Bakıda ilk Milli Turizm Sammiti keçirilib
19.10.2018 [08:58]
Azərbaycanın yeni turizm brendinin təqdimatı olub
Oktyabrın 18-də Bakı Konqres Mərkəzində Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Milli Turizm Sammiti keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Müstəqilliyi Gününün 27-ci ildönümündə keçirilən sammitdə dövlət orqanlarının, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun, turizm sənayesinin, yerli və xarici tərəfdaş şirkətlərin, ictimaiyyətin təmsilçiləri daxil olmaqla, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak edib.
Tədbiri açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Bildirib ki, Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, habelə xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə dövlətimiz tərəfindən bir sıra mühüm işlər həyata keçirilir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması dövlətimizin başçısının bu sahəyə olan xüsusi diqqət və qayğısından xəbər verir. Qısa fəaliyyəti dövründə turizm sahəsinin inkişafı istiqamətində bir sıra işlər görən agentlik hazırda yeni layihələrin reallaşmasına çalışır. Bu gün geniş ictimaiyyətə təqdim olunacaq Azərbaycanın yeni turizm brendi bu qəbildəndir.
“Yeddi ay ərzində dövlətimizin başçısının bizə göstərdiyi etimadı doğruldaraq bir sıra işlər görmüşük. İşimizi Prezidentin ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirdiyi siyasətə uyğun qurmuşuq. Son bir neçə ildə ölkə turizmi uğurlu yol keçib. Lakin yeni turizmin imkanlarını geniş auditoriyaya təqdim etmək üçün çox işlər görməliyik. Bizim üçün şəffaflıq əsasdır. Bu gündən ölkəmizin turizm potensialının inkişafında yeni mərhələnin əsası qoyulur. Turizm təhsilinin inkişafı da bizim üçün önəmlidir. Çünki biz turizmin inkişafında təhsilin rolunun vacib olduğunu bilirik. Çalışırıq ki, turizm sahəsində daha dolğun və düzgün statistik göstəricilər əldə edək. Bunun üçün xaricdən ekspertlər də dəvət olunub. Hesab edirəm ki, yeni ölkə brendi ilə birlikdə turizmə baxışımız da xeyli dəyişəcək. Bu sahədə hər bir vətəndaşın mövqeyi bizim üçün önəmlidir. Azərbaycan qonaqpərvər ölkədir. Agentliyimizin üzərində böyük məsuliyyət var. Biz hər kəsi əməkdaşlığa dəvət edirik. Ölkə turizminin inkişafına hər zaman dəstək verdiklərinə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk”, - deyə Fuad Nağıyev söyləyib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Senqstşmid “Azərbaycan turizm startegiyası-2023” barədə geniş məlumat verib. O deyib: “İlk dəfə Azərbaycana gələndə ölkənin inkişafının şahidi oldum. Dünyanın hər bir ölkəsi özünü gözəl mənzərələri, təbii sərvətləri, insan resursu, müasir inkişafı ilə tanıtmağa çalışır. Vacibdir ki, bu qlobal rəqabətdə fərqliliyini göstərəsən. Turizm həssas bir sahədir. Bir sıra xidmətləri uzun müddət saxlamaq olmur. Əvvəlcə biz bu sahədə təhsil və keyfiyyətin səviyyəsini artırmalıyıq. Böyük sayda şəbəkələr bu prosesdə iştirak edir. Doqquz sütun əsasında dayanıqlı turizm strategiyası hazırlamışıq. Bunlar təşkilati çərçivə (turizm siyasəti), araşdırma və inkişaf, innovasiya və texnologiya, hüquqi çərçivə və vergilər, infrastruktur inkişafı, dövlət-biznes əməkdaşlığı, turizm təcrübəsi, brend, marketinq və kommunikasiya, turizm strategiyasından ibarətdir. Bu strategiya Azərbaycan turizminin inkişafına çox böyük təkan verəcək və ölkəyə turist axınını sürətləndirəcək. İlin sonunadək Dövlət Turizm Agentliyinin 6 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək”.
Azərbaycanın yeni turizm brendini təqdim edən Turizm Bürosunun brend və marketinq üzrə direktoru Fidan Əliyeva məqsəd və hədəflərdən, regionda turizmin inkişafından söz açıb.
Diqqətə çatdırılıb ki, yeni brend həm yerli, həm də xarici mütəxəssislərin iştirakı ilə ərsəyə gəlib. Birend bütövlükdə Azərbaycan xalqına məxsus ən yüksək dəyərləri özündə ehtiva edir. Brendin əsas simvolları bir-biri ilə əlaqəli şəkildə təqdim olunan yeni loqo və şüardır. Azərbaycanın yeni turizm loqosu olan “a” hərfi “Azərbaycan” sözünün ilk hərfi olmaqla yanaşı, öz formasına görə də brendin mahiyyətini çatdırır. Loqo daim yenilənəcək və təqdim olunacağı platformaya uyğunlaşdırıla biləcək. Azərbaycanın yeni turizm brendinin “Yenidən fərqli baxışla bax” (Take another look) olan əsas şüarına uyğun olaraq diqqətlə və yenidən baxdıqda loqo barədə daha dəqiq təsəvvürə malik olmaq mümkündür. Brend dünyanın brendinq üzrə tanınmış şirkəti “Landor” tərəfindən hazırlanıb. Şirkət bir sıra ölkələr və beynəlxalq şirkətlər üçün brendin yaradılması üzrə çoxillik və uğurlu təcrübəyə malikdir. Brendin hazırlanması prosesində 100-dən çox müxtəlif peşə sahibi ilə müsahibə xarakterli araşdırma aparılıb və bu strateji proses beş ay davam edib.
Sonra Azərbaycan Dövlət Turizm Agentliyinin aparat rəhbəri vəzifəsini icra edən Kənan Qasımov və Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov çıxış edərək təmsil etdikləri qurumların gördüyü işlərdən, gələcək fəaliyyət planlarından danışıblar.
Sammit çərçivəsində yeni yaradılmış Azərbaycan Dövlət Turizm Agentliyinin və Turizm Bürosunun strukturu da təqdim edilib.
Qeyd edək ki, yeni brendin dünya ictimaiyyətinə təqdimatı bu ilin noyabrında Londonda keçiriləcək Dünya Səyahət Bazarı (London WTM) sərgisində reallaşacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

