin blokada təhdidləri ilə qarşı-qarşıya qalmışdır. Buna baxmayaraq, yenə də qətiyyətli və güclü təcrübə əsasında makroiqtisadi proseslərə hərəkətverici təsir etməklə, çoxşaxəli iqtisadiyyata öz töhfələrini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən 1 sentyabr 2014-cü il tarixdə imzalanan fərmanla təsdiq edilən Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu istiqamətdə güclü bazaya çevrildi. Mövcud potensialın artmasında daha da çevik mexanizmlərin yer aldığı bu hüquqi sənəd muxtar respublikada məşğulluq səviyyəsinin daha da artırılması və yeni iş yerlərinin açılması səhəsində aşağıdakı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur:
- sahibkarlığın inkişaf etdirilməsinə dövlət maliyyə dəstəyinin davam etdirilməsi;
- qeyri-məşğul əhalinin peşə hazırlığının yüksəldilməsi;
- müstəqil məşğulluğun inkişafını təmin edən tədbirlərin həyata keçirilməsi;
- əmək yarmarkalarının keçirilməsi sahəsində səmərəliliyin artırılması;
- idarə, müəssisə və təşkilatların işçilərə olan tələbatının müntəzəm öyrənilməsi və boş iş yerlərinə işaxtaran vətəndaşların göndərilməsinin təmin edilməsi;
- məşğulluq xidməti orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi;
- kənd yerlərində sosial və kommunal infrastrukturun daha da inkişaf etdirilməsi yolu ilə əhalinin məskunlaşma səviyyəsinin yüksəldilməsi və s.
Keçən müddət ərzində muxtar respublikada yuxarıda göstərilən tədbirlərin həyata keçirilməsi nəticəsində sağlam və məhsuldar fəaliyyət mühitinin yaradılması təmin edilmişdir ki, bu da öz növbəsində etibarlı məşğulluğun təminatına yol açmışdır. Nəticədə isə Dövlət proqramlarının icra olunma müddətinin sonlarına yaxın yeni iş yerlərinin açılması öz davamlılığı ilə seçilmişdir. Bu, aşağıdakı şəklin məlumatlarında öz əksini tapmışdır.
Elmi cəhətdən əsaslandırılmış, bununla da muxtar respublikanın sosial-iqtisadi həyatında dayanıqlı inkişafla müşayiət olunan tədbirlər regional Dövlət proqramlarının ən mühüm nailiyyətləri kimi ifadə olunmalıdır. Rayonların iqtisadiyyatın sahə strukturu üzrə təşkilatlanmasında, həmin sahələr üzrə tələbata uyğun məhsul istehsalının stimullaşdırılmasında, nəticə etibarı ilə isə artan tələbatlar qarşısında güclü və dayanıqlı təminat qabiliyyətinə malik iqtisadi potensialının formalaşmasında həmin Dövlət proqramlarının mühüm əhəmiyyəti olmuşdur. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında:
- əhali problemlərinin öyrənilməsindən;
- onun sosial-iqtisadi inkişaf proseslərinin çevik iştirakçısı olmasından;
- təhsil səviyyəsinin yüksəldilməsindən;
- ixtisaslaşmış kadr potensialının formalaşmasından;
- əhalinin məşğulluğunun təmin olunmasından ibarət tədbirlərin səmərəli təşkili və idarə olunması məsələləri öz aktuallığı ilə seçilməkdədir. Bu istiqamətdəki proseslərin hüquqi bazasının yaradılması və inkişafında strateji əhəmiyyətə malik olan tənzimləmələr muxtar respublikada dayanıqlı məşğulluq potensialını formalaşdırmışdır. Bunlardan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən:
- 2007-ci il 30 may tarixdə imzalanan sərəncamla Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramının (2007-2010-cu illər);
- birinci mərhələdə 18 dekabr 2013-cü il tarixdə imzalanan sərəncamla 2014-2015-ci illəri əhatə edən;
- ikinci mərhələdə isə 11 yanvar 2016-cı il tarixdə imzalanan sərəncamla 2016-2020-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılmasına dair Dövlət Proqramı”nın strateji əhəmiyyəti vardır ki, bu da qarşıdakı illərdə yaradılması hədəflənən yeni iş yerlərinin açılmasına öz töhfələrini verməkdədir.
Bununla yanaşı, digər sahəvi hüquqi tənzimləmələrin həyata keçirilməsi məşğulluq siyasətinin həm birbaşa, həm də dolayısı ilə səmərəliliyini artıran çox mühüm amilə çevrilmişdir. Məhz bütün bunların nəticəsində də Naxçıvan Muxtar Respublikası 2004-2017-ci illərdə strateji məqsəd olaraq dövlət siyasətinə çevirməklə hədəflədiyi məşğulluq perspektivlərini daha da artırmağa nail olmuşdur. Aşağıdakı şəklin məlumatlarında bunu görə bilərik.
Məşğulluq bütün dövrlərin aktuallığını qoruyan ən mühüm məsələsidir. Müasir dünyada daha da sürətlənən qeyri-sabit hərəkətlənmələr, təəssüf ki, öz neqativ təsirlərini daha çox müqavimət gücü zəif olan dövlətlərin sosial siyasətlərinə etməkdə, bu isə onların məşğulluq potensialını aşağı salmaqdadır. Azərbaycan Respublikasında isə prioritetlərin düzgün müəyyənləşdirilməsi məhz həmin istənməz hallara qarşı qabaqlayıcı tədbirlər olaraq zəruri əhəmiyyət kəsb etməkdədir. Bu isə, təbii ki, ölkənin etibarlı regional siyasətində məşğulluq strategiyasının önəmini daha da artırır.
Məhz bu prizmadan yanaşdıqda qeyd edə bilərik ki, ölkənin regional siyasətinin səmərəliliyinin qorunmasında və eyni zamanda, milli iqtisadiyyatın müqavimət gücünün artmasında Naxçıvan Muxtar Respublikasının rolu böyükdür və bu, özünü həm də dayanıqlı sosial siyasətin tərkib hissəsi olaraq məşğulluq sahəsində də göstərməkdədir. Fikrimizi əsaslandırmaq üçün qeyd edə bilərik ki, təkcə 1 iyul 2008-ci il tarixdən cari ilin müvafiq dövrünədək muxtar respublikada 39 min 319 yeni iş yeri açılmışdır ki, bunun da 88,8 faizi daimi iş yerləridir. Təbii ki, bu, eyni zamanda, muxtar respublikanın özünün daxili regional siyasətinin də perspektivliliyini göstərən başlıca amildir.
Birbaşa olaraq məşğulluq sahəsində Dövlət proqramları ilə hüquqi tənzimləmənin başlandığı 2007-ci ildən üzü bəri muxtar respublikada makroiqtisadi göstəricilərin pozitiv davamlılığı hazırkı dövrdə də özünü göstərməkdədir. Belə ki, son on ildə muxtar respublikada 34 min 933 daimi iş yerinin açılması təmin edilmişdir ki, bunun da sahələr üzrə bölgüsü aşağıdakı şəkildə verilmişdir:
Ölkəmizdə məşğulluq imkanlarının genişləndirilməsi sahəsindəki məqsədyönlü tədbirlər əhalinin özünüməşğulluğunun təmin edilməsindəki perspektivlərin artmasını da təmin etmişdir. Xüsusən də ölkə başçısının 7 aprel 2016-cı il tarixli məlum Sərəncamı ölkənin bütün regionlarında bu sahədəki təşəbbüslərin dəstəklənməsini və fəaliyyətin stimullaşdırılmasını sürətləndirmişdir. Fikrimizcə, məhz şəklin də məlumatlarından göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında məşğulluğun tənzimlənməsində həm mövcud potensialın, həm yaradıcı ideyalardan ibarət perspektivlərin, həm də özünüməşğulluğun mühüm payı vardır.
Çox yaxşı haldır ki, muxtar respublika milli iqtisadi quruculuq proseslərindəki iştirakında bütün rayonlarının, şəhər və qəsəbələrinin imkanlarını daha da təkmil ortaya qoymaqdadır. Təbii ki, burada iqtisadiyyatın sosiallaşma səviyyəsinin yüksəldilməsinə yol açan məşğulluq göstəricilərinin böyük rolu vardır. Belə ki, statistik rəqəmlərə diqqət edəndə aydın olur ki, muxtar respublikada son on ildə açılmış ümumi yeni iş yerlərinin 46,5 faizi Naxçıvan şəhərinin, 15,3 faizi Şərur, 11,9 faizi Babək, 6,7 faizi Ordubad, 8,5 faizi Culfa, 4,1 faizi Kəngərli, 4,5 faizi Şahbuz, 2,5 faizi isə Sədərək rayonlarının payına düşmüşdür.
Beləliklə, Naxçıvan Muxtar Respublikasının müasir makroiqtisadi inkişafında məşğulluq göstəricilərinin xüsusi yeri vardır. Bu, bir tərəfdən, iqtisadiyyatın çoxşaxəliliyini göstərirsə, digər tərəfdən isə, müəyyən edilən hədəflərə çatılmasındakı qətiyyətliliyin ifadəsi kimi çıxış edir.
Cavadxan QASIMOV
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

